Daun sindromu-həkim Con Lenqdon Daunun şərəfinə adlandırılıb-zehni inkişafın geri qalması ilə səciyyələnən irsi xəstəlikdir.
Daun sindromu-əlavə xromosomun olması ilə səciyyələnən genetik pozğunluqla əlaqədardır. Adi insanda 46 xromosom olur, daun sindromu ilə doğulan insanlarda isə 47 xromosom olur. Bu isə uşaqda fiziki və zehni inkişafın ləngiməsinə səbəb olur. 660 yenidoğulanların 1-ində bu sindroma rast gəlinir.
Daunun 3 tipi ayırd edilir:
95% xəstələrdə 21-ci xromosomun trisomiyası müşahidə olunur. Bunun səbəbi indiyə qədər məlum deyil, bu hər yenidoğulanda rast gəlinə bilər. 2-ci tip Daun sindromu 100 xəstədən birinə irsən valideynlərin birindən translokasiya yolu ilə, genetik pozulma ilə keçə bilər.
3-cü tip mozaik tip adlanır. Çox nadir hallarda rast gəlinir.
Səbəbləri
Əksər hallarda əlavə xromosomun olması iə izah olunur.
Simptomları
Daun sindromu diaqnozu uşaq doğularkən qoyulur. Əgər sübhə varsa həkim bunlara fikir verməlidir.
Daun sindromunun müalicəsi
Daun sindromunun müalicəsi hipofiz və hipofiz hormonlarının qəbulunu əhatə edir. Ancaq indi bu üsullar yalnız həkimlər tərəfindən hazırlanır. Digər əqli qüsurlu uşaqlarla yanaşı, bu xəstəliyə tutulmuş uşaqlara həyatda zəruri olan ən ümumi funksiyaları - nitq, hərəkət koordinasiyası və məişət bacarıqlarını öyrətmək olar.