Exsimer Lazer Əməliyyatı
Lazer ilə görmə qabiliyyətinin artırılması üsulu tamamilə kompyuterlə idarə olunan Exsimer lazer cihazlarının gözün buynuz qişa (kornea) adlanan şəffaf təbəqəsinin formasını dəyişdirərək görmə qüsurlarının (miyopiya, hipermetropiya və astiqmatizm) aradan qaldırılması prosesidir.
Eksimer lazerin gözün ön hissəsindəki buynuz qişa toxumasına tətbiqi zamanı buynuz qişa toxumasını bir arada saxlayan karbon bağlar qırılır və toxuma buxarlanaraq məhv edilir. Eksimer lazer zamanı ideal tənzimlənmiş miqdarda lazer ilə buynuz qişada lazımi nahiyələrə lazer göndərilir və istənilən ölçülərdə buynuz qişanın üzəri təmizlənir.
Dünyada 25 ildən artıq müddətdir ki, Eksimer lazer ilə görmə qüsurlarının aradan qaldırılması üsulu istifadə olunur. Bu müddət ərzində həm lazer cihazlarında, həm də tətbiq texnikalarında bir çox dəyişikliklər olmuş və hər dəyişikliklə birlikdə daha yaxşı və arzu olunan nəticələr əldə olunaraq xəstənin rahatlığının daha yüksək səviyyədə saxlanılması və daha az fəsadın (arzuolunmaz nəticələr) əmələ gəlməsi təmin edilmişdir. İlk dəfə PRK üsulu ilə tətbiq edilən eksimer lazer artıq femtolaziya üsuluna qədər inkişaf etmişdir.
Kimlərə Exsimer Lazer Cərrahiyyəsi edilə bilər?
Exsimer Laserin Tətbiq Üsulları:
Lasik metodunda əsas 2 addım mövcuddur;
Addım 1: Lasik metodu zamanı eksimer lazer tətbiq edilməzdən əvvəl gözdə nazik və dairəvi bir təbəqə kəsilir, daha sonra bu təbəqə (kornea qapağı) ehtiyatla buynuz qişanın mərkəzi hissəsinin açıq qalacağı formada arxaya qatlanır. Burada vacib olan fləp qaldırılma prosedurunun edilmə şəklidir. Bu proses üçün klassik Lasik metodunda mikrokeratom adlanan bıçaqlardan istifadə edilir.
Addım 2: Buynuz qişa qapağı olduğu yerdən uzaqlaşdırılaraq qorunduqdan sonra buynuz qişaya lazer tətbiq edilir. Sonra arxaya doğru qatlanmış fləp ilkin vəziyyətinə qaytarılır və lazımi pozissiyaya gətirilir.
Lasik texnikası çox qısa vaxt aparan və tamamilə ağrısız metoddur. Mikrokeratom ilə tətbiqlərdə, kəsik edərkən mikrokeratomun gözü möhkəm tutmağına bağlı olaraq gərginlik hiss edilə bilər amma bu çox qısamüddətli və narahatlıq yaratmayan bir hissdir. Lasik üçün tətbiq edilən anesteziya növü damcı anesteziyasıdır. Heç bir iynə və ya tikiş prosesi yoxdur. Bir neçə damcı keyidici maddə vurulduqdan sonra bu prosedurlar gözə ağrısız şəkildə edilə bilir.
Lasikdən sonra görmə sürətlə artır və artıq 15 dəqiqədən sonra xəstə evə gedə bilər. Gözdə çox az qaşınma və işığa qarşı həssaslıq ola bilər. Lakin bunlar şiddətli şəkildə hiss edilməyəcək. Əgər bu həssaslıq zamanı özünüzü narahat hiss etsəniz ağrı kəsici qəbul edərək narahatlıq hissini aradan qaldıra bilərsiniz. Görmə 2-3 gün ərzində istənilən səviyyəyə çatacaqdır.
Lasikdə arzuolunmaz nəticələrin yaranma ehtimalı son dərəcə azdır. Bu günə qədər bildirilən fəsadların demək olar ki,hamısı buynuz qişanın qapağının qaldırılması zamanı mexaniki keratomun kəsilməsi ilə əlaqəlidir. Lasik tətbiqi zamanı bıçaqlı mikrokeratomalarla qapağın qaldırılması zamanı baş verə biləcək fəsadlar 2,2% olaraq hesablanır.
Bıçaqlı mexaniki keratomlarla buynuz qişanın kəsilməsi zamanı istənilən qalınlıq, ölçü və bütünlükdə meydana gələ biləcək bəzi fəsadlar ciddi və görmə təhlükəsi yarada bilən fəsadlar ola bilər amma heç vaxt göz itkisi ilə nəticələnə bilməz.
WAVEFRONT (QARTAL GÖZÜ) TEXNOLOGİYASI:
Bəzi gözlərdə miyopiya, hipermetropiya və ya astiqmatizm kimi görmə qüsurları ilə yanaşı, aberrasiya deyilən gözün buynuz qişasında nizamsız adacıklar səbəbiylə gözün optic problemləri də olur. Aberrasiyalar gecə görməsində və görmə kəskinliyində azalmaya səbəb olur. Qartal Gözü olaraq bilinən bu prosedurda buynuz qişadakı bu nizamsızlıqlar topoqrafiya ilə təsbit edilir xəstənin miyopiyası, hipermetropiyası və ya astiqmatizm müalicəsi ilə yanaşı bu adacıklar da düzəldilir. Bundan əlavə, belə xəstələr üçün hətta əvvəlki görmə qabiliyyətindən daha yaxşı görmə kəskinliyi və gecə görməsi təmin edilir.
Exsimer Lazer müalicəsindən əvvəl müayinələr:
Eksimer lazer müalicəsindən əvvəl edilən müayinələr çox əhəmiyyətlidir. Bu müayinələr nəticəsində heç bir risk daşımayan uyğun xəstələrə exsimer lazer müalicəsi tətbiq olunur. Əməliyyatdan öncə buynuz qişanın ətraflı müayinəsi edilir, bir çox nöqtədən buynuz qişanın qalınlığı ölçülür. Bu prosedurlar zamanı gözlə təmas olunmur.
Exsimer Lazerdən sonra görmə qabiliyyəti necə olacaq?
Edilən əməliyyatlardan alınan nəticələrə əsasən demək olar ki, lasikdən sonra eynəksiz görmə kəskinliyinin 99% ehtimalla 60/100 dan yuxarı, 80% ehtimalla 100/100 olacağı gözlənilir. Wavefront texnologiyasının tətbiq olunduğu cihazlarda daha yaxşı dərəcələr də ortaya çıxır. Ancaq heç vaxt eynəkdən istifadə olunmayacağına zəmanət vermək mümkün deyil. Yeni texnologiya ilə məqsədimiz görmə qüsurunu tamamilə aradan qaldırmaq olsa da, görmə qüsurunun növü və dərəcəsindən və bəzi struktur faktorlardan asılı olaraq gözünüz tam emmetropik olmaya bilər (görmə qüsuru olmayan göz). Çox güman ki,eynəksiz çox rahat bir həyat yaşayacaqsınız. İnsanların çox kiçik bir faizində gecə görmə problemləri yarana bilər, lakin Wavefront texnologiyası ilə bu olduqca nadirən baş verir.
Exsimer Lazer üsulu ilə yaxın görmə düzəldilə bilərmi?
Təxminən 25 ildir Exsimer lazerlə uzağı yaxşı görməmə problemlərinin aradan qaldırılmasına baxmayaraq, 45 yaşından sonra yaxın eynəyindən istifadə etməyə məcbur edən presbiopiya deyilən görmə qüsurunu düzəltmək mümkün olmayıb. Son illərdə bu problemin aradan qaldırılması üçün mühüm inkişaflar olmuşdur. Bu problemi aradan qaldırmaq üçün edilən prosedurlar zamanı buynuz qişanın içərisinə yerləşdirilən bəzi materialların təsiri keçici olmuş və əməliyyatların aparılmasında problemlər ortaya çıxmışdır. Bunun üçün bəzi klinikalarda əməliyyat etdirən şəxsdə katarakta olmasa da, göz linzası çıxarılaraq yerinə uzağı və yaxını görmə imkanı verən linzalar qoyulur.
Hazırda Exsimer lazerlə yaxından görmə korreksiyasında ən yeni texnologiya PRESBYMAX adlı texnologiyadır. Bu texnologiya yalnız Schwind Amaris cihazı ilə tətbiq oluna bilir. Bu üsulla uzağı görmə problemləri ilə bərabər və ya sadəcə olaraq yaxın görmə problemlərini həll etmək mümkündür. Müalicə prosedurları yuxarıda qeyd olunan lasik müalicə prosedurları ilə eynidir. Bu prosedurda buynuz qişanın qapağı mexaniki keraoma və ya femtolazer cihazı ilə qaldırılır. Bu texnologiya hələ ki, Almaniya, Fransa, İngiltərə, Koreya, Çin, Yaponiya və Rusiyada tətbiq olunur.
Bu texnologiya ilə müalicə olunan xəstələrdə yaxın görmə problemi ilk gündən kifayət qədər yaxşılaşır, amma uzağı görmədə müvəqqəti azalma ortaya çıxa bilir. Göz bəbəyinin diametri və buynuz qişasının ətraflı müayinəsindən sonra bu prosedura uyğun xəstə qrupuna PRESBYMAX tətbiq edilir. Bu üsul uzağı görmə problemi olan xəstələrdən daha çox yaxın görmə problemi olan xəstərdə daha effektlidir. PRESBYMAX üsulunun digər üstünlüklərindən biri də pasiyentin narazılığı zamanı bu prosedurun gözdən götürülərək gözün yenidən eyni vəziyyətə gətiriləbilməsidir.
Excimer Lazer üsulu hər kəs üçün uyğundurmu?
Buynuz qişanın formalaşmasına təhlükə yaradabiləcək müxtəlif xroniki və ya göz xəstəlikləri zamanı lasik təhlükəli ola bilər. Lasik etdirmədən öncə gözünüz son model texnoloji cihazlarla ölçülməli və qiymətləndirilməlidir. Lakin 18 yaşından kiçik fərdlər, hamilələr və süd verən analar, katarakt, keratit, keratokonus, quru göz və s. göz xəstəlikləri olan xəstələr, diabet və immunitetlə bağlı ortaya çıxan xəstəliklər zamanı və görmə faizləri tez-tez dəyişən şəxslər eksimer lazer tətbiq etdirməməlidir.
ƏMƏLİYYAT ZAMANI
ƏMƏLİYYATDAN SONRA: