Soyuq allergiyası xüsusilə qış aylarında rast gəlinən, oqanizmin soyuğa qarşı hiperhəssaslıq reaksiyadır. Bu allergiya olan insanlarda soyuğun təsiri ilə narahatedici simptomlar meydana çıxır. Bundan əlavə, xəstəlik təkcə qış aylarına təsadüf etmir. Soyuq allergiyası olanlarda yayda hazırlanan buzlu içkilər də eyni əlamətləri yaradır. Bu xəstəlikdən əziyyət çəkən insanlar dərinin soyuq ilə təmasda olan hissələrində qızartı, şişkinlik və qaşınma kimi əlamətlərlə qarşılaşırlar. Qış fəslinin onlara çox çətin olduğu düşünülsə də, yayda sərinləmək üçün istifadə edilən bir çox üsul da eyni narahatlığa gətirib çıxara bilər.
Soyuq allergiyası niyə və necə baş verir?
Soyuq allergiyası müxtəlif təkanverici amillərin təsirindən yaranır. Bu səbəblərdən biri də təbii ki, soyuq hava ilə təmasdır. Həmçinin soyuq suda üzmək və ya duş qəbul etmək də baş vermə səbəbləri arasındadır. Bunlar birbaşa dəri ilə təmasda olan fiziki vəziyyətlərə misaldır. Əlavə olaraq hava sərinləşdirici və kondisionerlər də soyuq allergiyası yaradan faktorlara daxildir. Soyuq allergiyası olan insanların istehlak etdiyi soyuq içki, qidalar həzm və tənəffüs yollarına dərhal təsir edərək çox ciddi narahatlıq verir. Məsələn, isti havalarda üstünlük verilən buzlu içki və ya dondurma dil və boğaza dərhal təsir edir. Təbii ki, bu təsir badamcıqların şişməsi kimi düşünülsə də, soyuq allergiyası ilə nəticələnə bilir.
Soyuq allergiyası olan insanlarda 0-4 dərəcə temperatur, artıq təmas baş verən yerlərdə simptomların üzə çıxmasına səbəb olur. Xəstə soyuq duş qəbul etmək və ya dənizdə çimmək, bir sözlə, bütün bədəni soyuqla təmasda saxlayan fəaliyyətlər edərsə, allergik şok və qan təzyiqinin aşağı düşməsi kimi ciddi problemlər ilə üzləşə bilər.
Soyuq allergiyası simptomları
Soyuq allergiyası bir sıra əlamətlərlə özünü göstərə bilər. Bunlardan ən aydını dəridə gözlə görünən qızartıdır. Simptomları aşağıdakı kimi sıralaya bilərik:
Soyuq allergiyasının daha ağır simptomları:
Soyuq allergiyasının diaqnozu
Soyuq allergiyasının diaqnozu fiziki müayinə ilə asanlıqla qoyulur. Müayinə zamanı xəstədə qaşınma və müvafiq dəri dəyişiklikləri varsa, həkim qısa bir dəri müayinəsi ilə diaqnoz qoyur. Əlamətlər yoxdursa, diqqətli anamnez toplamaqla qısa müddətdə düzgün diaqnozu tapmaq olar. Nadir hallarda su allergiyası ilə qarışdırılan soyuq allergiyası sadə su testi ilə müəyyən edilir. Su allergiyası suyun isti və ya soyuq olmasından asılı olmayaraq inkişaf edir. Bu fərq xəstələrin sadəcə su ilə təması nəticəsində üzə çıxır.
Buz kubu testi soyuq allergiyasının diaqnozunda çox faydalı bir metoddur. Xəstənin dərisində 5-10 dəqiqə ərzində buz kubu və ya soyuq əşya saxlanılır və həmin nahiyə müşahidə edilir. Əgər təmasdan sonra qızartı və ya şişkinlik yaranarsa, xəstəyə soyuq allergiyası diaqnozu qoyulur.
Kontrast test. Xəstələr soyuq su ilə təmas etdikdən sonra əlləri isti su ilə isidilir və refleks soyuq allergiyası varsa, simptomlar aşkarlanır.
Qan analizi: Qanda ağ qan hüceyrələrinin (WBC) sayı yoxlanılır. Normal dəyərdən aşağı olarsa, soyuq allergiyasını autoimmun xəstəliklər müşayiət edə bilər. Əgər ağ qan hüceyrələrinin sayı normal dəyərdən yuxarıdırsa, əsas virus və ya bakterial xəstəlik ola bilər.
Soyuq allergiyasının müalicəsi
Soyuq allergiyasının müalicəsi, adətən səpgilərin yaranma prosesini idarə etmək və azaltmaq məqsədi daşıyır. Müalicənin bir növü dərman ilədir. Dermatoloq soyuq allergiyasını müalicə etmək üçün, adətən antihistamin preparatlar təyin edir. Ümumiyyətlə, dərman müalicəsi bu vəziyyətin həllində kifayət qədər təsirli ola bilər. Bu baxımdan bəzən başqa üsula ehtiyac qalmır. Yalnız vaxtında və dozaya uyğun olaraq verilən dərmanlardan istifadə etmək kifayət edir. Dozalanma həkim tərəfindən edilməlidir. Çünki bu, xəstədən-xəstəyə dəyişə bilər. Soyuq allergiyasının müalicəsində istifadə edilən digər preparatlar aşağıdakılardır.
Bəzi hallarda soyuq allergiyası həyati təhlükə yarada bilər. Buna anafilaksiyanı misal göstərmək olar. Həmin vaxt dərman qana çox tez keçməlidir. Ağızdan qəbul edilən preparatlar ilə buna nail olmaq mümkün deyil. Həyati təhlükəli vəziyyət – anafilaksiya zamanı inyeksiya yolu ilə müdaxilə etmək vacibdir. Bunun qarşısını almaq üçün xəstə avtomatik adrenalin inyeksiyasını yanında daşımağa məcbur olur. Onun istifadəsi və dozası xəstədən-xəstəyə dəyişə bilər.
Soyuq allergiyasından necə qorunmalı?
Dərinizi tez-tez nəmləndirmək soyuq allergiyasından qorunmağın yollarından biridir. Qışda dəriyə qulluğa önəm verməli və dərinizin qurumasının qarşısını almalısınız. Xüsusilə quru, soyuq havalı və çöldə çox vaxt keçirdiyiniz günlərdə evdən çıxmazdan əvvəl və sonra dərinizin ehtiyaclarını qarşılamalısınız. Dəri baryerini bərpa edən və gücləndirən nəmləndiricilərdən istifadə etməyi, ən əsası isə gün ərzində dərinizi nəmli saxlamağı tövsiyə edirik. Dəri üçün nəmləndirici alarkən yapışqanlıq hissi yaratmayan və nəzarətli istehsal olunan kremlərə üstünlük verməlisiniz. Nəmləndirici kremdən başqa dəriyə intensiv maska etmək və zəngin konsentratlı zərdabların müntəzəm istifadəsi də dəriyə qulluğa kömək edir.
Boğazınızın şişməsinin qarşısını almaq üçün həddən artıq soyuq içki və qidalardan uzaq durun. Əgər həkiminiz adrenalin avtomatik inyektorunu təyin edibsə, ciddi reaksiyaların qarşısını almaq üçün onu özünüzlə saxlayın və bu dərmanın son istifadə tarixinə diqqət yetirin. Əgər əməliyyat keçirəcəksinizsə, soyuq allergiyanız barədə əvvəlcədən cərrahınızla danışın. Cərrahi qrup əməliyyat otağında soyuq allergiyası ilə əlaqəli simptomların qarşısını almaq üçün addımlar ata bilər.
Soyuq allergiyası | Soyuğa qarşı allergiya | Dr. Rəşad İsayev (drrashadisayev.com)