Gingivit - diş ətində şişkinliyə, qırmızılığa və asanlıqla qanamaya səbəb olan, diş əti xəstəliklərinin ən mülayim formasıdır. Gingivit – yetərincə yayılmış bir xəstəlikdir. Gingivitin yaranmasına bir çox səbəblər var. Bunlar: şəkərli diabet, siqaret çəkmək, qocalma, genetik meyillilik, sistemik xəstəliklər, stres, qeyri-kafi qidalanma, cinsi yetkinlik dövrü, hormonal dəyişikliklər, hamiləlik, maddə asılılığı, QİÇS və müəyyən dərmanların istifadəsidir.
Givingitin növləri:
Gingivitin bir neçə növləri vardır:
Müalicəsi
Gingivitin müalicəsi stomatoloq tərəfindən aparılmalıdır. Müalicə diş piləklərinə təsirdən, yerli və ümumi amilləri aradan qaldırmaqdan ibarətdir. Bəzi hallarda cərrahi müdaxilə zəruridir (küretaj).
Bundan başqa əksər hallarda xüsusi vasitələrə əl atmaq lazım olur, həm də sadəcə xəstəliyin kəskin fazasının müalicəsi üçün deyil, həmçinin ciddi ağırlaşmaları dayandırmaq və ya qarşısını almaqçün.
Müxtəlif preparatlardan istifadə olunur: antibiotik, iltihaba qarşı vasitələr, yerli immunomodulyatorlar.
Yoluxucu-iltihabi proseslərdən əmələ gələn gingivitlərdə infeksiyanın törədicisini aradan qaldırmaq lazımdır. Buna görə həkim antibakterial vasitələr və ya göbələyə qarşı dərmanlar təyin edə bilər.
Gingivitin profilaktikası
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/gingivit-44569