Böyrək polikistozu, əsasən, anadangəlmə xəstəlik olub (əldə olunmuş polikistoz formalarına nadir hallarda rast gəlinir), böyrək parenximasında seroz mayesinin (kista) toplanması ilə xarakterizə edilir. İrsi polikistozun səbəbi genetik mutasiyalardır. Bu mutasiyalar erkən uşaq yaşlarından və ya insanın həyatı boyu (bir qayda olaraq, polikistozun ilkin əlamətləri 40 yaşınadək üzə çıxır) özünü büruzə verir. Kistaların ölçüləri fərqli olub, daim böyümə tendensiyasına malikdir. Polikistoz bəzi hallarda digər orqanlarda (məsələn, qaraciyərdə) dəyişikliklərlə müşayiət olunur.
Böyrək polikistozunun simptomları
Polikistozun əlamətləri funsional parenximanın həcminin azalması, həmçinin, kistaların təzyiqi nəticəsində özünü göstərməyə başlayır.
Böyrək polikistozunun əsas simptomları aşağıdakılardır:
Polikistozun ən ciddi ağırlaşmalarından biri baş beyin damarlarının anevrizmidir – bu zaman damarların partlaması və beyindaxili qansızmanın (hemorragik insult) riski yüksəkdir.
Böyrək polikistozunun bir çox simptomları qeyri-spesifikdir və bu, xəstəliyin erkən aşkar olunmasına əhəmiyyətli dərəcədə çətinləşdirir.
Yuxarıda sadalanan əlamətlərdən biri və ya bir neçəsi aşkar olunarsa, dərhal mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Böyrək polikistozunun diaqnostikası
Nefroloqlar xəstəlik tarixini öyrəndikdən sonra polikistozu müəyyən etmək üçün aşağıdaki müayinə metodları tətbiq olunur:
Böyrək polikistozunun müalicəsi
Böyrək polikistozunun müalicəsi simptomatik olub, böyrək funksiyalarının qorunmasına və ağırlaşmaların qarşısının alınmasına yönəldilir.
Böyrək polikistozunun müalicəsinə aiddir:
Böyrək polikistozu ətraf toxumalara əhəmiyyətli dərəcədə mexaniki təsir göstərərsə, həmçinin, geri dönməyən proseslərə səbəb olarsa, cərrahi müdaxilə göstərişdir.
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/b%C3%B6yr%C9%99k-polikistozu-43242