Böcək allergiyalarına bir neçə böcək dişləməsi və sancmaları daxildir.
Bal arısı, yabanı arı,eşşək arısı sancması, ağcaqanad, birə, bəzi milçək dişləmələri və s.
Böcək allergiyaları arasında ən çox rast gəlinən arı sancmalarıdır.
Arı allergiyası
Arı sancmasına bağlı reaksiyalar hər yaşda görülə bilər. Ən çox bal arısı və yabanı arı sancmasına bağlı reaksiyalar görülür. Böcəklərin sancdığı yerlərdə adətən şişkinlik, ağrı, qızartı kimi əlamətlər yaranır. Bu normal bir reaksiyadır. Adətən bir neçə saat və ya gün ərzində tam geri çəkilir.
Arı sancmasına bağlı allergik reaksiyalar adətən 2 şəkildə özünü göstərir.
Geniş yerli reaksiyalar adətən yüngül başlayır, sonra tədricən artaraq 20 sm -i keçən bütün qolu, ayağı tutan ödem, qızartı, şişkinliklə əvəz olunur. Bu reaksiyalar adətən 5-10 gün sonra azalır.
Arı sancmasına bağlı çox təhlükəli, həyatı təhlükəli sistematik reaksiyalar da görülə bilər. Anafilaksiya dediyimiz bu reaksiya zamanı müxtəlif orqan və toxumalarda reaksiyalar yaranır.
Bu vəziyyətdə təcili təxirə salınmaz tibbi yardım göstərilməzsə bu allergiya ölümlə nəticələnə bilər.
Diaqnoz klinik müayinə və anamnez əsasında qoyulur. Dəri testi və qandan spesifik immunoqlobulin E yoxlanılmaqla diaqnoz dəqiqləşdirilir.
Böcək allergiyasından qorunma.
Böcək allergiyasının müalicəsi.
Ciddi reaksiya olmayan arı sancmalarında şişkinliyi aradan qaldırmaq üçün soyuq kompress qoymaq, ağrı olarsa ağrikəsici qəbul etmək olar.
Geniş yerli reaksiyalarda şişkinliyin artmasının qarşısını almaq üçün soyuq kompress etmək olar. Lakin yayılmış şişkinliyi və iltihabı aradan qaldırmaq üçün həkim tərəfindən allergiya əleyhinə müalicə təyin olunmalıdır.
Təzyiqin düşməsi, hava çatışmazlığı, ürəkdöyünmə, boğulma, dəridə səpgi, şişkinlik, dodaqlarda, göz qapaqlarında şişkinlik və. s ciddi simptomlarla özünü göstərən arı sancması zamanı təcili, vaxt itirmədən tibbi müdaxilə lazımdır.
https://allergiya.az/blog/bocek-allergiyasi/bocek-heserat-allergiyasi-mualicesi/