Difteriya Corynebacterium Diphteria bakteriyaları tərəfindən törədilən infeksion xəstəlikdir və əsasən döş qəfəsi və yuxarı tənəffüs yollarını zədələyir. Bu bakteriya həmçinin digər orqanları zədələmə funksiyası olan toksin istehsal edir. Bu xəstəlik kəskin gedişi ilə xarakterizə olunur və əsas əlamətləri boğazda ağrı, az miqdarda temperature yüksəlməsi, boğazda badamcıqların şişməsindən ibarətdir. Difteriya toksini bəzi ağır hallarda hətta miokarditlərə və periferik neyropatiyalara səbəb oa bilər. Difteriya toksini boğazda və badamcıqların üzərində ölü toxumadan ibarət təbəqə əmələ gətirir və bunula da nəfəsalmanı və qidanın udulması prosesini çətinləşdirir. Bu xəstəlik birbaşa fiziki kontakt yolu ilə və ya xəstə insanların öskürməsi və ya asqırması nəticəsində əmələ gələn aerosol formalı sekresiyanın udulması zamanı insandan insana keçə bilir.
Difteriya simptomları
Difteriya müxtəlif yollarla baş verir, lakin bütün hallarda aşağıdakı simptomlar müşahidə olunur:
Difteriyanın nəticələri və ağırlaşmaları
Sağalma müddəti infeksiyanın şiddətindən asılı olmasına baxmayaraq, erkən mərhələdə difteriyanın müalicəsi heç bir ağırlaşma olmadan tam sağalmanı təmin edir. Vaxtında müalicə olmadıqda, komaya, iflic və hətta ölümə səbəb ola biləcək ürək ağırlaşmaları da daxil olmaqla ciddi ağırlaşmalar mümkündür.
Difteriyanın müalicəsi
Difteriyadan şübhələndikdə və ya bu xəstəyə difteriya diaqnozu qoyularsa, xəstə təcili xəstəxanaya yerləşdirılməlidir. Qidalanma, maye qəbulu, hipoksiyanın qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir.
Xəstəyə bakteriyaları məhv etmək üçün antibiotiklər təyin edilir və gələcəkdə difteriyanın qarşısını almaq üçün peyvənd edilir.
Difteriya əleyhinə vaksinasiya
Difteriya əleyhinə vaksinasiya bu xəstəlikdən dolayı baş verən xəstələnmə və ölüm hallarını əhəmiyyətli dərəcədə azalmışdır. Buna baxmayaraq difteriya xəstəliyi bir sıra azgəlirli ölkələrdə hələ də uşaqlar arasında böyük sağlıq problem olaraq qalmaqdadır. Difteriyanın endemik olduğu ölkəərdə, xəstəlik kiçik epidemiyalar formasında ya da sporadic olaraq rastlanılır. Difteriya xəstəliyi 5-10% hallarda ölümlə nəticələnə bilir. Bu göstərici uşaqlar arasında daha yüksəkdir. Müalicə zamanı difteriya toksininin təsirini aradan qaldırmaq üçün antitoksinlərdən, eləcə də bakteriyaları öldürmək üçün antibiotiklərdən istifadə olunur.
Difteriya vaksini toksik qabiliyyəti inaktivasiya edilmiş bakterial toksoiddir. Bu vaksin başqa vaksinlərlə birlikdə kombinasiya şəkilində tətbiq olunur. Yetkin insanlarda və yaşlılarda difteriya toksoidi əsasən tetanus toksoidi ilə birlikdə daha aşağı konsentrasiyalarda tətbiq edilir.
ÜST ilkin olaraq 3 dozalı vaksinasiya, bunun ardınca isə 3 gücləndirici doza vaksinasiyanın tətbiq olunmasını təklif edir. Birinci mərhələ vaksinasiya təxminən 6 həftəlikdə başlanmalı və 4 həftə intervalla tətbiq edilməlidir. Gücləndirici dozalar isə 2 yaşda (12-23 ay), 4-7 yaşda və 9-15 yaşda tətbiq edilməlidir. Gücləndirici dozalar arasında ən az 4 il intervalın olması daha məqsədəuyğundur.
Difteriyaya qarşı immuniteti daha da gücləndirmək üçün, kombinəedilmiş difteriya və tetanus toksoid vaksini (TD və ya Td) istifadə olunmalıdır. Bu həmçinin hamiləlik zamanı və müxtəlif zədələnmələrdə tətbiq ediə bilər.
https://infection.az/az/xestelik/difteriya-xesteliyi/13
Tercume