Main

Adenoidlər

Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir. Onlar boğazın arxa divarında, təxminən dilçəkdən (ağız boşluğunun ortasından sallanan damcı şəkilli ət parçasıdır) yuxarıda yerləşir.

Əlamətləri

Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə mane olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır və gündüzlər fısıldayır.

Fəsadları

Əgər adenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı, bir çox fəsadlar baş verə bilər:

  • Haymorit, eşitmə boruları dəliklərinin adenoidlərlə tutulmasından otitlər yarana və eşitmə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər.
  • Uşaq ağızla nəfəs aldığından orqanizmə nisbətən az oksigen daxil olur. Nəticədə psixi inkişafda ləngimələr baş verir, onlar diqqətsiz olur, tez yorulurlar.
  • Düzgün nəfəs alınmadığından, üzün formasında dəyişiklik yaranır, dişlər yerinə düzgün oturmur. Valideynlər diş əyrilikləri üçün Ortodontlara müraciət edirlər. Ama bu problemin ilkin səbəbi məhz nəfəsalmada olan problemdir.

Müalicəsi

Həkiminiz uşağınızın adenoidini öncə antibiotiklərlə müalicə etməyə çalışır. Əgər iltihablı deyilsə, həkiminiz bir müddət gözləməyinizi məsləhət görər, çünki uşaqlarda adenoidin bir qədər böyüməsi normaldır. Zamanla uşağınızın adenoidi özlüyündən kiçilə bilər.

Adenoid əməliyyatına nə vaxt qərar verilir

Bunun bir çox səbəbləri var və əsasları aşağıdakılardır:

  • Adenoidlər çox böyük olduğundan burunun arxa divarını bağlayır və nəfəs almanı çətinləşdirir. Bu isə əməliyyat zərurəti yaradır. Uşaq ağızla nəfəs alır, xoruldayır, narahat yatır. Adenoidlər böyüdükdə qulaq iltihabına səbəb olur və buna adətən, məktəbəqədər yaşlı uşaqlarda rast gəlinir.
  • Adenoidlərin böyüklüyü burun seliyinin daim axmasına və ya qulaq iltihabı olan uşaqlara adenomaların əməliyyatı məsləhət görülür.
  • Orta qulaq iltihabı kimi, böyümüş adenomalar sinus iltihablarına səbəb ola bilər. Bir çox cərrahlar kəskin sinus problemləri olan uşaqların cərrahi müdaxiləsini məsləhət görürlər.