Main

Vərəm (Tuberkuloz)

Vərəm ya da tuberkuloz, Mycobacterium tuberculosis adı verilən bakteriyanın səbəb olduğu yoluxucu bir xəstəlikdir. Bu xəstəliyə səbəb olan bakteriya R.Koch tərəfindən 24 Mart 1882-ci il tarixində kəşf edilmişdir və bu səbəblə bakteriya Koch basili adı ilə də tanınır. Tənəffüs yoluyla bulaşdığından tez-tez ağciyərlərdə xəstəliyə səbəb olmaqla yanaşı, sümük, beyin, ağ ciyər pərdəsi, ürək pərdəsi, böyrək və daha bir çox orqanda da nadir olaraq xəstəlik ortaya çıxa bilir. Bu gün dünya əhalisinin təqribən 1/3-i vərəm mikrobu ilə zəhərli olmuşdur, yəni bu insanların bədəninə həyatlarının bir dövründə bu bakteriya daxil olmuşdur və hər il bu populyasiyanın bir qismi orqanizmlərində olan bu yatan vəziyyətdəki bakteriyanın müxtəlif səbəblərlə hərəkətə keçməsi nəticəsində vərəm xəstəliyinə tutulurlar.

Xəstəliyə yoluxma

Vərəm xəstəliyinə tutulmuş insanların ağciyərlərində xəstəliyin irəliləməsi ilə bakteriyadan ifraz olunan salınan bəzi fermentlərin və orqanizmimizin müdafiə sisteminin təsiri ilə xalq arasında “yara” kimi adlandırılan bir oyuq (kavita) əmələ gəlir. Vərəm mikrobu bu oyuğun içərisində və ətrafında sürətlə çoxalmağa davam edir. Bu oyuq hava yollarımız yəni bronxlarla iştirak halında olduğundan xəstə insanın öskürək, hapşırıq kimi güclü tənəffüs fəaliyyəti ilə ağzından saçılan çox kiçik damcılar içərisində vərəm bakteriyaları xarici mühitə yoluxur. Bu kiçik damcılar eyni siqaret dumanının havada uzun müddət asılı qalması kimi yaxşı havası dəyişilməyən qapalı mühitlərdə saatlarla havada uçuşurlar. Məhz belə bir şəraitdə tərkibində bakteriya olan bu damcılar sağlam insanlar tərəfindən nəfəs alma zamanı ağciyərə çəkilir və ilk dəfə bakteriya sağlam insanın orqanizminə daxil olur.

Risk qrupları

  • Orqanizmin xroniki xəstəlikləri; şəkərli diabet, tireotoksikoz, hamilə və zahı qadınlar, xroniki qanaxmalar, anemiyalar, xroniki nefrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki mədə-bağırsaq pozğunluqları, bir çox qan xəstəlikləri və s.
  • Yaş amili; 3 yaşa qədər, qoca yaşlılar.
  • Zərərli adətlər; siqaret çəkmək, spirtli içki qəbu etmək, narkomaniya və s.
  • Uzun müddət qlükokortikoid, immunosupressorlarla müalicə.
  • Baş-boyun xərçəngi.
  • Böyrək xəstəliklərinin son mərhələsi.
  • Bağırsaq anastomozları.
  • HİV infeksiyası
  • Vərəmli xəstə ilə bir evdə yaşayanlar. (Uşaqlar 2-il müddətində nəzarətdə qalmalıdırlar).
  • Vərəmli xəstə ilə təmasda olan tibb işçiləri və laborantlar.
  • Köhnə fıbroz dəyişikliyi olan xəstələr.

Vərəmin əlamətləri

Vərəm insan orqanizminin müxtəlif sistemlərini (tənəffüs, sidik-tənasül, sümük və s.) zədələyə bilər, buna görə də onun simptomları həmişə fərqlidir. Pulmonar (ağciyər) forma (halların təxminən 85%) digər tənəffüs sistemi xəstəliklərinin əlamətləri ilə oxşar olan simptomlarla xarakterizə olunur, lakin buna baxmayaraq, onun bəzi xüsusiyyətləri var.

Beləliklə, ağciyər vərəminin klinik simptomlarına aşağıdakılar aiddir:

  • Öskürək. Başlanğıcda o quru olur, lakin basillər yayıldıqca o yumşalmağa başlayır. O ən azı üç həftə ərzində müşahidə olunur. Öskürək tutmaları gecə vaxtı baş verir və uzun müddət keçmir. Uzunmüddətli iltihabi proses zamanı bəlğəmdə qan qatışığı aşkarlana bilər.
  • Subfebril hərarət (normadan 1-2 qradus yuxarı). Adətən axşama yaxın yüksəlir, xəstədə dərhal zəiflik yaranır. Vərəm zamanı hərarət orqanizmin yad agentin nüfuz etməsinə qarşı qoruyucu cavab reaksiyasıdır.
  • Qan hayxırma. Pulmonar vərəmin əsas əlamətlərindən biridir. Alveolların (ağciyərləri qanla təchiz edən xırda arteriyaların) zədələnməsindən xəbər verir.
  • Sinədə ağrı. Öskürək zamanı yaranır. Patoloji prosesə plevral yarpaqların cəlb olunduğunu göstərir. Plevra ağciyərləri örtür və onun hissələri arasındakı sahəyə nüfuz edir. Yalnız plevra innervasiya olunduğu üçün, sinə nahiyəsində ağrı ona aparan sinir sonluqlarının qıcıqlandığını təsdiqləyir.
  • Tez tərləmə (xüsusən də gecələr).
  • Fiziki yüklənmə zamanı güclü təngnəfəslik. Kox basili ağciyər toxumalarını dağıdır. Nəticədə, ağciyərlər orqanizmi tələb olunan miqdarda oksigenlə təmin edə bilmir. Buna görə də, oksigenə tələbatın artması hallarında pasiyent tənginəfəslik hiss edir. O mümkün qədər çox hava almağa çalışır, lakin bunu edə bilmir.
  • Zəiflik, halsızlıq. Orqanizm intoksikasiya ilə mübarizə aparır, buna görə də onun əhvalı pisləşir.
  • Çəki itkisi.

Uşaqlarda vərəmin simptomları

Uşaqlarda, yuxarıda təsvir olunmuş simptomlardan başqa, vərəm özünü aşağıdakı simptomlarla büruzə verir:

  • Limfatik düyünlərin böyüməsi və onların ağrılığı (onlar limfogen yolla yayılan mikobakteriyaları yubandırırlar);
  • Dəri örtüklərinin solğunlaşması (damarların innervasiyası və dəridə qan dövranı pisləşir);
  • Yuxu pozğunluğu;
  • Diqqət pozğunluğu, təhsildə geri qalma;
  • Əhval-ruhiyyənin tez-tez dəyişməsi.

Vərəmin Diaqnostikası

Vərəmə şübhə yarandıqda, diaqnozun təsdiqlənməsi üçün xəstələri vərəm üzrə xüsusi tibb müəssisəsinə göndərirlər. Vərəm xəstəliyinin müalicəsi yalnız həkim-ftiziatr tərəfindən aparıla bilər. Ağciyər vərəminin başqa tibb mütəxəssisləri tərəfindən müalicəsi qanunsuzdur və bu ağır fəsadlarla nəticələnə bilər. Vərəm üzrə xüsusi müəssisədə həkim-ftiziatr bir neçə müayinədən sonra (bəlğəmin laborator analizi, Rentgen müayinəsi və bəzi hallarda digər müayinələr) xəstəyə dəqiq diaqnoz qoyub müalicə təyin edir.

Vərəmin Müalicəsi

Vərəmin müalicəsi olduqca mürəkkəbdir. Bədəni bərpa etmək üçün 6-8 ay dərman müalicəsi tələb oluna bilər. Dərmanların kursu pulmonoloq tərəfindən təyin edilir və müalicə mütəxəssislərin ciddi nəzarəti altında aparılır. Qabaqcıl hallarda orqanların təsirlənmiş sahələri cərrahi yolla çıxarılır. Vərəmi antibiotiklərlə öz-özünə müalicə etməkdən çəkinin! Vərəm çöpü əksər dərmanlara qarşı müqavimət inkişaf etdirir.

Vərəmin ilk əlamətlərində həkimə vaxtında müraciət edilməməsi xroniki forma və hətta ölümlə nəticələnə bilər.

https://agciyer.com/verem-xesteliyi/

https://www.facebook.com/NTusiKlinika/posts/1161895713987905/

https://pasiyent.az/xestelikler/verem-44

tercume