Xalq arasında”portağal qabığı” görünüşü kimi tanınan sellülit, 80-90% qadınlarda bədənin ayaq, qarın, omba hissələrində rast gəlinir. Estetik problemlərdən biri olan və qadınları narahat edən, sellülitin meydana gəlməsinin müxtəlif səbəbləri vardır, lakin qidalanma vərdişlərinə və həyat tərzinə dəyişiklik edilməzsə sellülitdən xilas olmaq çətin olur. Sellülitdən xilas olmaq üçün tibbi və cərrahi üsullarla yanaşı, digər müalicə üsulları da tətbiq oluna bilər.
Sellülit dəri səthində portağal qabığını xatırladan nizamsız nahamarlıqlarla özünü biruzə verən estetik dəri problemidir.
İnsan bədəni yağ, əzələ və sümük toxumasından ibarətdir. İnsanlar yaşlandıqca bədəndəki yağ toxuması fizioloji olaraq artır. Sellülit də yaşla müşahidə olunan ümumi fizioloji vəziyyətdir. Sellülit, tibbi ədəbiyyatda "ödemli fibrosklerotik pannikulopatiya", "ginoid lipodistrofiya" və ya "yağ ödemi" kimi müxtəlif terminlərlə adlandırılır.
Sellülit necə yaranır?
Bədənin bəzi hissələrində olan birləşdirici toxuma lifləri piy hüceyrələri arasında şaquli olaraq uzanır və dərinin yuxarı təbəqələrini, bədənin daha dərin toxumalarına birləşdirir. Liflər, normal ölçülü yağ hüceyrələrinin kifayət qədər geniş yerə malik olduğu kameralar və ya mini ciblər yaradır. Piy hüceyrələrində genişlənmə olduğu zaman, liflər piy toxumasını tor kimi sıxaraq nahamar sellülitin əmələ gəlməsinə səbəb olur. Genişlənən yağ hüceyrələri kiçik şişkinliklər əmələ gətirərkən, möhkəm "septa" yağ toxumasını büzür və çuxurlara səbəb olur. Dərinin epidermis və dermis adlanan üst təbəqələrinin altında hədsız miqdarda yağ hüceyrələri depolanır. Beləliklə, kobud bir görünüş ortaya çıxır.
Sellülit bədənin hansı bölgələrdə meydana gəlir?
Sellülit ən çox bud, omba və qarın nahiyəsində dəri və dərialtı piy toxumasında əmələ gəlir. Homojen, yəni qeyri-bərabər, kələ-kötür görünüş dərinin altında toplanan və genişlənən yağ hüceyrələri ilə dəri səthinə perpendikulyar uzanan "septa" adlanan lifli zolaqların birləşməsi ilə ortaya çıxır.
Sellülit hansı hallarda daha çox rastlanır?
Uşaqlıq dönəmlərində çəki problemi olan, 30-40 kilo və daha artıq arıqlayan yetkinlərin bədənin müxtəlif yerlərində, sallanma və çatlar çox olur. Elmi araşdırmalara görə tez-tez arıqlayıb kökələnlərdə, sellülit şikayətləri artmaqdadır. Sellülit kişilərə nisbətən qadınlarda daha çox rast gəlinən bir problemdir. Bunun səbəbi qadınların ayaq nahiyəsində piylənmənin miqdarının çox olması və qadınlarda, kişilərlə nisbətdə əzələ toxumasının az olmasıdır. Bundan əlavə, sellülitin başlamasına və irəliləməsinə estrogen hormonu təsir göstərir.
Sellülitin səbəbləri nədir?
Sellülitin səbəbləri hormonal dəyişikliklər, genetik faktorlar, çəki artımı və ya itkisi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, dar geyimlər, siqaret, alkoqollu və kofeinli içkilər, karbohidratlı qida məhsulları, çoxlu duz istifadəsidir. Bundan əlavə, sellülitin ən mühim səbəbi "şok dieta"lardır. Təxminən 1000 kkaldan aşağı olan 600-800 kkal olaraq təyin olunan bu pəhrizlər bədənin hər bir orqanına müəyyən qədər zərər verir. Sürətli əzələ toxuması itkisinə səbəb olan "şok dieta" sümük minerallaşmasının azalmasına səbəb olaraq osteoporoz ehtimalını artırır. Bundan əlavə, durma və oturma pozğunluqları və yastıpəncəliyin sellülitə səbəb olduğu düşünülməkdədir.
Sellülitin dərəcələri
Sellülitin zərəri varmı?
Estetik görünüşü pozmaqla yanaşı sellülitlərin başqa zərərləri də vardır. Sellülit bəzi bölgələrdə qan dövranına mənfi təsir edir. Bədənin müxtəlif yerlərində əmələ gələn yağ hüceyrələri artıq yağları depolayır və bu hüceyrələr də estrogen hormonunun təsiri ilə genişlənir. Qan dövranının tədricən azalması və yağ hüceyrələrinin genişlənməsi səbəbindən yağ toxuması yayılır. Bu yayılmanın nəticəsi, dərialtı birləşdirici toxumaya təsir edərək orqanizmdə normadan çox su yığılmasına və qan dövranının zəifləməsinə səbəb olur. Bədənin qan dövranı zəifləyərkən, toxumalara əvvəlkindən daha az oksigen çatır.
Sellülitin yaranmasına təsirli olan hormonlar hansılardır?
Estrogen hormonu, sellülitin yaranması və inkişafı üçün ən vacib hormondur. Qadınlıq hormonu olan estrogeninin həddindən artıq ifrazı, limfa dövranının qeyri-kafi olması və şəxsin ailəsində olan qadınlarda sellülitin olması, sellülit yaranması üçün risk faktoru hesab olunur.
Sellülit ağrıya səbəb olurmu?
Üçüncü dərəcəli sellülit ağrıya səbəb ola bilər. Xüsusilə menopoz dövründə qadınlarda sellülitin olduğu yerlərdə, ayaqlarda, qarında, qollarda, omba və omba hissələrində ağrılar yarana bilər.
Sellülit necə müalicə olunur? Sellülitin müalicəsi varmı?
Sellelitin bir çox müalicə metodları vardır. Ancaq bədəndə yığılan yağ toxumasının yaratdığı sellülitdən xilas olmaq üçün həyat tərzini dəyişdirmək lazımdır. İdman və pəhriz prioritet seçim olmalıdır. Bədəni möhkəmləndirmək məqsədilə olan arıqlama zamanı və sonrası, tövsiyə edilən idman, sellülit müalicəsində əhəmiyyətlidir. İdman və pəhriz effektiv deyilsə, deformasiyaya uğramış yağ toxumasına təsir edən cihaz və prosedurlar, cərrahi (liposaksiya) variantlar nəzərdən keçirilə bilər. Xüsusilə masaj üsulu ilə işləyən cihazlar uzun müddət ərzində qan dövranını sürətləndirir və yığılan piy toxumasını azaldır.
Tibbi müalicədə sellülit əleyhinə kremlər, radiotezlik, ultrasəs, karboksiterapiya, vakuum terapiyası, elektroterapiya, pressoterapiya, yağ toxuması arasındakı lifli zolaqları parçalayan lazer müalicələri və artan yağ toxumasını əridən və qan dövranı tənzimləyən mezoterapiya kimi müalicələr təyin oluna bilər. Xüsusilə son dövrdə klassik masaj üsulunu peşəkar hala gətirən bu cihazlar həm qan dövranını sürətləndirir, həm də müsbət təzyiq və vakuum effektindən istifadə edərək qeyri-bərabər paylanan yağlanmanı düzəltməyi hədəfləyir. Mezoterapiya və iynə ilə olan prosedurlar da yağ hüceyrələrinin parçalanmasına yönəlmiş müalicə üsullarındandır.
Sellülit dermatoloq və plastik cərrahlar tərəfindən müalicə edilir. Dermatoloqlar cərrahi olmayan tibbi müalicə tətbiq edərkən, plastik cərrahlar xalq arasında “yağ aldırma” kimi tanınan liposaksiyanı həyata keçirirlər.
Sellülit müalicəsi kimlərə tətbiq edilir və yaş məhdudiyyəti varmı?
Yeniyetməlik dövründən başlayaraq sellülit həm kişilərdə, həm də qadınlarda yarana bilər. Bəzən uşaqlarda çəki problemi və düzgün olmayan qidalanma səbəbindən yaranır. Ancaq müalicə variantları ön plana çıxdıqda 18 yaşdan yuxarı bunu etmək daha məqsədəuyğundur.
Sellülit müalicəsi tətbiqi təsirini nə vaxt göstərir?
Sellülit müalicəsi təsirini dərhal göstərməyəcək. Uzun müddət davam edən bu müalicələ üsullarıyla yanaşı idman və pəhriz rejiminə də riayət olunmalıdır.
Hamiləlikdən qorunma həbləri sellülitə səbəb olurmu?
Sellülit əmələ gəlməsi erkən başlayan və ailə tarixçəsi olan qadınların hamiləlikdən qorunacaqları təqdirdə fərqli üsullara müraciət etmələri tövsiyə olunur. Çünki estrogen və progesteron hormonları damar divarlarının əzələ quruluşunu pozur və boşaldır. Bu, damarlardan toxuma boşluğuna maye sızmasına, yəni ödemə səbəb olur. Sağlam olmayan limfa sistemi tərəfindən kənarlaşdırıla bilməyən bu mayelər yağ hüceyrələrinə təzyiq edərək onların qidalanmasına mane olur. Yenə də zədələnmiş damarlar yağ hüceyrələrinə kifayət qədər oksigeni daşıya bilmədikdə, onların metabolizmi yavaşlayır.
İdmançılarda niyə sellülit yaranmır?
Sellülitin səbəbləri genetik, hormonal, ətraf mühit və həyati faktorlar səbəbindən bir-biri ilə bağlıdır. İdmançılar davamlı hərəkətdə olmaqla bədənlərindəki yağ nisbətini nəzarətdə saxlayaraq bu zənciri qırırlar. Ancaq başqa faktorlar aradan qaldırılmadıqda, yalnız müəyyən müddət ərzində idmanla məşğul olmaq, sellülitin yaranmasının qarşısını almır.
https://www.memorial.com.tr/saglik-rehberi/selulit-nedir-selulit-nasil-gecer