Main

Dağınız skleroz

Dağınıq skleroz mərkəzi sinir sisteminin demielinizasiya (yəni sinirlərimizi izolə edən və qoruyan mielin təbəqəsinin dağılması) ilə gedən autoimmun xəstəliyidir.

Adətən 20-50 yaş arası görülə bilər. Yaşa dolduğca bu risk azalır. Qadınlarda kişilərə nisbətən daha çox rastlanır.

Səbəbləri
Yaranma səbəbi tam olaraq bəlli deyil. Bəzi teoriyalar aşağıdakılardır:

  • Vitamin D yetməzliyi
  • Siqaretin və duzun həddən artıq istifadəsi
  • İnfeksion xəstəliklər
  • Başqa immun xəstəliklər

Dağınız Skleroz-un 4 forması vardır:

  • Residiv-remitik forma: müalicəyə tabe olan simptomlarla ortaya çıxır və müalicə zamanı tamamən bütün simptomlar yox olur (ən çox rastladığımız formadır)
  • İkincili progressivləşən forma: müalicə olunsa belə,simptomlar tamamən çəkilmir və zamanla progressivləşir.
  • Birincili progressivləşən forma: remissiya dövrü olmadan bütün simptomlar irəliləyir.
  • Progressiv-remitik forma: simptomlar zamanla artır ara sıra remissiyaya uğrayaraq.

Simptomları:

  • İkigörmə, görmənin zəifləməsi və ya itməsi
  • Uyuşma üzdə, əllərdə, ayaqlarda
  • Keyləşmə və ya sancma
  • Errektil disfunksiya,impotensiya
  • Başgicəllənmə
  • Sidik qaçırma
  • Tremor
  • Danışıqda çətinlik
  • İflic
  • Depressiya

Dağınıq skleroza məruz qalan pasientlər qidalanmaqlarına fikir verməlidirlər. Qırmızı ətdən imtina eləməlidirlər. Daha çox balıq məhsulları istifadə etməlidirlər və paxlalılara üstünlük verməlidirlər. Gündəlik havada olmalıdırlar və yürüyüş etməlidirlər.

https://realhospital.az/2020/03/11/daginiz-skleroz-n%C9%99dir/