Yumurtalıqların iltihabı (ooforit) – cüt qadın cinsiyyət vəzilərinin iltihabi prosesidir. Bir və ya ikitərəfli ola bilər. Əksər hallarda kəskin və ya xroniki formada uşaqlıq borularının iltihabi ilə müştərək şəkildə inkişaf edir. Kəskin iltihab zamanı qarnın aşağı hissəsində ifadəli ağrı, qızdırma, leykorreya qeyd olunur. Xroniki forma üçün ağrı sindromu və aybaşı pozğunluqları (metrorragiya) xarakterikdir. Yumurtalıqdan irinin toplanması pelvioperitonitə, uzaq proqnozda isə yumurtalıqların funksiyasının pozulması nəticəsində ikincili sonsuzluq təhlükəsinə gətirib çıxara bilər. Diaqnoz ginekoloji müayinə, USM, histerosalpinqoskopiya, bakterioloji müayinələrın nəticələrinə əsasən qoyulur. Göstərişlərə əsasən diaqnostik laparoskopiya icra edilir.
Ooforit. Yumurtalıqların iltihabı barədə ümumi məlumat
Ooforit qadının reproduktiv sistemi üçün təhlükəli xəstəlik sayılır. Ooforit (oophoron – yumurtalıq) – cüt qadın cinsiyyət vəziləri-yumurtalıqların iltihabıdır. Patologiya çox zaman fallop (uşaqlıq) borularının iltihabı – salpingitlə müşayət olunur. Bir (yumurtalığın birtərəfli iltihabı) və ya eyni zamanda hər iki yumurtalıq (yumurtalıqların ikitərəfli iltihabı) zədələnə bilər. Adətən iltihabi proses uşaqlıq artımları (uşaqlıq boruları və yumurtalıqlar) üçün ümumi hesab olunur və salpinqooforit və ya adneksit adlanır.
Yumurtalıqların iltihabı spesifik və qeyri-spesifik olur. Spesifik ooforitə
qonoreya, trixomoniaz, xlamidioz, mikoplazmoz, vərəmin törədiciləri səbəb olur. Qeyri-spesifik ooforot isə şərti-patogen mikroflora (bağırsaq çöpü, stafilokokk,
kandida, streptokokk və s.) tərəfindən törədilir. Soyuqlama, aybaşı, doğuş, hamiləliyin cərrahi yolla pozulması, UDS-in istifadəsi, cinsiyyət orqanlarında aparılan diaqnostik və cərrahi manipulyasiyalar yumurtalıqların iltihabına və onun kəskinləşməsinə təkan verə bilər. Çox zaman yumurtalıqların iltihabı servikal kanal, uşaqlıq, fallop borularından infeksiyanın qalxan yolla yayılması nəticəsində ikincili proses kimi inkişaf edir. Az hallarda (məsələn, vərəm zamanı) yumurtalıqların iltihabının törədiciləri qan və limfa vasitəsilə cinsiyyət vəzilərinə daxil olur
Ooforit. Yumurtalıqların iltihabının əlamətləri
Yumurtalıqların iltihabı gedişinə görə 3 formaya bölünür: kəskin, yarımkəskin və xroniki.
Kəskin forma aşağıdakı əlamətlərlə xarakterizə olunur:
Ginekoloji müayinədə yumurtalıqların böyüməsi və çox ağrılı olması müəyyən edilir. Yumurtalıqların kəskin iltihabı zamanı hospitalizasiya və müalicənin stasionar şəraitdə aparılması tələb olunur. Yarımkəskin forma nadir hallarda, adətən vərəm və ya mikoz infeksiyalarda müşahidə edilir. Yumurtalıqların kəskin iltihabı vaxtında və düzgün müalicə olunduqda tam sağalma ilə nəticələnir. Müalicə axıra kimi aparılmadıqda iltihabi proses kəskinləşmələrlə gedən xroniki formaya keçir.
Yumurtalıqların xroniki iltihabının kəskinləşmə dövrlərinin xarakterik əlamətləri:
Palpasiya zamanı yumurtalıqların ölçülərinin böyüməsi və həssaslığı qeyd olunur. Bir qayda olaraq, yumurtalıqların xroniki iltihabı qadının sinir-psixi vəziyyətinin dəyişiklikləri: əsəbilik, yuxu pozğunluğu, əmək qabiliyyətinin azalması və tez yorulma ilə müşayiət edilir.
Yumurtalıqların uzunmüddətli iltihabı uşaqlıq borularının keçməməzliyinə, yumurtalıqlar ətrafında bitişmələr yaranmasına, ikincili funksional sonsuzluğa səbəb olur.
Offorit. Yumurtalıqların iltihabının diaqnostikası
Yumurtalıqların iltihabı spesifik əlamətlərə malik deyil. Kəskin formasının simptomları müxtəlif xəstəliklər: appendisit, uşaqlıqdan kənar hamiləlik, endometrioz, yumurtalığın kistası və kistoması, peritonit və s. zamanı kəskin qarın sindromu ilə oxşardır. Bununla əlaqədar çox zaman ooforitin diaqnostikası çətinliklər törədir.
Dəqiq diaqnozun qoyulması üçün aşağıdakı üsullardan istifadə olunur:
Ooforit. Yumurtalıqların iltihabının müalicəsi
Yumurtalıqların iltihabının müalicəsinə tam differensial diaqnostikadan sonra başlamaq lazımdır. Müalicə sxemi xəstəliyin gedişinin mərhələlərindən (kəskin, yarımkəskin, xroniki), etioloji amillərdən və əlamətlərin xarakterindən asılıdır.
Yumurtalıqların kəskin iltihabının müalicəsi stasionarda aparılır: yataq rejimi təyij olunur, ilk günlərdə qarnın aşağı nahiyəsinə soyuq kompress qoyulur, ağrıkəsici və desensibilizəedici preparatlar, antibiotiklər, sulfanilamidlər, kalsium-xlorid, ümumi möhkəmləndirici vasitələr tətbiq edilir. Yarımkəskin mərhələdə ehtiyatla fizioterapevtik prosedurlar əlavə olunur. Yumurtalıqların xroniki iltihabında fizioterapiya və balneoterapiya göstəriş sayılır.
Xroniki və gecikmiş formaları müalicəyə çətin tabe olaraq, cərrahi müdaxilələr (ooforektomiya, adneksektomiya) tələb edən ağırlaşmalara gətirib çıxara bilər. Yumurtalıqların iltihabının diaqnozu təsdiqləndikdən və torədicinin növü təyin olunduqdan sonra individual müalicə kursu təyin olunur. Bir qayda olaraq medikamentoz terapiya qeyri-medikamentoz müalicə ilə tamamlanır. Son zamanlar yumurtalıqların iltihabının müalicəsində tətbiq olunan qeyri-medikamentoz terapiyaya maraq artmışdır, bu zaman antibiotiklərin istifadəsi məhdudlaşdırılır.
Antibiotiklər bakterioloji əkilmədə aşkarlanan törədici və onun həmin preparata qarşı həssaslığı nəzərə alınmaqla seçilir. Yumurtalqıların xroniki iltihabı zamanı antibakterial preparatların tətbiqi aşağıdakı hallarda öz təsdiqini tapmışdır.
Yumurtalıqların xroniki iltihabının müalicəsinın məqsədi iltihabəleyhinə, antimikrob təsirin, ağrısızlaşdırmanın təmini, orqanizmin immun reaktivliyinin artırılması, cinsi orqanların funksional pozğunluqlarının, eləcə də bu fonda yaranan orqanizmin hormonal, sinir, damar sistemlərinin dəyişikliklərinin bərpasından ibarətdir.
Yumurtalıqların iltihabının müalicəsi uzunmüddətli ola bilər, lakin onun axıra çatdırılması şərtdir. CYKİ aşkar olunduqda prostatit, sonsuzluğun inkişafının qarşısını almaq məqsədilə eyni zamanda cinsi partnyor da müalicə olunmalıdır. Müalicə zamanı cinsi əlaqənin istisna edilməsi tövsiyyə edilir.
Yumurtalıqların iltihabının profilaktikası cox vacibdir. Qadınlar stress, yorğunluq, soyuqdəymədən qorunmalı, şəxsi gigiyena qaydalarına riayət etməlidir. Profilaktik olaraq ildə ən azı 2 dəfə ginekoloq müayinəsindən keçmək lazımdır. Sağlam həyat tərzi, düzgün qidalanma, təsadüfi cinsi əlaqələrdən, abortlardan imtina yumurtalıqların iltihabı və onun ağırlaşmalarının qarşısını almağa kömək edir.
https://med-portal.az/qadin-xestelikleri/yumurtaliqlarin-iltihabi-ooforit/