Amputasiya - ağır şəkildə zədələnmiş, xəstəlikli və ya artıq funksional olmayan ətrafların kəsilərək bədəndən kənarlaşdırılması əməliyyatıdır.
Amputasiyanın səbəbləri.
Periferik damar xəstəliklər nəticəsində inkişaf edən işemiya ən çox rast gəlinən amputasiya səbəblərindəndir. Bunlar yarısında diabet vardır.
Vaskulyar rekonstruksiya texnikaları inkişaf etdikcə ilk zamanlarda ətrafların qurtarıcı əməliyyatlar daha çox edilməyə başlandı. Lakin nəticədə bir çox cərrahi əməliyyata nəzarət etdikdə hadisələr yenə amputasiya ilə nəticələnir.
İki yüksək riskli xəstə qrupu- böyük həcmli yaralanma və yaşlı xəstələrdə ətrafların qurtarıcı əməliyyatları həyatı təhdid edə bilər.
Soyuğa birbaşa məruz qalma toxumaya birbaşa zərər verə bilər.Damar endotelini yaralayır və simpatik tonusu artırır. Əgər əl və ayaq suludursa və küləyə birbaşa məruz qaldısa donma dərəcəsinin üstündə belə donma yarana bilər. Təcili müalicə bədən istiliyinin 20-30 dəqiqə ərzində 40-44 dərəcədə isdilməsidir. Bu zaman yaranan ağrıya ağrıkəsici tətbiq etmək lazımdır. Donmalarda erkən amputasiyadan qaçınmalıdır, çünki düzəlmə olabilir. Donmadan sonra distal demarkasiya xətti inkişaf edir, bunun proksimalında da demarkasiya xətti vardır. Bu bölgə çəhrayı görünsə də tamamilə normal değildir. Donmalardan sonra 2-6 ay gözləmək anormal deyildir. Amputasiyanı gecikdirmək, primer yara yaxşılaşması şansını artırır. Əgər sarğılar yaxşı edilsə infeksiya şansı aşağıdır.
Ətrafların qurtarıcı əməliyyatları, adjuvan kimyaterapiya, şüa müalicəsindəki inkişaflar sayəsində şiş faktlarında primer amputasiya sayında azalma olmuştur.
- Amelia: Ətrafların tamamilə yoxluğu
- Hemimeliya: Ətrafların əsas bir qisminin yoxluğu
- Fokomeliya: Ətrafların son qisminin gövdədə və ya gövdəyə yaxın bir yerdə yapışmış olmasıdır. https://www.facebook.com/NTusiKlinika/posts/1249711625206313/