Qabırğaarası nevralgiya (QAN) və ya torakalgiya qabırğaarası sinirlərin sıxılması, iltihablanması səbəbiylə yaranan patoloji bir sindromdur. Bu zaman ağrı sindromu sinir yolu boyunca yayılır, döş qəfəsinin təbii hərəkətləri “nəfəs alıb vermədə” həddindən artıq dərəcədə acı verir.
Nevralgiyanın inkişafındakı əsas amillər, alkoqoldan sui-istifadəsi, zəifləmiş immunitet, xroniki yorğunluq, endokrin sistemin patologiyası, B qrup vitamin əskikliyinə bağlı həzm sistemi xəstəlikləri, ürək və qan-damar sistemi xəstəlikləri, hormonal balansın pozulmasıdır.
Xəstəliyin səbəbləri.
Xəstəliyiyn əlamətləri
Ağrılar sinənin sağ və ya sol yarısında meydana gəlir. Ağrılar əsasən, sinəni əhatə edir, daimi, deşici və ya paroksismal xüsusiyyətləri vardır. Bu ağrı interkostal boşluqlar boyunca yayılır. Torakalji əlamətlər xəstə öskürərkən, asqırdıqda, dərindən nəfəs aldıqda və ya bədənini hərəkət etdirərkən şiddətli ağrı ilə özünü göstərir.
Ağrılar yanma, karıncalanma, uyuşma hissi ilə müşayiət olunur və ürək, arxa, bel və ya kürək sümüyünün altına yayılır.
Bəzi hallarda döş qəfəsində ağrı həm qabırğaarası sinirlərin sıxılması və qıcıqlanması, həm də bir və ya bir neçə əzələnin həddindən artıq tonusu (gərginliyi) səbəbindən baş verə bilər. Bu əzələlər əsasən arxanın ekstensorları, çiyin və kürək əzələləridir. Əzələ ağrısı olan zaman, irəli əyilərkən, çiyin və ya kürək sümüyünün hərəkəti zamanı ağrı daha da güclənir.
Xəstəliyin diaqnozu
Sinə və ya kürək nahiyəsində ağrı ürək-damar sistemi və ya ağciyər xəstəlikləri ilə bağlı ola bilər, ona görə də kardioloq, pulmonoloqa müraciət etməli, EKQ və ya döş qəfəsinin rentgenoqrafiyasını çəkməlisiniz. Sinə digər orqan və sistemlərinin xəstəlikləri yoxdursa, onurğanın müalicəsi lazımdır.
Xəstəliyin müalicəsi
Yalnız nevroloq xəstəliyin dərmanlarla müalicəsini tövsiyə edirə bilər. Fizioterapevtlər müalicəni aşağıdakı üsullarla həyata keçirirlər:
tercume