Sidik qaçırma, nəzarət edilə bilməyən və sidiyi saxlaya bilməmək halıdır. Hər yaşda yaşanıla bilən problemdir. İrəli yaşlarda daha çox müşahidə edilir. Sidik qaçırma yaşayış normasına mənfi təsir göstərir, sosial və psixoloji problemlərə yol aça bilər. Bu problem qadınlarda daha çox görülür.
Sidik qaçırmağın növləri
Gülərkən, asqırarkən, öskürərkən, ağır əşya qaldırarkən sidik kisəsinin təzyiqi artaraq sidik qaçırma baş verə bilər. Bu, sinir və əzələ zəifliyi ilə bağlıdır.
Bəzən isə xəstə anidən narahatçılıq hiss edər və nəzarətsiz şəkildə sidik qaçırma baş verə bilər.
Səbəbləri
Çox doğuş keçirən qadınlarda klimaksdan ya da çətin doğuşlardan sonra sidik qaçırma problemi yaşana bilər. Bəzən heç doğuş etməyən qadınlar da bu problemdən əziyyət çəkə bilərlər. Xüsusilə ağır yük qaldırma, öskürmə, asqırma, şiddətli gülmə vəziyyətlərində sidik qaçırma vəziyyətləri baş verə bilər.
Sidik qaçırma diaqnozu və müalicəsi
Pasiyentdən ətraflı şikayətlər soruşulur. Forması və baş vermə sıxlığı araşdırılır.
Baş vermə səbəbi araşdırıldıqdan sonra isə düzgün resept həkim tərəfindən təyin edilir.