Uşaqlıq boynu eroziyası zamanı uşaqlıq boynunun, uşaqlıq yolu hissəsində selikli qişanın tamlığının pozulması baş verir. Xəstəlik, istənilən yaşda baş verə bilər və bu diqqətli müayinə, müalicə tələb edir.
Səbəbləri
Əlamətləri
Xəstəlik çox nadir hallarda erkən vaxtlarda hər hansı bir əlamətlə özünü biruzə verir. Əsasən qadın profilaktik ginekoloji müayinədən keçən zaman aşkarlanır.
Diaqnostikası
Belə diaqnostik manipulyasiya kompleksi həkimə daha dəqiq diaqnoz qoymağa və müalicə taktikasının düzgün seçməyə imkan yaradır.
Müalicəsi
Profilaktikası
Servikal ektropion ilə servikal eroziyanın fərqi
Servikal ektropionun da servikal eroziya kimi qırmızı rəngdə yara şəklində görüntüsü olur. Lakin servikal eroziya servikal ektropiondan fərqləndirilməsi gərəkən bir durumdur.
Servikal ektropion (eversiyon, psevdoeroziya) uşaqlıq boynunun daxili hissəsi silindrik epitellə, xarici hissəsi isə çoxqatlı yastı epitellə örtülmüşdür. İki toxuma arasında dəqiq sərhəd vardır. Bəzən müəyyən səbəblərdən kanalın daxilindəki silindrik epitel xaricə doğru yer dəyişir və ginekoloji müayinə zamanı uşaqlıq boynunun xarici hissəsində qırmızı rəngli sahə kimi görünür. Belə hal patoloji bir durum deyildir. Bu vəziyyət xərçəng və ya xərçəng önü bir xəstəlik deyildir.
Servikal eroziya isə bu və ya digər səbəblərdən uşaqlıq boynunda yaranan toxuma defektidir, Ektropiondan fərqli bir görüntü verir (əsasən də kolposkopik müayinə zamanı). Eroziyanin dəqiq kompleks müayinəsi və müalicəsi mütləqdir.
Hamiləlik zamanı eroziya
Hamiləlik zamanı uşaqlıq boynunun eroziyasına bir çox hallarda rast gəlinir. Bu eroziyaların hamiləlik dövründə ağırlaşma riski daha çoxdur.
Ağırlaşmanın səbələri:
Hamiləlik zamanı mütləq uşaqlıq boynu müayinə olunmalıdır. Lazım olduqda kolposkopiya olunmalı, onkositoloji analiz verilməlidir. Əgər hamiləlik zamanı eroziya aşkar olunarsa. klinik əlamətlər özünü biruzə vermirsə və müayinələrin nəticəsi qənaətbəxş olarsa, hamiləlik sonlanana qədər gözləmə taktikası seçilir.
Uşaqlıq boynu eroziyası sonsuzluq yaratmır. Psevdoeroziyası olan qadınlar rahatlıqla hamiləlik planlaya bilərlər. Hamiləlik və doğuş zamanı psevdoeroziya heç bir ağırlaşma yaratmır. Həqiqi eroziya zamanı isə hamiləlikdən öncə eroziyanı müalicə edib sonra hamiləlik planlamaq lazımdır.
Anadangəlmə eroziya (ektropion, psevdoeroziya) yenidoğulmuş qız uşaqlarında uşaqlıq boynunun daxili qatında olan silindrik epitel uşaqlıq boynunun xaricində yerləşir. İnkişaf etdikcə silindrik epitel uşaqlıq boynunun daxilinə doğru yerdəyişir. Bəzən bu normal proses pozulur və silindrik epitel uşaqlıq boynunun xaricində qalır, bu vəziyyət müalicə tələb etmir, adətən 25 yaşına qədər çox qatlı silindirik epitellə əvəz olunur.
https://ginekoloq-naza.az/usaqliq-boynu-eroziyasi-nedir-elametleri-ve-mualicesi/