Alopesiya areata (ocaqlı dazlıq, keçəllik) baş dərisində, üzdə və bəzən bədənin digər nahiyələrində saç follikullarına təsir edən və ani saç tökülməsinə səbəb olan autoimmun bir xəstəlikdir. Bu, adətən baş dərisində oval keçəl ocaqlarla özünü göstərir, lakin bədənin bütün tüklü bölgələrində də saç tökülməsinə səbəb ola bilər.
Alopesiya Areata (Ocaqlı Dazlıq, Keçəllik) simptomları
Alopesiya areata (ocaqlı dazlıq, keçəllik) ilk növbədə saçlara təsir edir, lakin bəzi hallarda dırnaqlar da dəyişiklikliyə məruz qalır. Xəstəliyi olan insanlar adətən sağlam olur və başqa əlamətlər olmur.
Saç dəyişiklikləri. Alopesiya areata tipik olaraq baş dərisində yuvarlaq və ya oval formada olmaqla saçın qəfil tökülməsi ilə başlayır, lakin bədənin hər hansı bir hissəsi, məsələn, kişilərdə saqqal, qaşlar və ya kirpiklər təsirlənə bilər. Alopesiya areata ocağının kənarları ətrafında tez-tez qısa qırıq tüklər var. Alopesiya areata ocaqlarında adətən səpgi, qızartı və ya çapıq izi olmur. Bəzi insanlar saç tökülməzdən əvvəl alopesiya areata ocaqları yarandığı nahiyədəki dəridə qıcıqlanma, yanma və ya qaşınma hiss etdiklərini söyləyirlər.
Alopesiya areata (ocaqlı dazlıq, keçəllik) inkişaf etdikdə, bundan sonra nə olacağını təxmin etmək çətindir.
Aşağıdakı hallarda saç öz-özünə tam şəkildə uzanmağa daha meyllidir:
Dırnaq dəyişiklikləri. Bəzi insanlarda, xüsusən də daha çox saç tökülməsi yaşayan fərdlərdə – dırnaqlarda silsilələr və çuxurlar kimi dəyişikliklər baş verir.
Alopesiya areata ilə qarşılaşa biləcəyiniz digər simptomlar:
Alopesiyanın (saç tökülməsinin) növlərinə nəzər salaq:
Ocaqlı dazlığın növləri bir-birinə transformasiya edə bilərlər və bu da xəstəliyin bədxassəli gedişində xüsusilə kəskin nəzərə çarpır.
Kimlərdə Alopesiya Areata (Ocaqlı Dazlıq) müşahidə olunur?
Hər kəsin həyatı boyu alopesiya areata üçün riski təxminən 2% -dir. Bütün dəri və saç rənglərindən olan uşaqlara və böyüklərə təsir göstərir. Alopesiya areata əhəmiyyətli cinsi və ya etnik üstünlük daşımır.
Aşağıdakılar hallar alopesiya areata riskini artıra bilər:
Alopesiya Areatanın (Ocaqlı Dazlıq) səbəbləri
Alopesiya areata poligenik bir xəstəlikdir, yəni bir çox genetik faktorla əlaqəlidir. Ancaq genlərə sahib olan hər kəs bu xəstəliyi inkişaf etdirmir. Məsələn, eyni əkizlərin hamısı eyni genləri paylaşır, lakin bir əkizdə alopesiya areata varsa, digər əkizlərin bu xəstəliyə sahib olma ehtimalı yalnız 55% olur. Xəstəlik mürəkkəbdir. Alopesiya areata (ocaqlı dazlıq) olan insanların təxminən 20% -ində bu xəstəliyə sahib olan ən azı bir ailə üzvü var. Əgər yaxın qohumunuzda ocaqlı dazlıq varsa, alopesiya areata riski artır. Əgər həmin qohum 30 yaşından əvvəl saçlarını itirərsə, risk daha da artır.
Alopesiya Areata (Ocaqlı Dazlıq) nəyə səbəb olur?
Normal bir saç follikulu bir neçə mərhələdən keçir:
Alopesiya areatada saç tökülməsinə cavabdeh olan dəqiq mexanizm aydın deyil. Anagen saç follikullarında immun cavbının itirilməsinin patogenezdə əsas rol oynadığı fərz edilir və genetik həssaslığın da təsir etdiyi düşünülür.
Alopesiya Areata (Ocaqlı Dazlıq) Diaqnozu
Alopesiya areata simptomları müşahidə olunsa belə, sizdə alopesiya areata olduğundan əmin olmağın yeganə yolu ixtisaslaşmış həkim dermatoloqun diaqnozudur. Dəri həkiminiz sizin xəstəliyiniz olduğunu müəyyən etdikdən sonra o, sizin yüngül, orta və ya ağır xəstəliyiniz olub-olmadığını da qeyd edəcək, çünki ocaqlı dazlığın müalicəsi xəstəliyin şiddətinə əsaslanır.
Alopesiya Areata (Ocaqlı Dazlıq) Müalicəsi
Müalicəsi olmasa da, həm böyüklərə, həm də uşaqlara saçın inkişafına kömək edə biləcək alopesiya areata müalicələri var.
Dermatoloqunuz təyin edəcəyi müalicə növü aşağıdakılardan asılıdır:
Kirpiklərin tökülməsi
Kirpiklərimiz gözümüzü qoruyur. Kirpiklərin bir hissəsi və ya hamısı tökülsə, dermatoloq gözləri qorumaq üçün müalicə planına aşağıdakı üsullardan birini və ya bir neçəsini daxil edə bilər:
Qaşların tökülməsi
Əgər alopesiya areata qaşların tökülməsinə səbəb olarsa, dermatoloq aşağıdakılardan birini tövsiyə edə bilər:
Çoxlu və ya sürətli saç tökülməsi
Alopesiya areata geniş yayılmış saç tökülməsinə, baş dərisində tüklərin tamamilə tökülməsinə (alopecia totalis) və ya bütün saçların tökülməsinə (alopecia universalis) səbəb olduqda, çox az adam müalicəsiz saçlarına yenidən qovuşur.Əgər sizdə bu cür saç tökülməsi varsa, dermatoloqunuz tövsiyə edə bilər:
Kontakt immunoterapiyası: Topikal immunoterapiya da adlanır, bu müalicənin məqsədi immunitet sisteminizi saç follikullarınıza hücumu dayandırmaq üçün dəyişdirməkdir. Geniş yayılmış alopesiya areatanın müalicəsinə 60% -dən 70% -də saçların bir qədər uzandığı aşkar edilmişdir. Əgər sizə bu üsul təyin edilərsə, müalicə üçün hər həftə dermatoloq müayinəsi olmalısınız. Hər randevuya riayət etməyiniz vacibdir. Qaçırılan hər randevu bu müalicənin effektini dayandırmasına və yenidən çıxan saçların tökülməsinə səbəb ola bilər.
Müalicənin özü dermatoloqunuzun alopesiya ocağına kimyəvi maddə tətbiq etməsini əhatə edir. Bu müalicəni ilk dəfə qəbul etdiyiniz zaman kiçik bir miqdar tətbiq olunacaq ki, bədəniniz kimyəvi maddəyə reaksiya verməyə başlaya bilsin.
Bir reaksiya inkişaf etdirdikdən sonra kimyəvi maddə hər həftə alopesiya ocaqlarına tətbiq olunacaq və 48 saat ərzində qalacaq. Bu müddət ərzində müalicə olunan dərini örtməli və qızartı, şişlik və qaşınma ilə tamamlanan bir səpgi inkişaf etdirməlisiniz. Bu səpgi təxminən 36 saat davam edir.
Kontakt immunoterapiyası siz saçlarınızı tamamilə bərpa edənə qədər və ya müalicə 6 ay ərzində heç bir saç çıxmayana qədər həftəlik verilir. Bu müalicənin effektivliyini artırmaq üçün dermatoloqunuz evdə istifadə etdiyiniz başqa bir müalicə təyin edə bilər.
Metotreksat: Əgər geniş saç tökülməsi varsa və digər müalicələr nəticə vermədisə, bu dərman bir seçim ola bilər. Dermatoloqunuz metotreksatı təkbaşına və ya kortikosteroidlə birlikdə təyin edə bilər. Metotreksat və prednizon kimi bir kortikosteroid qəbul etmək nəticələri yaxşılaşdıra bilər. Metotreksatın mümkün yan təsirləri var, bəziləri ciddi və ya həyat üçün təhlükə yarada bilər. Metotreksatın qəbuluna başlamazdan əvvəl mümkün yan təsirlər barədə dermatoloqunuzla danışın.
Bu dərmanlar bəzi xəstələrə başqa heç nə fayda vermədikdə kömək etsə də, dərman dayandırıldıqda xəstənin saçları tökülür. Bu səbəbdən, tədqiqatlar bu dərmanı daha uzun müddət qəbul etmək və ya alopesiya ocağına tətbiq edə biləcəyiniz dərmanı etmək kimi digər imkanlara baxır.
Alopesiya Areatanın (Ocaqlı Dazlığın) fəsadları