Main

Damar Demensiyası

Damar demensiyası beyinə qan axınını pozulması nəticəsində insult kimi müxtəlif vəziyyətlərdən qaynaqlanır. Bu yaddaş, düşüncə və davranış problemlərinə səbəb olur. Damar demensiyası Alzheimer xəstəliyindən sonra ikinci ən çox görülən demensiya diaqnozudur və təkbaşına və ya demensiyanın başqa formaları ilə birlikdə inkişaf edə bilər.
Damar demensiyasının səbəbləri
Damar demensiyasi beyində damarları zədələyən, beyinə qan və oksigen axınını kəsən müxtəlif vəziyyətlər nəticəsində baş verir. Damar demensiyası insanların beynində tez-tez əvvəlki insultların, qan damarlarının divarının qalınlaşmasının və ağ maddənin (beynin müxtəlif bölgələri arasında məlumatları daşıyan birləşdirici tellər) incəlməsinin sübutu var.
İnsult keçirmiş insanların heç də hamısında damar demensiyası inkişaf etmir. İnsultdan sonra demensiya riski bir insanın keçirdiyi insultların ölçüsündən və sayından və beynin hansı bölgəsinin təsirlənməsindən asılıdır. Damar demensiyası həmçinin damarların daralması kimi qan axını və beyinə oksigen tədarükünə maneə törədən digər şərtlərin nəticəsi də ola bilər.
Yüksək qan təyziqi, ürək ritm problemləri, diabet və yüksək xolesterin damar demensiyası riskini artıra bilər. Bu risk faktorlarına nəzarət etməklə siz zehni zəifləmə və demensiya inkişaf şansınızı azalda bilərsiz.
Damar demensiyasının əlamətləri
Damar demensiyasının əlamətləri birdən görünə və ya yavaş-yavaş irəliləyə bilər. Damat demensiyasının bəzi əlamətlərinə aşağıdakılar aiddir:

  • Hesabları ödəmək kimi əvvəllər asan olan işləri yerinə yetirməkdə çətinlik çəkmək.
  • Təlimatları izləməkdə və ya yeni məlumat və ya rutinlər öyrənməkdə çətinlik
  • İndiki və ya keçmiş hadisələri unutmaq
  • Əşyaları itirmək
  • Nəqliyyatdan istifadə etdikdə çətinlik
  • Düzgün sözü tapmamaq və ya yalnış sözdən istifadə etmək kimi dillə bağlı problemlərin olması
  • Yuxu pozulmaları
  • Oxumaqda və yazmaqda çətinlik
  • Əşyalara və insanlara marağı itirmək
  • Depresiya, həyəcan və qəzəb kimi şəxsiyyət, davranış və əhval dəyişiklikləri
  • Halüsinasiyaların olması (gerçək olaman şeylərin gözə görünməsi)
  • Zəif mühakimə və təhlükəni dərk etmək

Simptomlar beyinin ölçüsündən, yerindən və zıdılınmiş sahələrin sayından asılı ola bilər.
Damar demensiyası diaqnozu
Damar demensiyasına diaqnoz qoymaq üçün həkim gündəlik fəaliyyətlərlə bağlı problemlər barədə soruşa, yaddaş və ya düşüncə testləri keçirə və demensiya əlamətlərinin olub-olmadığını öyrənmək üçün həmin şəxsi yaxşı tanıyan biri ilə danışa bilər. Xəstəlik tarixi, həyat tərzi məlumatları və beyin görüntüləmələri damar demensiyası simptomlarının səbəbi olub-olmadığını müəyyən etməyə kömək etmək üçün istifadə edilir.

Damar demensiyasının müalicəsi
Hal-hazırda insult nəticəsində beyin zədələnməsini bərpa etmək üçün heç bir müalicə yoxdur.
Damar demensiyasının müalicəsi gələcək insultların qarşısını almağa yönəlmişdir. Onların qarşısını alan dərmanlar, məsələn, qan durulaşdırıcılar beyinə daha çox ziyan vurma riskini azaltmağa kömək edə bilər. Alzheimer xəstəliyinin simptomlarını müalicə etməyə kömək edən dərmanlar erkən damar demensiyası olan insanlara fayda verə bilər. Həkim həmçinin yüksək qan təyziqi və ya xolesterin kimi risk faktorlarını dərmanlar və həyat tərzi dəyişiklikləri ilə müalicə etməyi tövsiyyə edə bilər.
Damar demensiyasından qorunmaq
Damar demensiyası üçün risk faktorlarını azaltmağa kömək etmək məqsədilə sağlam həyat tərzi sürmək vacibdir. Buraya sağlam qidalanma, spirtli içkilər və siqaretdən uzaq durmaq, idman etmək və stressi idarə etmək daxildir.

https://xanim.az/damar-demensiyasi-nedir-hekim-yazir-75636