Epilepsiya xəstəliyi beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasına deyilir. Bunun nəticəsində xəstədə qeyri-iradi qıcolmalar, duyğu dəyişiklikləri və şüurda dəyişikliklərə rast gəlinir. Bu xəstəlik tutmalar şəklində baş verir. Bu tip tutmalar arasındakı müddətdə isə xəstə sağlam bir insandır. Nəzərə almaq lazımdır ki, şəxsin həyatında yalnızca bir dəfə tutma keçirməsi onun epilepsiya xəstəsi olduğu anlamına gəlmir.
Epilepsiya xəstəliyi nədən yaranır?
Xəstəlik zamanı onun yaranma səbəbi dəqiq müəyyənləşdirilə bilinmir. Doğuş travmaları, keçirilən qəzalar və bədbəxt hadisələrə bağlı kəllə-beyin travmaları, çətin doğum, daha yuxarı yaşlarda beyin damarlarında rast gəlinən anomaliyalar, şişlər, beyin iltihabları və alkoqol təsdiq olunmuş səbəblər arasında yer almaqdadır. Bu xəstəlik uşaqlıqdan etibarən istənilən yaşda meydana gələ bilər.
Epilepsiya xəstəliyinin əlamətləri və növləri
Epilepsiyanın bir çox tutma tipi vardır. Qısa göz dalmaları absans tutmalar adlandırılır. Və ya vücudun hər hansı bir hissəsində qıcolma formasında tutmalar olursa, bunlara fokal tutmalar deyilir. Tutma keçirərkən bütün bədən boyu spazmlar meydana gəlirsə, xəstə sidiyini qaçırırsa və ağız köpüklənirsə, bu yayğın tutmalar adlandırılır. Yayğın tutmalar zamanı beynin böyük bir hissəsindəki neyronlarda boşalma baş verir. Fokal tutmalar zamanı şüur açıq və ya qapalı ola bilər. Tonik tutmalar tipində vücudun təsirlənmiş nahiyələrində tez-tez, qüvvətli və şiddətli qıcolmalar baş verir. Klonik tutmalar vaxtı isə təsirə məruz qalan əzələr davamlı olaraq yığılır və boşalır. Absans tipli tutmalar zamanı şəxs hissizləşir, baxışları heç bir məna ifadə etmir, bir nöqtəyə baxaraq ilişib qalırlar və qısamüddətli yaddaş itkisi keçirirlər. Bu tip tutmalar uşaqlarda daha çox görünür. Dodaq şappırdatma, çeynəmə, əmmə, əlləri bir-birinə sürtmə, gözlərdə titrəmə müşahidə oluna bilər. Bunlarla yanaşı digər növ epilepsiya tutmaları da mövcuddur.
Epilepsiyanın diaqnozu
Diaqnoz qoymaq üçün tutmaların dəqiq təsviri müəyyən edilməlidir. Bu səbəbdən xəstə müayinəsi zamanı tutmaları müşahidə edən şəxslərin verdiyi məlumatlar da önəmlidir. Xəstəlik nevroloq (nevropatoloq) həkimlər tərəfindən təyin edilir və nəzarətə alınır. Diaqnozu təsdiqləmək üçün EEQ, MRT, Kompyuter tomoqrafiyası kimi əlavə diaqnostik üsullardan da istifadə oluna bilər.
Epilepsiyanın müalicəsi
Epilepsiya xəstəliyi dərmanlarla müalicə olunur. Dərman müalicəsi tutmaları 70% nisbətdə azalda bilir. Müalicə müddəti ərzində dərmanların mütəmadi qəbulu böyük rol oynayır. Bununla belə dərman müalicəsinə tabe olmayan xəstə qrupları da vardır. Təcrübədə görülür ki, uşaqlıq epilepsiyaları yaşla birlikdə öz-özünə də keçə bilir. Lakin ömür boyu davam edən formalar da vardır. Dərman müalicəsinə cavab verməyən xəstələr də cərrahi müalicə forması tətbiq oluna bilər.
Epileptik tutma zamanı yardım necə göstərilməlidir?
Hansı hallarda təcili yardım çağırmalısınız?
Epilepsiyalı xəstələrin diqqətə alması vacib məqamlar:
Hansı peşələr epilepsiyalı xəstələr üçün deyildir?
Epilepsiya xəstələri pilot, üzgüçülük, cərrahlıq, kəsici və deşici aparatlarla çalışan işlərdə, yüksəkdə işləməyi gərəkdirən peşələrdə, dağçılıqla, sürücülüklə, silah istifadəsi lüzumlu olan polis və əsgərlik kimi vəzifələrdə işləməməlidirlər. Həmçinin bu cür xəstələr iş yerindəki həmkarlarını xəstəliyi ilə bağlı məlumatlandırmalıdırlar.
https://nevroloq.az/epilepsiya-xesteliyi-nedir-elametleri-mualicesi/