Endoservisit, servikal kanalın selikli qişasının iltihabı olub, şərti-patogen mikroflora və ya CYKİ törədicilərinin təsirindən yaranır. Xəstəliyin əsas klinik əlamətlərinə gur vaginal ifrazatlar aiddir. Axıntılar cinsi akt zamanı və ya sakitlik halında qarnın aşağı hissəsi və bel nahiyəsində ağrılarla müşayiət oluna bilər. Diaqnostika məqsədilə vaginal güzgülərin köməyilə baxış, servikal yaxmanın müayinəsi, genişlənmiş kolposkopiya, kiçik çanaq orqanlarının USM-dən istifadə olunur. Etiopatogenetik müalicə mikrobəleyhinə preparatların və vaginal mikrofloranı, immunitet, hormonal fonu bərpa edən vasitələrin tətbiqinə əsaslanır.
Endoservisit barədə ümumi məlumat
Endoservisit — reproduktiv yaşda olan (20-40 yaş) pasiyentlərdə aşkarlanan ginekoloji xəstəliklərin ən geniş yayılmış formalarından biridir. Statistik məlumatlara (PubMed, 2012-ci il) əsasən qadınların 50% həyatlarında ən azı bir dəfə servikal kanalın selikli qişasının iltihabını keçirir. Pasiyentlərin 2/3 hissəsində iltihabi proses qeyri-spesifik xarakter daşıyır.
Servisitlə xəstələnmə hallarının yüksək səviyyəsi qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin (kolpit, endometrit və s.) tezliyinin artma tendensiyası, eləcə də immun və hormonal pozğunluqların geniş yayılması ilə əlaqədardır.
Endoservisitin yaranma səbəbləri
Endoserviksin iltihabının əsas səbəbi servikal kanalın selikli qişasının müxtəlif infeksion agentlər tərəfindən zədələnməsidir. İltihab həm şərti-patogen mikroorqanizmlər (korinebakteriya, stafilokokk, streptokokk, bakterioid, bağırsaq çöpləri və s.), həm də CYKİ agentləri (genital herpes virusu, xlamidiya, trixomonada, urea- və mikoplazma, qonokokklar və s.) tərəfindən törənə bilər. Endoservisitin inkişafında infeksiya ilə yanaşı risk amilləri də mühüm rol oynayır:
Endoservisitin təsnifatı
Xəstəliyin təsnifatı gediş xüsusiyyətləri, klinik əlamətlərin ifadəliliyi, prosesin yayılma dərəcəsi və endoserviksin iltihabına səbəb olan törədicinin növü əsaslanır. Endoservisitin aşağıdakı formaları ayırd edilir:
Gedişinə görə:
Prosesin yayılmasına görə:
Törədicinin növünə görə:
Klimakterik dövrdə rast gəlinən atrofik servisit iltihabdan əlavə servikal kanalın selikli qişasının nazilməsi ilə təzahür edir.
Endoservisitin əlamətləri
Xəstəlik spesifik simptomatikaya malik deyil. Adətən ümumi intoksikasiya əlamətləri (halsızlıq, hərarətin yüksəlməsi) izlənilmir. Kəskin servisitlər əsasən ifrazatların miqdar və xarakterinin dəyişməsi ilə özünü büruzə verir. Xəstəliyin ilkin mərhələlərində sulu və ya dartılan, ağımtıl-sarı rəngli gur ifrazatlar müşahidə edilir. Törədicinin növündən asılı olaraq, axıntılar xoşagəlməz iyli ola bilər. Bəzən kiçik çanaqda diskomfort, cinsi akt zamanı və ya sakitlik halında qarnın aşağı hissəsi və ya kürək nahiyəsində yüngül və ya mülayim dərəcəli ağrılar baş verir. Endoservisitin vulvovaginitlə müştərək şəkildə inkişaf etdiyi hallarda xarici cinsiyyət orqanlarında qaşınma, göynəmə, hiperemiya yarana bilər.
Spesifik endoservisitlərin bəzi növlərində daha kəskin klinik şəkil nəzərə çarpır. Belə ki, endoserviksin çoxsaylı periqlandulyar infiltratlar və mikroabseslərlə müşayiət olunan qonoreya mənşəli zədələnmələrində iltihabi reaksiya xüsusi ifadəliliyi ilə seçilir.
Vaxtında aşkarlanmayan və ya düzgün müalicə olunmayan kəskin endoservisit xroniki fazaya keçə bilir. Bu zaman klinik əlamətlərin ifadəliliyi azalır və ya tamamilə itir. İltihab birləşdirici toxuma və əzələ liflərinə yayılır. Uşaqlıq boynu əvvəlcə ödemli olur, sonralar hipertrofiyalaşır və bərkiyir. Onun vaginal seqmentində servikal kanaldan daimi patoloji ifrazatların təsirindən psevdoeroziyalar formalaşa bilər.
Endoservisitin ağırlaşmaları
Kəskin endoservisitin ən geniş yayılmış ağırlaşması xəstəliyin xronizasiyasıdır, bu faza minimal klinik simptomatika, daha dərin qatlarda yerləşən toxumaların zədələnməsi və uşaqlıq boynunun psevdoeroziyasının yaranma ehtimalı ilə xarakterizə olunur. Patogen mikrofloranın daimi mövcudluğu (xüsusən qonokokk və xlamidiya etiologiyalı spesifik iltihablarda) prosesin uşaqlıq, uşaqlıq boruları və yumurtalıqlara yayılmasına, kiçik çanaqda bitişmə proseslərinin inkişafına səbəb ola bilər. Nəticədə bəzi pasiyentlrədə reproduktiv funksiya pozulur, bu da hamiləliyin baş tutmasının çətinləşməsi, düşük, uşaqlıqdan kənar hamiləlik, ağırlaşmış doğuş və doğuşdan sonra infeksiyanın yüksək yaranma ehtimalı ilə özünü büruzə verir. Xroniki endoservisitlərdə uşaqlıq boynu xərçənginin inkişaf riski yüksəlir.
Endoservisitin diaqnostikası
Endoservisitin klinik simptomatikası qeyri-spesifik olduğundan diaqnozun təsdiq edilməsi üçün xüsusi müayinələr təyin olunur. Endoserviksin iltihabi zədələnməsinə şübhə yarandıqda adətən aşağıda qeyd olunan üsullar məsləhət görülür:
Müayinə prosesində endoservisitin uşaqlıq boynunun digər zədələnmələri – ektopiya, xərçəng, vərəm, sifilislə differensial diaqnostikası aparılır. Bu zaman pasiyent mama-ginekoloqdan əlavə dermatoveneroloq, onkoginekoloq, ftizioginekoloq tərəfindən konsultasiya oluna bilər.
Endoservisitin müalicəsi
Terapiyanın məqsədi iltihabın aradan qaldırılması, risk amillərinin təsirinin azaldılması, yanaşı gedən patologiyanın müalicəsindən ibarətdir. Müalicə sxemi aşağıdakı mərhələlərdən ibarətdir:
Endoservisitin birbaşa yaranma səbəblərinə yönəldilmiş dərman preparatlarından əlavə kompleks müalicəyə terapiyanın digər üsulları da daxildir. Sağalma prosesini sürətləndirilmək və ağırlaşmaların yaranma ehtimalının azaltmaq məqsədilə pasiyentə aşağıdakı üsullar təyin olunur:
Naboti kistalar aşkarlandıqda diatermopunktura məsləhət görülür. Endoservisitin
uşaqlıq boynunun çapıq deformasiyaları, elonqasiyası, displaziyası, xərçəngi ilə birgə rast gəlindiyi hallarda plastika və digər cərrahi üsullar həyata keçirilir.
Endoservisitin proqnoz və profilaktikası
Xəstəlik düzgün müalicə olnduqda proqnoz qənaətbəxşdir. Endoservisit keçirən pasiyentlər uşaqlıq boynunun onkoloji xəstəlikləri üzrə risk qrupuna daxil olduğundan onlar vaxtaşırı kolposkopiya, sitoloji və bakterioloji müayinələrdən keçməklə ginekoloqun daimi müşahidəsi altında olmalıdır. Endoservisitin profilaktik tədbirlərinə şəxsi gigiyenaya riayət, baryer kontraseptivlərin istifadəsi, aybaşı zamanı cinsi əlaqədən imtina, uşaqlıqdaxili müdaxilələrin yalnız ciddi göstərişlər əsasında aparılması aiddir.