Yaşın irəliləməsi ilə əlaqəli kişilərdə testesteron hormonun qanda azalması və bununla bağlı ortaya çıxan şikayətlərin səbəb olduğu hala andropoz, ya da yaşlanan adam sindromu deyilir. Andropozda qadınlarda yaşanan menopoza uyğun bəzi əlamətlər rastlanır.
Hər kişi 40 yaşından sonra 10 ildə bir qandakı testesteron səviyyəsinin yüzdə 10-nu, 50 yaşından sonra isə yüzdə 25-ni itirir. Dəqiq yaş həddi bilinmədiyi üçün hər kişinin 50 yaşından sonra uroloji nəzarətə götürülməsi tövsiyə edilir. Bu, kişilərdə yaşana biləcək prostat və andropoz riskinin erkən diaqnozu üçün önəmlidir.
Andropoz əlamətləri
Kişilik hormonu olan testesteron həm qadın, həm kişilərdə cinsi fəaliyyətlə əlaqəli ruh halına təsir edir. Cəsarət, yaxşı olma halı, intellektual aktivlik, əzələ gücü, qarın bölgəsində yağlanma və çəki artımı kimi bədəndəki bir çox fəaliyyətin nizamlanmasında bu hormon təsirlidir. Testesteron səviyyəsi aşağı düşən kişilərin psixologiyası mənfi təsirlənir, əzələlərində zəifləmə başlayır, göbək bölgəsində yağlanma başlayır və intellektual aktivliyi zəifləyir. Bununla yanaşı depressiv ruh halı, yuxu pozuntusu, dəri dəyişikliyi, cinsi istəksizlik və ereksiya problemləri də ortaya çıxır.
Yaşlanan adam sindromunun əlamətləri həm psixoloji, həm cinsi, həm də fiziki olaraq özünü biruzə verir. Bu əlamətləri olanlar uroloji müayinədən keçmək lazımdır.
Psixoloji əlamətlər:
Fiziki əlamətlər:
Cinsi əlamətlər:
Bütün bu əlamətləri yaşayırsızsa, mütləq uroloji mütəxəssisə müraciət edin.
Müalicə və diaqnozu
Total testesteron və sərbəst testesteron, FSH, LH və prolaktin hormon səviyyələrinə baxılır. Testesteron səviyyəsi səhər tezdən 8-11 arası ən yüksək səviyyədə olduğu üçün bu vaxtlarda qan analizi verilir.
Testesteron səviyyəsi 350ng-dən aşağıdadırsa, müalicə lazım olur. Testesteron möhkəmləndirilməsi tətbiq edilir. Oral dərmanlar, bədənə çəkilən gellər və əzələ daxilinə vurulan iynələr yazılır.