Main

Udlaqarxasi abses

Udlaq arxası sahənin limfatik düyünlərinin və kövşək toxumanın irinləməsi olub, prevertebral boyun fassiyası, bucco-faringeal fassiya, boyunun damar sinir şaxəsini əhatə edən fassiya və toxuma ilə məhdudlaşır. Daha çox yaşlılarda, zəif uşaqlarda, az hallarda böyüklərdə müşahidə olunur. Adətən uşaqlarda infeksion xəstəliklərdən kəskin virus xəstəlikləri qızılca, skarlatından sonra ortaya çıxır. Böyüklərdə sifilis, spondilit və tuberkulyoz zamanı müşahidə olunur. Dişlərin kariesi, orta qulağın irinli prosesləri, mastoidit udlağın arxa divarın travmaları da prosesin inkişafına yol aça bilir. Udlaq arxası abses irinli mediastenitlə ağırlaşa bilər.
Simptomlar

Udlaqarxası abses bir qayda olaraq kəskin təzahür edir, lakin yarımkəskin, gizli və xroniki də ola bilər. Kəskin gediş zamanı abses udlağın orta şöbəsində yerləşən erkən simptom udma zamanı ağrıdır, uşaqlarda narahatlıq ağlağanlıq, yuxunun pozulması, döş əmmədən imtina etməsi ilə müşayət olunur. Yüksək tempratur (38-390C) xarakterikdir. Abses udlağın yuxarı şöbəsində yerləşdikdə bunun tənəffüsün pozulması, temperaturun yüksəlməsi, böyüklərdə səsli tənəffüslə təzahür edir. Udlağın aşağı şöbəsinin absesi zamanı tənəffüsün çətinləşməsi (xüsusi ilə vertikal vəziyyətdə) müşahidə olunur. Udlaqarxası absesin daimi simtomu çənə arxası və yuxarı yan boyun limfa düyünlərin şişkinliyi və ağrısıdır ki, nəticədə məcburi vəziyyət yaranır (xəstə başını xəstə tərəfə yatırır) Abeses udlağın arxa divarında olduqda farinoskopiya, udlağın yuxarı şöbəsində yerləşdikdə rinoksopiya, qırtlaq udlaqda yerləşdikdə langoskopiya zamanı təyin oluna bilir. Uşaqlarda şpatillə yumşaq damağı qaldırdıqda da görmək olur.

Diaqnoz və müalicə

Udlugaqarxası absesinin diaqnozu üçün fiziki müayinə, eləcə də təsirlənmiş ərazinin ətrafından götürülən qan və ya toxuma nümunələrində bakterial infeksiyanın mövcudluğunu təsdiqləmək üçün laboratoriya testləri tələb olunur. Müalicə üçün antibiotiklər və simptomlar yox olana qədər istirahət nəzərdə tutulur. Ağrı və ya şişlik səbəbiylə uzun müddət hərəkətsizliyin səbəb olduğu zəifləmiş əzələləri gücləndirməyə kömək etmək üçün fiziki terapiya da tövsiyə edilə bilər.