Sidik ləngiməsi dedikdə sidikliyim tam boşaldılmaması nəzərdə tutulur. Akut və ya xroniki olaraq iki yerə bölünür. Akut sidik ləngiməsi heç sidiyə gedə bilməməkdir. Bu növ xəstələrə təcili tibbi yardım göstərilməlidir. Xroniki vəziyyətdə isə şəxs, sidiyə az-az da olsa gedə bilir ancaq sidiklik tam boşaldılmır.
Böyrəklərdən gələn bir daş, sidik yolunu bağlaya bilər və ya doğuşdan sidik yolu quruluşunun düzgün olmaması və s kimi səbəblər bu problemi yarada bilər.
Bəzən sidik ifrazından sonra sidik kisə tam boşalmır, orada müəyyən miqdar sidik qalır. Buna qalıq sidik yaxud xroniki sidik ləngiməsi deyilir. Qalıq sidiyin miqdarını ölçməyin yolu USM müayinəsidir. Belə ki, pasiyent orta doluluqda olan sidik kisəsi ilə USM müayinəsindən keçir, daha sonra isə sidiyi boşaldır və yenidən USM – də sidik kisəsinə baxılır. Əgər sidik kisədə qalıntı varsa bu qalıq sidik hesab olunur. Qalıq sidiyin 50 ml – dən artıq olması ciddi problem hesab olunmalıdır.
Sidik ləngiməsinin əsas səbəbləri:
Prostat vəzin adenoması olan pasiyentlərdə kəskin sidik ləngiməsi çox ciddi hesab oluna biləcək ağırlaşmadır.
Kəskin sidik ləngiməsi ehtimalını artıran faktorlar aşağıdakılardır:
Bunu da nəzərə çatdıraq ki, kəskin sidik ləngiməsinin səbəbləri üç əsas qrupa bölünür:
Obstruktiv, iltihabı – infeksion və nevrogen səbəblər.
Müalicəsi
Müalicə iki mərhələdən ibarət olmalıdır. Kateter, ponksiyon və ya hətta əməliyyatdan istifadə edərək sidiyi sidik kisəsindən çıxarmaq təcilidir. İkinci mərhələ sidik tutmasının səbəbini müəyyən etmək və mümkünsə onu aradan qaldırmaqdır.