Səpgili yatalaq (Brill xəstəliyi) kəskin rikketsioz xəstəlikdir. Qızdırma ümumi intoksikasiya, damar və sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur. Uzun illər sonra residiv verə bilər. xəstəlik adətətən bitlərlə yoluxur.
Patologiyası
Törədicisi Prevasek rikkitsiyalardır. Orqanizmə kiçik travmaların bitlərin ifrazı ilə təmas halında halında yoluxur, damar endotelində çoxalır, vaskulit əmələ gətirərək qan dövranı pozulmasına gətirib çıxarır. Daha böyük dəyişikliklər beyində, böyrəküstü vəzdə,dəridə baş verir. Rikketsiyaların dağılması ilə endotoksin azad olur ki, bu da ümumi intoksikasiyaya səbəb olur.
Simptomları
İnkubasiya dövr 12-14 gündür. Kəskin başlayır. Baş ağrısı, halsızlıq, ümumi əzginlik, titrəmə, ümumi hiperesteziya, yuxusuzluq, oyanıq, qızdırma (39-40 C qədər) müşahidə edilir, üz və boyun dərisi hiperemiyalaşır, konyuktiva damarları genişlənir, kiçik qansızmalar ola bilər, (Kisri- Avin ləkələri) əsnəyin selikli qişası hiperemiyalaşır, yumşaq damaqda nöqtəvi qansızmalar ola bilər. Bütün bunlardan sonra 4-5 gün ərzində səpkili yatalaq ekzanteması üzə çıxır. Səpkilər mülayim, polimorfdur, 6-7 günə itib gedir. Taxikardiya, hiportenziya, tənəffüsün sürətləməsi qeyd olunur. 4-5 günə dalaq, qaraciyər böyüyür, antibiotiklər verilmədikdə hərarət 8-12 gün normallaşır (antibiotik verildikdə isə 1-2günə)
Ağırlaşmaları
Pnevmoniya, otit, venoz tromboz.
Müalicəsi
4-5 gün ərzində hər 6 saatda 0,3 - 0,4 q tetrasiklin təyin edin. Göstərişlərə görə simptomatik və patogenetik agentlər istifadə olunur.