Beyin hüceyrәlәrinin tәdricәn ölmәsinә, sinir hüceyrәlәrinin vә neyron birlәşmәlәrinin zәdәlәnmә prosesinә beyin atrofiyası deyilir. Beyİnin qabıq vә ya qabıqaltı tәbәqәsi atrofiya olur. Daha çox qadınlar bu xәstәlikdәn әziyyәt çәkir. 50-55 yaş arası başlayan bu xәstәlik tam demensiya ilә bitir.
Səbəbləri
Xәstәliyin sәbәbi әsasәn genetikdir, әtraf faktorlar isә xәstәliyi oyadır vә prosesi gәrginlәşdirir.
Atrofiyanın İki növ mövcuddur:
Simptomları
Xәstәlik pasientdә laqeydlik, passivlik, mәnәvi aspektlәrin itirilmәsi kimi dәyişikliklәrlə başlayır: Xəstə,tәdricәn fikrini bildirmәkdә çәtinlik çәkir, tәfәkkür, anlama vә özünütәnqid azalır. Bir neçә ildәn sonra marazm stadiyası - tam fiziki vә mәnәvi tәnәzzül baş verir.
Diaqnozu
Beyin atrofiyasının diaqnozu, nevroloji müayinəyə MRT müayinəsinə əsaslaır.
Müalicəsi
Xәstәliyin müalicәsi üçün xüsusi vasitә mövcud deyil. Әsas xәstәnin yaxınları tәrәfindәn göstәrilәn qayğı vә diqqәt olmalıdır, stasionara yerlәşdirmәk tövsiyә olunmur, çünki pasientin vәziyyәti daha da ağırlaşa bilәr. Sadәcә xәstәnin vәziyyәtini yüngüllәşdirmәk üçün simptomatik müalicәlər aparılır.
Xәstәyә adi ev işlәrilә mәşqul olmaq üçün şәrait yaratmaq lazımdır, çünki mütəmadi olaraq hәrәkәtdə olması məsləhətdir. Gündüz vaxtı yatması tövsiyyə olunmur.
Tәәsüf ki, beyinin atrofiyası üçün profilaktik tәdbirlәri yoxdur, sadәcә mövcud olan xәstәliklәri vaxtında müalicә etmәk, müsbәt әhval-ruhiyyə vә aktiv hәyat tәrzi tövsiyә olunur. Ümumәn, hәyata şәn vә müsbәt yanaşan insanlarda, yaşlananda demensiya әlamәtlәri aşkarlanmır.
https://www.facebook.com/1225135307554292/photos/a.1225189664215523/1304646802936475/?type=3