Hemorragik vaskulit və ya Şenleyn Genox xəstəliyi
Hemorragik vaskulit və ya Şenleyn Genox xəstəliyi çox rast gəlinən xəstəliklərdən olub, damar divarının keçiricilik qabiliyyətinin artması ilə əlaqədardır. Yəni qanın tərkibi tərəfindən heç bir dəyişiklik müşahidə edilmir.
Xəstəlik əsasən uşaq vaxtı təsadüf edilir. İrsi deyil. Əsasən yaz və payız aylarında təsadüf olunur. Xəstəlik zamanı aşağıdakı sindromlara rast gəlinir: Dəri sindromu, Oynaq sindromu, Abdominal sindromu, Böyrək sindromu.
Bu sindromlar ayrı – ayrılıqda və ya birlikdə təsadüf oluna bilər.
- Dəri sindromu: Bu sindrom simmetrik olaraq aşağı və yuxarı ətraflarda, sağrı nahiyəsində, bəzən qarın örtüyündə papulyoz hemorragik urtikar elementlərlə özünü biruzə verir. Səpgi monomorfdur - əvvəlcə iltihabi formada, sonra ağır vəziyyətdə həmin səpgilərin mərkəzində nekrozların əmələ gəlməsi müşahidə olunur. Sonralar qabıqlaşma əmələ gəlir və uzun müddət özündən sonra dəri üzərində piqmentasiyalar müşahidə olunur.
- Oynaq sindromu: Dəri sindromundan sonra və yaxud eyni zamanda böyük oynaqlarda, çox vaxt diz oynağında ağrılarla başlayır, bir neçə gündən sonra ağrılar keçə bilər, lakin səpgilər təzələnərsə, oynaq ağrıları da təzələnə bilər.
- Abdominal sindrom: Əsas xüsusiyyət qarında ağrılardir.Ağrılar daimi yaxud fasiləli ola bilər. Bu cür ağrıların əmələ gəlməsinə səbəb qansızmadır. Yəni bağırsaq divarinda qansızma, subseroz hemorragiyalar, müsariqə hemorragiyaları. Belə hallarda nekrozlar əmələ gələ bilər(trofika pozulur). Qanaxma, qanqusma, melena, tez – tez ishal və ya qəbizlik müşahidə olunur.
- Böyrək sindromu: Qlomerulonefrit formasında inkişaf edir: mikrohemoturiya, sidikdə zülal(0,033-ə qədər 30% promilli). Böyrəklərin zədələnməsi həkimin diqqət mərkəzində olmalıdır. Çünki, hemorragik vaskulitlərin ən ağır fəsadlarından biridir.
Differensial diaqnostika
Differensial diaqnostikanını çətinləşməsi eyni vaxtda dəri sindromu olmadıqda xəstəlik ilkin qarın boşluğunda qansızmalar nəticəsində ağrılar baş verir. Çox vaxt cərrahlar abdominal sindromu Şenleyn Genox xəstəliyində bağırsaq keçməməzliyi(invaginasiya), appendisit, yumurtalığın burulması və s. ilə səhv sala bilərlər.
Müalicə:
Mütləq diaqnoz qoyulduqdan sonra hospitalizasiya 3 həftədən az olmamaq şərtilə labüddür. Qida rasionundan sensibilizasiya edən qidalar çıxarılmalıdır. Bütün vitaminlər olmaz. Müalicə müddətində xəstə özünü soyuqdan qorumalıdır, yataq rejimi təyin olunmalıdır, profilaktik peyvəndlər, müxtəlif probalar əks göstərişdir.
https://www.facebook.com/stimulhospital.az/photos/a.463186977177159/696323840530137/?type=3&locale=az_AZ