Bronx vəzilərinin vərəmi (bronxoadenit) - ilkin vərəm zamanı baş verən ağciyərlərin kökündə olan limfa düyünlərinin vərəmlə zədələnməsidir. Bronxoadenit ilkin vərəm kompleksindən onunla fərqlənir ki, ağciyər toxumasında baş verən pnevmonik dəyişikliklər minimaldır və daha az inkişaf edir. Ön planda isə limfa düyünlərinin vərəmi müşahidə olunur.
Bronx vəzilərinin vərəminin (bronxoadenitin) səbəbləri
Xəstəlik vərəm infeksiyasına yoluxma nəticəsində yaranır.
Bronx vəzilərinin vərəminin (bronxoadenitin) əlamətləri
Xəstəliyin klinik mənzərəsi patomorfoloji dəyişikliklərdən və orqanizmin reaktivliyindən asılıdır. Bronxoadenit xəstəliyinin gedişatı demək olar ki, asimptomatikdir. Kazeoz nekroz forması nə qədər aydın olarsa, intoksikasiya dərəcəsi bir o qədər şiddətlidir.
İntoksikasiya, əksər hallarda aşağı subfebril diapazonda qalan, lakin uzun sürən yüksək temeraturla özünü göstərir. Adətən bəlğəmsiz öskürək müşahidə olunur, limfa düyünlərinin əhəmiyyətli dərəcədə artması ilə bronxial boruların sıxılması baş verə bilər və öskürəyin xarakteri paroksismal olur.
Bəzən III-V döş fəqərələri səviyyəsində səsin qısalması və bronxofoniya müşahidə olunur. Dəyişən tənəffüs və hətta interskapular boşluqda təcrid olunmuş xırıltılar eşidilə bilər.
Bronx vəzilərinin vərəminin (bronxoadenitin) diaqnostikası
Bronxoadenitin diaqnostikasında rentgen müayinəsi (hərtərəfli rentgen, tomoqrafiya, oblik proyeksiyalar və s. daxil olmaqla), infiltrativ və şiş formalarını fərqləndirmək üçün aparıcı əhəmiyyət kəsb edir.
Bronx vəzilərinin vərəminin (bronxoadenitin) müalicəsi
Xəstəliyin müalicəsi, digər orqanların xəstəlikdə iştirak dərəcəsini və ağciyərlərdə dəyişiklikləri nəzərə alaraq bütün bədəni gücləndirməyə yönəldilməlidir. Limfa düyünlərinin intoksikasiyasını və hiperplaziyasını tez bir zamanda aradan qaldırmaq üçün xüsusi antibakterial preparatlar (izoniazid, PAS, streptomisin və s.) istifadə olunur. Bəzən (bronxoadenitin kazeoz formasında) kimyaterapiya ilə birlikdə cərrahi müalicə təyin olunur. Tam sağalmaq üçün sanatoriya-kurort müalicəsi və bu kateqoriyadan olan xəstələrin klinik müayinəsi qaydalarına riayət olunmaqla yanaşı uzunmüddətli və mərhələli müalicə lazımdır.
tercume