Ağ ciyər arteriyasının trombu böyük qan dövranı venalarında və ya sağ mədəcik boşluğunda yaranan,qan axını vasitəsilə kiçik qan dövranına gətirilən tromb hissəcikləridir. Tromboemboliya isə həmin trombla ağ ciyər arteriya kökünün və ya şaxəsinin mənfəzinin tutulmasıdır. Ağ ciyər arteriyası və ya kökünün tromboemboliyası ağ ciyərin spazmı ilə xarakterizə olunur. Bu da ağ ciyərdə qan axınının məhdudlaşmasına səbəb olur. Ağ ciyərlərdə tromboemboliya müxtəlif xəstəliklərin ağırlaşmasıdır.
70% hallarda ağ ciyər arteriyasının tromboemboliyasının yaranma səbəbi dərin venaların ileofemoral seqmentinin kəskin trombozudur.
Magistral venalarda trombyaranma prosesinə şərait yaradan çoxsaylı amillər var. Bunlara aiddir:
Tromboemboliya zamanı ağ ciyər arteriyalarının mənfəzinin tutulması baş verir ki, bu da damarların qidalandırdığı nahiyələrin oksigensizləşməsinə səbəb olur. Nadir hallarda ağ ciyər arteriyasının kökündə massiv tromboemboliya baş verir ki, bu da ağır klinik mənzərənin yaranmasına səbəb olur və ölümlə nəticələnir.
Tromboemboliyanın ağırlıq dərəcəsi aşağıdakılardan asılıdır:
Ağ ciyər arteriyasının tromboemboliyası nəticəsində ağ ciyər qan axınının tam və ya hissəvi kəsilməsi xəstəliyin kliniki mənzərəsini və xəstənin taleyini müəyyən edən 2 əsas ağırlaşmaya səbəb olur.