Main

Dermoid Kista

Dermoid kista, daxili təbəqəsi dəriyə bənzər "kisə" şəklində xoşxassəli törəmədir. Bu kistanın tərkibində yağ və tər vəzilərilərinin elementləri, bəzən saç və hətta dişlər aşkar olunur. Dermoid kista, dölün inkişafı zamanı büküşlərinin meydana gəldiyi və embrion çatlarının qapandığı yerlərdə meydana gəlir.

Çox vaxt dermoid kista üzdə (göz yuvalarının kənarları, baş dərisi, ağız, burun və s.), kəllənin içərisində, belin aşağı (büzdüm) nahiyəsində və ya yumurtalıqlarda yerləşir. Dermoid kista bəzən normal rəngli dəri ilə örtülüdür.

Dermoid kistanın ölçüsü yavaş-yavaş inkişaf edir. Anadangəlmə olduğu üçün adətən uşaq vaxtlarda aşkarlanır. Əllə toxunma zamanı şiş dəri ilə əlaqəsi olmayan sıx bir formalaşma olduğu bəlli olur. Törəmənin ölçüsü bir neçə millimetrdən bir neçə santimetrə qədərdir. Ancaq bəzən insan başı kimi nəhəng dermoid kistlalara da rast gəlinir. Göz qapaqlarında yerləşən şiş gözün düzgün mövqeyinə mane olaraq görmə qabiliyyətinin pisləşməsinə gətirib çıxarır.

Dermoid kista zədələnməmiş və ya iltihablanmamışsa, heç bir ağrıya səbəb olmur. Şiş yumurtalıqlarda yerləşirsə bu, "kəskin qarın" simptomlarına səbəb ola bilər. Ancaq çox vaxt yumurtalıqların dermoid kisti pelvik orqanların müntəzəm ultrasəs müayinəsi zamanı aşkar edilir. Dermoid kista nadir hallarda (5-8%-dən az) bədxassəli olur.

Müalicəsi

Dermoid kistlərin müalicəsi yalnız cərrahi yolla aparılır. Törəmənin yerindən asılı olaraq, onun diaqnozu və müalicəsi müxtəlif mütəxəssislər - dermatoloqlar, ginekoloqlar, proktoloqlar, oftalmoloqlar və s. tərəfindən aparılır. Dərinin altında yerləşən kiçik bir dermoid kistinin çıxarılması 15 dəqiqə ərzində lokal anesteziya altında həyata keçirilir. Böyük kistalar daha mürəkkəb əməliyyatlar tələb edir. Kiçik yaşlı uşaqlarda isə dermoid kistlərin kənarlaşdırılması proseduru ümumi anesteziya altında həyata keçirilir.

Yumurtalıqların dermoid kistlərinin müalicəsi də yalnız cərrahi yolla həyata keçirilir. Müasir tibbdə bu üsul laparoskopiya vasitəsilə aparılır. Qızlarda və gənc qadınlarda kista yumurtalığın bir hissəsi ilə birlikdə kəsilir (rezeksiya), yetkin qadınlarda isə bütün yumurtalıq çıxarılır.

tercume