Main

Abstinent (imtina) sindromu

Abstinent (imtina) sindromu xroniki alkoqolizm və narkomaniyanın əsas əlamətlərindən biridir.

Abstinent sindromu, asılılıq yaradan maddələrin istifadəsi qəfil dayandırıldıqda və ya azaldıldıqda meydana çıxan fiziki və psixoloji simptomlar toplusudur. Bu sindrom adətən müxtəlif maddələrə xas simptomlarla özünü göstərir və insanın gündəlik həyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Abstinent sindromunun simptomlarına narahatlıq, titrəmə, tərləmə, ürəkbulanma və yuxu pozğunluqlarıı aid etmək olar. Bu əlamətlər maddədən asılılığın dərəcəsindən və insanın ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər. Abstinent sindromunu tanımaq və müvafiq müalicə üsullarını tətbiq etmək insanın sağalma prosesi üçün çox vacibdir.

Abstinent sindromu nədir?

Abstinent sindromu orqanizmin aludəçisi olduğu maddələrdən uzaq durması, həmin maddələrin qəbulunu qəfil dayandırması və ya dozasını azaltması nəticəsində yaranan reaksiyadır. Bu reaksiya və onun şiddəti istifadə olunan maddənin dozası və tərkibindən asılıdır.

Ümumiyyətlə bədən, yorğunluq, yuxululuq və ya iştahsızlıq kimi reaksiya versə də, bu reaksiya alkoqol, qadağan olunmuş maddələr və ağrıkəsicilərə qarşı da baş verə bilər.

Abstinent sindromunun ümumi simptomları narahatlıq, titrəmə, tərləmə, ürəkbulanma, qusma və halüsinasiyalardır. Ancaq bu əlamətlər insanın asılılıq səviyyəsindən asılı olaraq dəyişə bilər.

Abstinent sindromunun səbəbləri

İnsan aludəçisi olduğu maddə qəbulunu dayandırdıqda və ya azaltdıqda bu, abstinent sindromuna səbəb olur. Abstinent sindromunun səbəbi insandan asılı olaraq fərqlidir. Ümumiyyətlə, proses asılılıq yaradan bir komponentin müəyyən müddət ərzində orqanizmə daxil olması ilə başlayır. Başlanğıc prosesində bədəndə bəzi dəyişikliklər baş verir. Bu dəyişikliklər insana həm fizioloji, həm də psixoloji təsir göstərir. Uyğunlaşma prosesi baş verdikdən sonra həmin maddə olmadan insan öz həyatına qayıda bilmir. Bu zaman şəxs maddəni qəbul etmədikdə, həmin şəxsdə bəzi fiziki və ya psixoloji reaksiyalar meydana çıxır.

Abstinent sindromu zamanı, maddə istifadəsi olmadığı təqdirdə insanın diqqətini həyatına cəmləyə bilməməsi hissi yaranır. Buna görə də ona elə gəlir ki, həyatını davam edə bilməyəcək və bundan kəskin narahatlıq hissi yaranır.

Abstinent sindromunu kimlərdə olur

Abstinent sindromu olan insanlar müəyyən bir cins və ya yaş aralığı ilə məhdudlaşdırıla bilməz. Bu vəziyyətlə qarşılaşan insanlar müəyyən müddət maddələrə bağlı qalmış insanlardır. Bu maddələr narkotik, spirt, ağrıkəsici və ya kofein ola bilər. Abstinent sindromu insana iki fərqli vəziyyətdə təsir edə bilir. Bəzi insanlarda rast gəlinən bu vəziyyət, fiziki yansımaların qaynağı ola bilər.

İnsanın bədənində yaşanan bu vəziyyət üçün fərqli müalicə üsulları tətbiq olunsa da, fərd bu vəziyyətdən psixoloji olaraq da təsirlənə bilər. Eyni zamanda bəzi insanlarda yaşanan təsir, sadəcə psixoloji prosesin dəyişməsinə səbəb ola bilər. İnsan maddələrdən məhrum olduqda həzz ala bilmir və psixoloji depressiyaya sürüklənir. Ancaq asılılıq yaradan maddələrdən istifadə edən hər insanda bu hallar görünməyə bilər. Bu, insanın xüsusiyyətləridən, genetik faktorlardan, istifadə olunan maddədən və ya maddədən istifadə müddəti kimi amillərdən asılı ola bilər.

Abstinent sindromunun əlamətləri

Abstinent sindromunun açıq əlamətlərinə yorğunluq, tərləmə, ürəkbulanma, qusma, narahatlıq, yuxusuzluq və halüsinasiyalar daxildir. Hər insanda eyni formada və şiddətdə görünməsə də, ümumi simptomları vardır. Bu simptomları aşağıdakı kimi sıralamaq olar:

  • Yorğunluq hissi
  • Tərləmə
  • Ürəkbulanma
  • Narahatlıq hissi
  • Yuxusuzluq
  • Halüsinasiyalar
  • Maddə istifadəsini dayandırdıqdan sonra hiperaktivlik
  • İnsanın emosional vəziyyətində qəfil dəyişikliklər
  • Əzələ ağrısı, spazm və ya əzələlərdə boşalma və gərginlik kimi narahatlıqlar

Simptomların səbəbi asılılıq yaradan maddənin miqdarının azaldılması və ya dayandırılmasıdır. Eyni zamanda, hər bir asılılıq yaradan maddənin əlamətləri eyni olmur və istifadə müddəti və miqdarı əlavə təsirlərin şiddətini müəyyən edən amillərdəndir.

Abstinent sindromu böhranı

Abstinent sindromunda görülən böhranlar, asılılıq yaradan maddənin yoxluğunda özünü göstərə bilər. Bədənin hiss etdiyi fizioloji çatışmazlıq böhranın başlaması üçün kifayətdir. Asılılıq psixoloji prosesi ehtiva edirsə, insanın maddə haqqında düşünməsi, həzz almağa ehtiyacı olması və ya yenidən həmin maddəyə çata bilməyəcəyi haqda tədirgin fikirlər böhranı başlada bilər. Böhranın başlanması insandan asılı olaraq müxtəlif spesifik səbəblərdən yarana bilər.

Abstinent sindromunun müalicəsi

Abstinent sindromunun müalicə prosesi istifadə olunan maddəyə, istifadə müddətinə və ya insanın xüsusiyyətlərinə görə fərqlənir. Ümumi istifadə edilən müalicə üsulu maddənin tədricən azaldılmasıdır. Tətbiq olunan maddə azaldıması qəfil deyil, yavaş-yavaş və müddətli şəkildə həyata keçirilir ki, maddə istifadəçisi bu ağır prosesi çətinlik çəkmədən atlaya bilsin. Bəzi hallarda müalicə zamanı, istifadə olunan maddə ilə eyni təsirə malik olan sağlam dərmanlar da istifadə edilə bilər.

Tərcih edilən dərmanlar bəzən abstinent sindromunun simptomlarını (yorğunluq və hiperaktivlik) azaltmaq üçün istifadə olunur. Fiziki olaraq həyata keçirilən proses psixoloji olaraq da dəstəklənir. Müalicə mərhələləri arasında yer alan psixoloji dəstək, insanın müalicə prosesi zamanı abstinent sindromu pozğunluğunu zərər görmədən aradan qaldırmasına kömək edir.

Müalicə prosesinə insanın həyatında edəcəyi dəyişikliklər də daxildir. Yeni məşğuliyyətlərə, hobbiyə başlamaq, məşq etmək və ya həyatı dəyişdirən yenilikləri seçmək müalicə prosesinə müsbət töhfə verərək müalicə prosesesi zamanı tətbiq edilə bilər. Proses müəyyən mərhələlərlə və mütəxəssis həkimlərin dəstəyi ilə həyata keçirilir. Həyata keçirilən hər bir mərhələ abstinent sindromuna son qoymaq üçün yeni bir addım hesab olunur. Atılan hər bir addım çətin və ya mürəkkəb görünsə də, bunlar, özünüzü məhrum hiss etdiyiniz maddədən uzaqlaşmağı asanlaşdıran prosesləri bir araya gətirməyin nəticəsidir.

https://www.memorial.com.tr/saglik-rehberi/yoksunluk-sendromu saytindan tercume