Bir il ərzində müntəzəm olaraq qorunmamış cinsi əlaqələr hamiləliklə nəticələnməyibsə, bu sonsuzluq kimi qiymətləndirilir. Müntəzəm aybaşısı olmayan və yaşı 35-dən çox olan qadınlar artıq 6 aydan sonra sonsuzluqla bağlı problemlə mütəxəssisə müraciət etməlidirlər. Həmin mütəxəssis həyatında 2 və daha artıq düşükləri olan qadınlara da kömək edə bilər.
Hamiləlik bir sıra şərtləri olan prosesin nəticəsidir. Hamiləlik üçün aşağıda göstərilənlər baş verməlidir:
Sadalananlardan biri və ya bir neçəsi baş vermədiyi halda sonsuzluq meydana çıxır. Hamiləliyin başa çatdırılmasının mümkün olmaması da nəsilartırma qabiliyyətinin pozulması kimi dəyərləndirilir. Sonsuzluq problem həm qadın, həm də kişi ilə bağlı ola bilər.
Kişilərdə sonsuzluq
Kişilərdə sonsuzluq probleminin səbəbi öyrənmək üçün ilk növbədə spermanı müayinə edirlər. Spermada spermatozoidlərin sıxlığını, hərəkətini və formasını öyrənirlər. Bəzi infeksion və qeyri-infeksion xəstəliklər kişilərdə sonsuzluğa səbəb olur.
Spermaya təsir edən hallar
Qadınlarda sonsuzluq
Hamiləlik baş verməkdən ötrü qadında fəal olan yumurtalıqlar, fallop boruları və uşaqlıq olmalıdır. Bunların hər hansı birinin zədələnməsi və ya funksiyalarının pozulması qadında sonsuzluğun yaranmasına səbəb ola bilər. Abortlar, xüsusən təkrarlanan abortlar çanağın iltihab xəstəliyi, o cümlədən, fallop borularının və uşaqlığın zədələnməsinə gətirə bilər. Abort və çanağın iltihab xəstəliyi sonsuzluqla yanaşı hamiləliklərin düşüklə nəticələnməsinə səbəb ola bilər.
Yumurtalıqların fəaliyyəti
Boruların açıql olması
Boruların bağlanmasına təsir edən risk faktorlarına keçmişdə baş vermiş çanaqdaxili infeksiya, o cümlədən cinsi yolla yoluxan infeksiyalar (məs., qonoreya, xlamidiya), endometrioz və qarın boşluğunda aparılmış bəzi cərrahi əməliyyatlar aid edilir.
Boruların qiymətləndirilməsi rentgenoloji (histerosalpinqoqrafiya, xromopertubasiya) və ya laporoskopik (qarın divarının kiçik kəsiyindən laparoskopu yeridib boruların vəziyyətini qiymətləndirmək) üsul ilə aparıla bilər.
Uşaqlığın forması
Qadında mövcud olan simptomlardan asılı olaraq fibroid və ya digər normadan kənar anatomik xüsusiyyətlər transvaginal ultrasəs müayinəsi yolu ilə təyin edilir. Lazım olduqda sonohistoqram və ya histeroskopiyadan istifadə edilir.
Qadında sonsuzluq riskini artıran amillər
Qadının nəsilartırma qabiliyyətini aşağı salan amillər:
Yaşı 35-dən çox olan qadınların təxminən üçdə birində fertillik problemləri qeyd olunur. Yaşa dolduqca qadının hamilə qalmaq ehtimalının azalması ilə yanaşı baş verən hamiləliyin düşüklə nəticələnməsi və uşağın anadangəlmə qüsurla doğulması ehtimalı da artır.
Yaşa dolduqca qadının hamilə olmaq ehtimalının azalması səbəbləri:
Hamilə olmaq arzusunda olan qadının həkimə müraciəti
Yaşı 35-dən az olan qadın heç olmasa bir il ərzində hamilə olmağa cəhd etməlidir. Yaşı 35-dən çox olan qadınlara isə yarım il ərzində uğursuz cəhdlərdən sonra həkimə müraciət etmək məsləhət görülür. 30 yaşından sonra qadının nəsilartırma qabiliyyəti ildən ilə sürətlə azalır.
Bəzi sağlamlıq problemləri sonsuzluq ehtimalını artırır və qadın bunları həkimlə müzakirə etməlidir:
Qadının bunları hətta hamilə qalmağa cəhd etməzdən əvvəldə həkimlə müzakirə etməsi məsləhət görülür. Həkim fertillik haqqında olan sualları cavablandırıb sağlam uşaq sahibi olmaq üçün lazımi məsləhətlər verə bilər.
Qadının və onun partnyorunun fertillik problemlərinin olmasını həkim necə araşdırır?
Həkim həm qadın, həm də kişinin tibbi və cinsiyyət tarixçəsini öyrənir. Adətən, ilkin müayinə zamanı spermanın analizi, Fallop borularının mənfəzinin açıq olması qiymətləndirilir və yumurtalıqların ehtiyatı öyrənilir.
Sonsuzluğun müalicəsi
Sonsuzluğa səbəb olan faktorları, sonsuzluğun müddətini, qadının yaşını, mayalanma üçün cütlüyün üstün tutduğu metodu və hər bir metodun effektivliyini, risklərini və faydasını qiymətləndirdikdən sonra həkim müəyyən metodu məsləhət görə bilər. Sonsuzluğun müalicəsində dərman, cərrahi müdaxilə, uşaqlıqdaxili inseminasiya (mayalandırma) və ya effektiv olan müxtəlif köməkçi texnologiyalar istifadə oluna bilər.