Chiari Malformasiyası (Kiari Malformasiyasi) beyin və onurğa beyninin birləşdiyi baş bölgəsində yaranan anadangəlmə bir anomaliyadır. Arnold-Chiari Malformasiyası olaraqda da adlandırılır.
Chiari Malformasiyasinin 4 tipi var. Ən çox 1ci tip görülür, sonra 2-ci tipə rast gəlinir. Populyasiyada rastgəlmə sıxlığı mində birdəndə azdır. Xəstələrin bir çoxunda asimptomatik olur yani şikayət, ya da başqa əlamətlərə rast gəlinmir. Chiari Malformasiyası həmin nahiyyənin MRT-si zamanı təsadüfən tapılır.
Sirinqomieliya- Hidromieliya.
Serebrospinal maye onurğa beyin içində boşluq yaradırsa buna sirinqomieliya deyilir. Boşluq böyüməyə başladıqda sinir liflərini gərərək zədə verməyə başlayır. Müəyyən bir müddət sonra şikayət və əlamətlər meydana gəlir. Beyinciyin serebrospinal maye keçidini tıxaması sonrasında meydana gəldiyi düşünülür.
Hidromieliya isə onurğa beyin içindəki santral kanalın anormal genişlənməsi olaraq ifadə edilir.
Chiari Malformasiyasının əlamətləri:
Chiari Malformasiyasında diaqnoz.
Chiari Malformasiyasında müalicə
Xəstə şikayətlər və əlamətlərlə qiymətləndirilir. Əlamət verməyən xəstələr müəyyən aralıqlarla rutin olaraq müayinə edilir. Şikayətlər başlayıbsa bu xəstəliyin müalicəsi cərrahi yolladır.Chiari Malformasiyasinin (Kiari Malformasiyasi) cərrahiyyəsi zamani arxa kəllə çuxurunun dekompressiyası və beyin mayesinin dovran yollarinin acilmasi icra olunur.Vaxtinda icra olunmayan simptomatik Kiari Malformasiyasi ciddi fəsadlar verə bilir.
https://behruzeyvazov.com/bloq/246-chiari-malformasiyasi-nedir--neyrocerrah