Main

Əməliyyat sonrası yaranan mədə xəstəlikləri

Əməliyyat sonrası yaranan mədə xəstəliklərinə mədə əməliyyatından sonra müxtəlif vaxtlarda orqanizmdə inkişaf edən patoloji dəyişikliklər aid olunur.

Mədə qastriti. Mədənin selikli qişasının xroniki iltihabı. Şikayətlərə iştahsızlıq, ağrı, yeməkdən sonra mədədə ağırlıq hissi, bəzən ishal, iş qabiliyyətinin azalması, gəyirmə aiddir. Müalicə zamanı kiçik porsiyalara ayrılmış yeməklər yemək, mədəaltı vəzi fermentlərinə aid olan dərmanlar qəbul etmək, çünki əməliyyatdan sonra mədəaltı vəzinin inhibisiyası müşahidə olunur (Pankreatin, Panzinorm, Mezim-Forte, Festal), inyeksiya üsuli ilə B vitaminləri, fizioterapevtik prosedurlar, əməliyyatın aparıldığı hallar istisna olmaqla mədə şişlərinə görə təbii mədə şirəsi təyin olunur.

Nazik bağırsağın peptik xorası. Əməliyyatdan sonrakı uzun dönəmdə mədə kötüyündən sonra yerləşən nazik bağırsaqda xora açıla bilər. Yemək yedikdən sonra mədə çuxurunda davamlı və şiddətli ağrı yaranır. Xora, qastroskopiya və rentgen müayinəsi ilə aşkarlanır. Xəstəliyin ən təsirli müalicə üsulu cərrahiyyə əməliyyatıdır.

Dempinq sindromu. Bu sindrom mədədən qidanın sürətli və qeyri-müntəzəm evakuasiyası ilə əlaqəli xəstənin vəziyyətində baş verən pozğunluqlardır.

Əsas əlamətlərə yeməkdən dərhal sonra və ya 10-15 dəqiqə sonra ümumi zəiflik hücumlarının baş verməsidir. "Erkən dempinq sindromu", “Geçikmiş dempinq sindromu” ilə bu əlamətlər yeməkdən 2-3 saat sonra, adətən şirin içkilər, qənnadı məmulatları, süd, yağlı qidalar qəbul etdikdən sonra baş verir və başgicəllənmə, qızdırma,tərləmə və ürək döyüntüsü ilə müşayiət olunur. Qan təzyiqi yüksələ və ya düşə bilər. Diareyə müşahidə olunur, xəstələr mədə daxilində ağırlıq və ağrı hiss edirlər. Dempinq sindromunun ağırlaşmış vəziyyətlərində yeməkdən sonra huşunu itirmə baş verə bilər və kaxeksiya (tükənmə) inkişaf edir; daxili orqanların distrofiyasının inkişafı ilə zülal, karbohidrat və yağ metabolizması pozulur, yorğunluq, qeyri-sabit əhval, yuxusuzluq baş verir.

Müalicə. Əgər xəstənin vəziyyəti pisləşirsə, xəstəxanaya getmək vacibdir. İldə ən azı iki dəfə B vitaminləri, fol və askorbin turşusu kursları qəbul etmək. Təbii mədə şirəsi: 1/4-1/3 stəkan suya 1 çay qaşığı, yemək zamanı yavaş qurtumlarla içmək. Ferment preparatları: pankreatin, panzinorm, mezim-forte, festal. Şiddətli ağrılar zamanı gastrocepin 1 tablet. səhər yeməyi və şam yeməyindən əvvəl, antikolinerjik qrupun dərmanları: atropin, platifilin, metasin. Gündə 5 dəfə yemək. Pəhrizinizdən şirniyyatları, un məmulatlarını və südü xaric etmək. Naharı qatı qida ilə başlayıb, miqdarı məhdud olan maye qida ilə bitirmək lazımdır. Yeməkdən sonra 15-30 dəqiqə uzanın. Əsasən qaynadılmış qidaları kiçik hissələr halında yaxşıca çeynəyərək yemək. Soyuq və isti yeməklər tövsiyə edilmir.

Xroniki pankreatit. Mədəaltı vəzinin iltihabı əməliyyatdan dərhal sonra və sonrakı dövrdə inkişaf edə bilər. Əsas simptomu isə qarın yuxarı yarısında yaranan ağrıdır. Şiddətli iltihab səbəbindən temperatur yüksəlir və ishal müşahidə olunur. Müalicə xəstəxana şəraitində aparılır.

Adduktor bağırsaq sindromu. Sindrom mədə əməliyyatından sonra inkişaf edə bilər. Öd ilə qarışan bağırsaq möhnəviyyatı yenidən mədəyə atılır. Şikayətlər: mədədə ağırlıq, ürəkbulanma, ağızda acılıq, öd qatışığı ilə yeməkdən 1-3 saat sonra qusma görünür. Ağrı və qusma tezliyi xəstəliyin şiddətindən asılıdır. Müalicə cərrahi yolla aparılır.

Anastomoz və mədə kötüyünün xoraları. Bağırsaq möhnəviyyatının mədəyə geri axını mədədə və anastomozda (mədə ilə bağırsaq arasındakı açılış) xoraların inkişafı ilə selikli qişaya zərərli təsir göstərir. Ağrı davamlıdır, bəzən baş ağrıları və kilo itkisi verə bilər. Müalicə: pəhriz, az-az günaşırı yeməklər, əgər mədə şişi üçün əməliyyat aparılmayıbsa serukal, raglan, dimetpramid, fizioterapevtik prosedurlar təyin olunur.

Anemiya. Dəmir və B12 vitamini çatışmazlığı nəticəsində qanda hemoglobinin azalması, mədə mukozasının azalması səbəbindən udulmanın pozulması ilə əlaqələndirilir. Müalicə: vitamin B12 inyeksiyaları, həkimin tövsiyə etdiyi dozalarda dəmir preparatları təyin olunur.

tercume