Stupor və koma dedikdə xəstənin kənar qıcıqlandırıcı stimullara cavabsızlığı (reaksiyanın olmaması) və ya reaksiyanın qeyri-normal olması və ya xəstənin oyadılmasının mümkün olmaması və ya çətinləşmiş olduğu kliniki vəziyyətlər nəzərdə tutulur.
Koma dedikdə konkret olaraq xəstənin "qıcıqlandırıcı stimullara reaksiyasının itməsi və oyadılmasının mümkünsüzlüyü" nəzərdə tutulur.
Stupor, letarqiya və keyləşmiş huşu terminləri isə koma ilə normal oyanıq hal arasında olan kliniki vəziyyətləri xarakterizə edir.
Ümumiyyətlə, həmin terminlərin kliniki praktikada vəziyyətin detallı təsviri olmadan istifadəsi məqbul sayılmır.
Oyanma statusunun dəyişməsi kəskin, həyata təhlükəli olan və beyin funksiyaları və həyatın saxlanması məqsədilə təxirəsalınmaz müdaxilə tədbirlərinin görülməsini tələb edən vəziyyətdən xəbər verir. Xəstənin həmin vəziyyətdə müayinəsi və müalicəsi paralel aparılır.
Oyanma statusu dəyişmiş xəstələrin müayinəsi
Stupor və komanı törədən səbəblər.
Beynin travmatik, vaskulyar, iltihablı, şiş və zəhərli zədələnmələrində soporous vəziyyət müşahidə olunur. Bu, müxtəlif növ travmatik beyin xəsarətləri ilə baş verə bilər, lakin daha tez-tez orta və şiddətli sarsıntı ilə müşahidə olunur.
Təcili tibbi yardım xəstəxanalarına koma və stuporda gətirilmiş xəstələrin əksəriyyətində həmin vəziyyətin səbəbi adətən travma, beyin-damar xəstəliyi, intoksikasiyalar və metabolik pozuntular olur.
ANAMNEZ
Huşu pozulmuş xəstə xəstəlik tarixçəsini danışa bilmir, lakin xəstənin yaxınlarından bəzən vacib məlumatları əldə etmək olur:
Baş vermiş hadisənin şahidlərindən tarixçəni əldə etmək adətən çox faydalı olur. Təcili tibbi yardım briqadasının əməkşdalarından da etiologiyaya aydınlıq gətirə biləcək faydalı məlumat əldə edilə bilər.
Bəzən xroniki xəstəliyi olanların üzərində və ya çantalarında qəbul etdikləri dərmanlar, xəstəlikləri barədə hansısa məlumat vərəqələri də tapıla bilər ki, bu da xəstənin vəziyyətini aydınlaşdıra bilər.
Əvvəl olduğu xəstəxana və ya poliklinikadan xəstəlik tarixçəsinə dair faydalı məlumatlar əldə oluna bilər.
ÜMUMİ MÜAYİNƏ
Komada olan xəstələrdə fiziki müayinə heç zaman unudulmamalıdır, çünki məhz fiziki müayinə əksər hallarda komanın etiologiyasının müəyyən edilməsinə yardım etmiş olur.