Qidalanma pozuntuları, əsasən ani çəki itkisi və qeyri-kafi qidalanma təhlükəsi olan insanlarda daha çox müşahidə olunur. Qidalanma pozuntusu olan insanların təxminən 5%-i bulimiyadan əziyət çəkir.
Bulimiya nədir?
Bulimiya – insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi ilə xarakterizə olunur. Simptomlar adətən erkən yeniyetməlik dövründə müşahidə olunur və əsasən uzun müddətli dietadan sonra başlayır. Yemək prosesi onlarda çox zaman iki saata yaxın bir müddətə davam edir. Bəzi insanlarda isə bu proses qısa fasilələrlə bir neçə gün belə davam edə bilər. Bulimiklər ac olmadığı zaman yeməyə başlayır və proses mədənin tam dolu olmasını hiss edənə qədər davam edir.
Əsas xüsusiyyətləri:
Bulimiyadan əziyət çəkən insanlar günahkarlıq, depressiya hissləri ilə mübarizə aparırlar. Bu insanlar kompulsiv qidalanmanın oqanizmə hansı fəsadları olacağı və özünənəzarət defisiti ilə bağlı hədsiz narahatlıq keçirirlər. Onlar bu prosesi dayandırmaq istəsələr də, bacara bilməyəcəklərindən qorxarlar.
Bulimiya ilə bağlı diqqət yetiriləsi məqamlar:
Bu insanlar problemlə bağlı utanc hissi keçirdikləri üçün mütəmadi olaraq yemək prosesini gizlətməyə çalışırlar. Çox zaman onlar bunu gizli, ətrafdakıların diqqətindən yayınaraq etməyə çalışırlar. Bir çox bulimiklər kilolu insanlardır və piylənmədən əziyyət çəkirlər. Lakin az bir qismi normal çəkidə olur.
Bulimiklərdə yaşanan bihevioral (davranış) əlamətləri:
Duyğusal əlamətlər:
Təsirləri:
Bulimiya, fiziki, duyğusal və sosial sahələrdə müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Bu insanlar digərlərinə nisbətdə daha çox orqanik problemlər, stress, yuxu pozuntuları yaşayır və intihar düşüncələrinə sahibdirlər. Depressiya, təşvişli-nevrotik pozuntu və asılılıq kimi tez-tez rastlanılan əks təsirləri var. Amma əsas simptom çəki artımıdır.
Səbəbləri:
Əsasən bulimiyadan əziyət çəkən insanın geninə, təcrübəsinə və duyğularına diqqət yönəldilir.
Bulimiyanın təhlükələri:
Ciddi şəkildə çəkidə müəyyən dəyişiklər müşahidə olunduğu üçün fizioloji problemlərin yaranmasına gətirib çıxarır. Çəkinin artması osteoparoz, diabet, hipertoniya, kardiovaskulyar problemlər, öd kisəsi problemləri kimi orqanik narahatlıqların yaranma riskini artırır.
Terapiyası: (hansı yollarla yeməyi dayandıra bilərik?)
Digər asılılıqlardan əziyət çəkənlərin əksinə, qidalanma pozuntusu olan insanlarda yeməkdən uzaqlaşma seçimi yoxdur. Bunun əvəzinə yeməklə bağlı duyğusal ehtiyacları deyil, qidalanma ilə bağlı ehtiyaclara yönəlik sağlam münasibət yaratmaq zəruridir.
Bu istiqamətdə professional yardım almaq əhəmiyyətli rol oynayır. Bulimiyadan əziyət çəkən insanlarda psixoloq, psixiatr, qidalanma üzrə mütəxəssis və lazım gələrsə cərrah paralel şəkildə işləməlidir.
Terapiya zamanı sadəcə simptomatikaya köklənmək lazım deyil. Eyni zamanda duyğusal stimul, stress, narahatlıq, təşviş, qorxu, kədər və digər neqativ duyğular aradan qaldırılmalıdır.
Əgər bulimiya ilə yanaşı obezite (piylənmə) müşahidə olunursa, çəkinin azalması əsas strateji hədəf olaraq müəyyənləşdirilməlidir. Lakin pəhriz saxlamaq problemin daha da irəliləməsinə gətirib çıxara bilər. Buna görə də bu məqam mütəxəssis tərəfindən ciddi nəzarət altında saxlanılmalıdır.
Terapiya əsnasında psixoloq kompulsiv yemə ilə mübarizə aparmağı, sağlam olmayan qida vərdişi ilə sağlam qidalanmanı əvəzləməyi, stressi düzgün idarə etməyi başa salır və bununla bağlı istiqamətlər müəyyənləşdirir.
Koqnitiv-bihevioral terapiya bu prosesdə qeyri-funksional düşüncə və davranış üzərinə fokuslanır. Əsas hədəflərdən biri də duyğuları aradan qaldırmaq üçün pasiyentin necə qidalanmağını fərq etməsidir.
İnterpersonal psixoterapiya, kompulsiv yemə zamanı ortaya çıxan insanlararası ünsiyyət və ümumi problemlər üzərində dayanır. Bu terapiya istiqaməti ünsiyyət bacarıqlarını inkişaf etdirmədə, ailə üzvləri, dostlarla sağlam ünsiyyət yaratmağa kömək edir.
Əgər kimdəsə belə bir hal müşahidə edirsinizsə;
Mütəxəssis yardımı almaq üçün onu dəstəkləyin. Uzun müddət müəyyənləşdirilməyən və ya terapiyaya başlanmayan qidalanma pozuntusunun aradan qaldırılması sonradan bir qədər çətin olur. Buna görə də zamanında o insanı psixoloqa yönləndirməyiniz həmin insan üçün daha faydalı olar.
Mühakimə etmədən dinləyin və onun üçün narahat olduğunuzu hiss etdirin.
Qidalanma pozuntusu olan insanlar zatən özləri və davranışları barədə kifayət qədər neqativ hisslərə sahibdirlər. Məsləhət vermək, ultimatum bildirmək həmin insanda stress vəziyyətini artırır və proses daha da proqressivləşir. Bunun əvəzinə həmin insanın sağlamlığı və xoşbəxtliyinin sizin üçün vacib olduğunu və terapiya müddətində ona dəstək olacağınızı göstərin.
Sağlam qidalanma, idmanla məşğul olma və qidasız stressi idarə etmə ilə həmin insanlara nümunə olun.