Main

Tendinit – Vətərlərin iltihabı Tendinit, vətər qabığının (vətərləri əhatə edən birləşdirici toxuma örtüklərinin) kəskin və ya xroniki iltihabıdır. Bu iltihab əl, bilək oynağı, ön qol (radial və ulnar tenobursit), ayaq, ayaq biləyi oynağı və Axilles tendo

Tendinitin səbəbləri

Tendinit, yaralar və ətraf toxumaların irinli xəstəlikləri zamanı piogen mikrobların vətər qabıqlarına daxil olması səbəbindən inkişaf edir. Bununla belə, xəstəlik infeksiyanın iştirakı olmadan da baş verə bilər. Bu narahatlıq tendonlardaki zəiflikdən və incəlməkdən meydana gəlir. Bundan əlavə xəstəlik, infeksiyanın rolu olmadan və peşəylə əlaqədar olaraq tendonlar üzərindəki daimi stress səbəbiylə ortaya çıxa bilər.

Tendinitin simptomları

Oynaq yerlərində bir anda başlayan ani ağrılar bu xəstəliyin ən diqqətə çarpan xüsusiyyətidir. Kəskin ağrı, ən kiçik bir hərəkətldən belə güclənir və tendon boyunca şişkinlik, hərarət müşahidə olunur.

Həddindən artıq yüklənmədən qaynaqlanan tenedit xəstəliyində xəstədə kəskin ağrı yoxdur, lakin ağrılı hərəkətlər vardır. Bu zaman hərəkətlər xırtıldayan və ya cırıltı hissi ilə müşayiət olunur (krepitasiya edən tenosinovit), bu zaman xəstənin ümumi vəziyyəti pozulmur. Bununla belə, lazımi müalicə olmasa, xəstəlik hərəkətlərin davamlı məhdudlaşdırılmasına və xroniki hala gələ bilər.

Tendinitin diaqnozu

Tendinitin diaqnozu prosesin xarakterik lokalizasiyasına və klinik tədqiqatın məlumatlarına əsaslanır.

Tendinitin müalicəsi
Kəskin tendinitin müalicəsi iki yerə - ümümi və lokal – bölünür. Tendinit müalicəsində yoluxucu prosesin ümumi müalicəsi infeksiyaya qarşı mübarizəyə yönəldilmişdir (antibakterial maddələrin istifadəsi, bədənin müdafiəsini gücləndirmək). Qeyri-infeksion proses üçün iltihab prosesini azaldan dərmanlar istifadə olunur.

İlkin mərhələdə həm yoluxucu, həm də yoluxucu olmayan tendinitin yerli müalicəsinə şinlərdən istifadə olunaraq xəstəlik bölgəsinin istirahəti və isti kompreslər daxildir. Kəskin proseslər azaldıqdan sonra fizioterapevtik prosedurlar (UHF, ultrasəs və s.) və terapevtik məşqlər təyin edilir. İrinli bir proses halında, tendon qabığının təcili açılması və drenajı lazımdır.

Xroniki teneditin müalicəsi əsasən fizioterapevtik prosedurlara (parafin, ozokerit, UHF, dərman maddələri ilə elektroforez), terapevtik məşqlər və masajdan keçir. Konservativ müalicə üsulları kömək etmirsə, tendon qabığının daralmış hissəsi kəsilir.

tercume