Haşimoto xəstəliyi autoimmun adlanan xəstəliklər qrupuna aiddir. Bu xəstəlik ilk dəfə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyi üçün onun şərəfinə adlandırılan, qalxanabənzər vəzin xroniki iltihabi bir xəstəliyidir. Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır. Haşimoto tireoiditi zamanı qanda çoxlu miqdarda anti-tpo və anti-tg antitelləri yaranır. Bu antitellər qalxanabənzər vəzi hüceyrələrini məhv edirlər və iltihabi proses nəticəsində qalxanabəznər vəz hüceyrələri azalır. Hormon ifraz edən hüceyrə sayı azaldığı üçün tireoid hormon yetməzliyi (tənbəl zob) yaranır.
HAŞİMOTO XƏSTƏLİYİNİN SİMPTOMLARI
Adətən bir çox xəstənin heç bir şikayəti olmur. Bəzi xəstələrdə vəzi hipoplaziyaya uğrayır (kiçik zob) bunun nəticəsi olaraq tənbəl zobun simptomları üzə çıxır. Xəstələr xəstəliyin gedişindən asılı olaraq, fərqli səbəblərlə həkimə müraciət edə bilərlər. Haşimoto xəstəliyinin 3 cür gedişi müşahidə oluna bilər.
HAŞİMOTO XƏSTƏLİYİ HANSI XƏSTƏLİKLƏRLƏ BİRLİKDƏ RAST GƏLİNƏ BİLƏR?
HAŞİMOTO XƏSTƏLİYİ ZAMANI DİAQNOZ
Tiroid ultrasəs müayinəsində qalxanvari vəzdə ciddi exostruktur dəyişikliyi-aşağı exogenlik və yalançı düyünlər aşkarlanır. Autoimmun tiroiditdə həqiqi düyün olarsa, təqib olunur, ehtiyac olarsa biopsiya olunur. Lakin bu xəstəlikdə psevdodüyünlər, yəni yalançı düyünlər daha çox rast gəlinir. Hətta qalxanvari vəzin ultrasəs müayinəsini edən həkim bu sahədə kifayət qədər peşəkar olmadıqda psevdodüyünləri həqiqi düyün kimi yazır. Beləliklə klinik olaraq xəstəni təqib edən həkimi də yanılda bilər, lazımsız biopsiya hətta cərrahi əməliyyata səbəb ola bilər.
HAŞİMOTO XƏSTƏLİYİNİN MÜALİCƏSİ
Təəssüf ki, xəstəliyi tamamən sağaldan müalicə üsulu mövcud deyil. Yuxarıda da, qeyd olunduğu kimi, yalnız hipotireozu olan xəstələrə tiroid hormonu (Levotiroksin) təyin olunur. Müalicə, mütəmadi olaraq hormonlar kontrol edilərək ömür boyu davam edilir. Haşimoto tireoiditli qadınlar hamiləlik zamanı xüsusilə diqqətlə izlənməlidirlər. Hormon yetərsizliyində ana və uşaq zərər görə bilər. Hamiləlikdən öncə Levotiroksin qəbul edən qadınların hamiləlik zamanı dərmana tələbatı artır. Laktasiya dövründə də, dərman mütləq qəbul olunmalıdır.