Pülüyün (sünnət dərisinin) dar olmasına fimoz deyilir. Fimoz fizioloji (normal) və ya patoloji (anormal) ola bilər və anadangəlmə və ya qazanılmış ola bilər.
Fimoz uşaqlarda anadangəlmə olur bu zaman bu fizioloji fimoz olur. Qazanılmış fimoz isə xroniki iltihablar (balanopostit, balanit) sonrası əmələ gələ bilər.
Başqa hallarda fimoz, hər hansı bir xəstəlik və ya zədə nəticəsində meydana gələn sünnət dərisinin elastikliyini itirməsidir.
Çox vaxt patoloji fimoz cinsi yolla ötürülən infeksiyalar da daxil olmaqla səbəb ola bilən penisin və sünnət dərisinin xroniki iltihabı (balanit, balanopostit) nəticəsində inkişaf edir.
Fimozun simptomları
Fimozun müalicəsi
Fizyoloji fimoz zamanı müalicəyə ehtiyac yoxdur, yaş artdıqca pülük və cinsiyyət üzvünün arasındaki yapışıqlıq açılır. Beş yaşına qədər uşaqların 75%-də normal olaraq bu yapışıqlıq ola bilər. Zaman içərisində bu nisbət azalır və sünnət dərisi penisdən ayrılır. Əgər fimoz zamanı şikayətə səbəb olursa və konservatif müalicə nəticə vermirsə, fimozu rahatlatmaq üçün kiçik kəsik tətbiq edilir ya da sünnət edilir. Fimozun qarşısının alınması cinsiyyət orqanının müntəzəm gigiyenasıdır.
tercume