Yoğun bağırsağın siqmavari hissәsinin anormal uzun olması dolixosigma adlanır. Bu patologiya anadangəlmə və qazanılmış olmaqla iki yerə bölünür. Əsas şikayətləri qəbizlik, köpmə və qarında ağrılar olur. Adətən qəbizlik və digər proktoloji şikayətlərlə müraciət edən xəstələrdə müayinə zamanı bağırsaq uzanması müəyyənləşdirilir. Belə xəstələrin anamnezində qəbizlik şikayətləri olur və qəbizliyin səbəbi araşdırıldığında dolixosiqma aşkarlanır. Dolixosiqma zamanı siqmaravi bağırsaqda 2-3 artıq ilgәk olur.
Qazanılmış dolixosiqma özünü yalnız 45-50 yaşdan sonra göstərir. Əsasən azhәrәkәtli hәyat sürәn, oturaq işdә işlәyәn, әt vә karbohidratlarla zәngin olan qidalardan çox istifadә edәn insanlarda qeyd olunur.
Dolixosiqmanın yaranmasının risk faktorları: İrsiyyәt, hamilәlik zamanı ana orqanizminә olan mәnfi tәsirlәr (fiziki, ekoloji vә s.), gәlәcәk ananın keçirdiyi infeksion xәstәliklәr, bәzi dәrman preparatların qәbulu qeyd olunur.
Dolixosiqmanın әsas simptomu xroniki qәbizlikdir. Әksәr hallarda qәbizlik uşaqlarda 6 ayından sonra uşaq süni qidalanmaya keçdikdә vә ya әlavә qidaları (sıyıq, meyvә-tәrәvәz vә s.) almağa başladıqda özünü büruzә vermәyә başlayır. Әvvәl qәbizlik vaxtaşırı olur, daha sonra qәbizlik daha tez-tez tәkrarlanmağa başlayır vә daha uzun sürәn olur. Nәcis kütlәsi çox böyük, üfunәtli olur, bәrk nәcis bağırsağın divarını zәdәlәyir vә nәticәdә nәcis kütlәsindә qan izlәri olur. Xroniki qәbizlik fonunda nәcis daşları әmәlә gәlir, nәcis autointoksikasiyası (zәhәrlәnmә) meydana çıxır.
Dolixosiqmanın әn ağır fәsadı bağırsaq keçirmәzliyidir. Bu pozulma insanın hәyatı üçün ciddi tәhlükә yaradır vә yalnız cәrrahi yolu ilә müalicә olunur.
Bu patalogiya irriqoqrafik müayinədə aşkar edilir.
Belə xəstələrə qida rejiminin düzgün qurulması, qəbizlik əleyhinə işlədilən preparatlar təyin edilir.
https://www.facebook.com/641676622894103/photos/a.1123373604724400/1133793300349097/?type=3