Main

Amastiya

Amastiya süd vəzilərinin tamamən olmamasıdır.

Süd vəzi toxumasının tamamən olmaması ilə səciyyələnən bir və ya ikitərəfli atrofiya – amastiya nadir hallarda rast gəlinən patologiyalardan sayılır.

Amastiyanın simptomları:

Patalojiya olduqca nadirdir və ana bətnində olarkən baş verir. Göründüyü kimi, hamiləlik dövründə, süd vəzilərinin formalaşması baş verdikdə (hamiləliyin altıncı həftəsində) qadın orqanizmi bir növ mənfi təsirə məruz qalarsa belə bir pozğunluq meydana çıxır.

Amastiyası olan qadının döş toxuması və süd vəzisi ucu yoxdur. Təbii ki, bu patalogiyaya məruz qalan qadın, uşağını əmizdirə bilməyəcək və çox güman ki, hamilə qala bilməyəcəkdir (süd vəzisinin inkişafının pozulmasına səbəb olan amillər bütün reproduktiv sistemin inkişafının pozulmasına səbəb ola bilər).

Amastiyanın müalicəsi:

Amastiyada plastik əməliyyat yalnız kosmetik qüsuru düzəltməyə kömək edə bilər.

tercume