Main

Heyvan dişləməsi

Heyvan dişləməsinin əsas təhlükələri yerli irinli prosess, sepsis (qana infeksiyanın düşməsi), quduzluqdur (ağır infeksion xəstəlik).
İstənilən heyvandan (canavar, tülkü, it, pişik, inək, qoyun, siçovul və s.) insana quduzluq virusu keçə bilər. Bu virus dişlənmə zamanı xəstə heyvandan insana keçir. İnsandan insana virus keçmir.
Heyvan üz, boyun, baş nahiyəsindən dişləyibsə, bu xüsusilə təhlükəlidir.
Quduzluq virusuna yoluxmuş insan müalicə olunmadığı təqdirdə 100% hallarda həlak olur. Bu səbəbdən belə hallarda insan dərhal həkimə müraciət etməli və lazım olan xüsusi müalicə kursu almalıdır.
İlkin yardım və müalicə
İlk növbədə yaranı axar suyun altında sabunla 5 dəqiqə ərzində yumaq lazımdır. Daha sonra yaranın qıraqlarına yod, spirt və s. kimi antiseptiklər sürtülür, yaraya steril sarıq qoyulur.
Bundan sonra insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Xəstəxanada yara işlənilir və lazım olduqda (bu yaranın yerləşməsindən, dərinliyindən və s. asılıdır) onun içinə və ətrafına immunoqlobulin iynəsi vurulur.
Daha sonra xəstəyə quduzluq əleyhinə vaksin vurulur. Vaksin ən çox 6 dəfə müəyyən sxem üzrə (1-ci, 3-cü, 7-ci, 14-cü, 30-cu və 90-cı gün) qola vurulur.
Vaksin vurulandan sonra xəstə ən azı 30 dəqiqə ərzində tibb işçilərinin nəzarəti altında qalmalıdır.
Müalicə kursundan sonra xəstəyə vaksinin tip və seriyası qeyd olunan arayış verilir. Vaksindən əlavə xəstəyə antibiotik təyin olunur.

İlan sancması

Yay aylarının gəlişi, havaların isinməsi ilə ilan sancma hallarına daha tez-tez rast gəlinir. İlan sancması zamanı dəri qızarır, şişir, göyərməyə başlayır və zərərçəkəndə başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bu zaman insanların yanlış müdaxilə etməsi isə zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

İlan sancması zamanı ilkin tibbi yardım

Məlumata görə, ilan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələrlə sürtmək qətiyyən olmaz. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər. İlan sancması halı baş verərsə, mütləq ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalı və yod məhlulu ilə dezinfeksiya edilməlidir.

Xəsarət almış şəxsə ilkin yardım göstərilsə də, onu dərhal yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Daha sonra həkim nəzarəti altında müəyyən analizlərdən sonra ilan zəhərinə qarşı zərdab tətbiq edilə bilər. Zərdabın effektliyi isə ilk sutka ərzində özünü göstərməyə başlayır.

https://ailehekimiklinikasi.az/main/sehiyye/3110-heyvan-dilmsi-zaman-malc-bunu-ham-bilmlidir.html

https://www.medicina.az/ilan-sancmasi-zamani-ilk-yardim-neler-olmaz