Main

Barmaq Trigeri (Çomaq barmaq)

"Barmaq triggeri", "tətik barmaq" və ya “çomaq barmaq” adlandırılan sindrom, yumşaq toxumaların hipertrofiyası və dırnaqların deformasiyası nəticəsində yaranan barmaqların terminal falanqlarının kolba şəklində qalınlaşmasıdır.

Səbəblər

Sindromun kapilyarlarının xüsusiyyətləri ilə dırnaq yatağının vaskulyarizasiyasının dəyişməsi ilə əlaqədar olduğu güman edilir. Sindrom, həmçinin anadangəlmə ürək qüsurlarında, uzun sürən septik endokarditdə, ağciyər absesində, bronxoektazlarda, kavernoz ağciyər vərəmində, plevra empiemasında, döş qəfəsinin şişlərində, qaraciyər sirrozunda, xroniki xoralı kolitdə və bəzi digər xəstəliklərdə, həm də praktiki olaraq sağlam fərdlərdə anadangəlmə bir fenomen kimi müşahidə olunur.

Simptomlar

Simptomun ilkin təzahürü dırnaqların saat şüşəsi görünüşünü alaraq düzləşməsidir. Bu sindrom zamanı xəstə barmağını düzləşdirməkdə çətinlik çəkir. İltihablanma barmaq tendonunun və ya tendon örtüyünün şişməsi nəticəsində yarana bilər. Barmaq hərəkətləri əsnasında səsin eşidilməsi, yaxud ilişmə kimi ağrıverici hiss olur.

Müalicə

İlk növbədə baraban barmağı sindromunun hansı xəstəliyin səbəb olduğunu öyrənmək lazımdır. Xəstəlik tarixinə əsaslanaraq, həkim müvafiq müalicəni təyin edir. Bu halın aradan qaldırmağın ən effektiv müalicə üsulu kimi zərbə-dalğalı terapiya və lazer terapiyasıdır.

tercume