Hiperaldosteronizm aldosteron səviyyəsinin yüksəlməsidir, hipertoniya və hipokalemiya ilə büruzə verir. Aldosteron, orqanizmdə natrium (duz) və kalium səviyyələrini tənzimləyən bir hormondur. Aldosteron səviyyəsi yüksəldikdə bədəndə natriumu saxlayaraq duz və suyun toplanmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur.
Hiperaldosteronizm birincili və ikincili ola bilir. Birincili forma böyrəküstü vəzidən avtonom aldosteron ifrazına bağlıdır və Conn sindromu adlanır, ikincili forma isə renin ifrazının artmasına bağlı meydana gəlir.
Səbəbləri
Birincili hiperaldosteronizmin ən çox rast gəlinən səbəbləri aldosteron ifraz edən adenoma – aldosteroma (60%), ikitərəfli adrenal hiperplaziya (30-40%) və adrenokortikal karsinomadır.
İkincili hiperaldosteronizmdə adrenal vəzilərin funksiyası və quruluşu normal olur, fizioloji və patoloji səbəblərdən aktivləşmiş angiotenzin-renin sistemi aldosteronun artmasına gətirib çıxarır (böyrək arteriyasının stenozu, sirroz, ürək yetməzliyi, hamiləlik).
Orta pay bronxunda obstruksiya törədən səbəblər (böyümüş peribronxial limfa düyünü, bronxial fibroz, bronx daşları, bronxoektaziya, törəmələr, yad cisim və s) orta payda durğunluğa, atelektaza və pnevmoniyaya səbəb olur.
Klinikası
Diaqnostikası
Yeni başlayan ağır hipertoniya və hipokalemiya hiperaldosteronemiyaya yüksək şübhə yaradır.
Diaqnozu dəqiqləşdirmək üçün qanda aldesteron və renin yoxlanılır. Birincili hiperaldosteronizmdə aldosteron yüksək, renin isə normal və ya aşağı olur, ikincili formada isə həm renin, həm də aldosteron yüksək olur.
Birincili formanın səbəbini müəyyənləşdirmədə KT və ya MRT yüksək həssaslıq göstərir (90%). Diaqnostik çətinlik olarsa adrenal vəzin venoz qanında aldosteron və kortizol yoxlanılır.
Müalicəsi
Adenomanın və birtərəfli hiperplaziyanın müalicəsi cərrahidir – adrenalektomiya edilir və əməliyyatətrafı dövrdə spironolakton istifadə edilir.
İkitərəfli adrenal hiperplaziyada isə konservativ müalicə - aldosteron antaqonisti olan spironolakton tətbiq edilir.
Klinik olaraq təkrarlanan pnevmoniya əlamətləri ilə təzahür edir (hərarət, öskürək, tərləmə, halsızlıq, leykositoz və s.).
http://bck.az/m%C9%99tnl%C9%99r/b%C3%B6yr%C9%99k%C3%BCst%C3%BC-v%C9%99zi-x%C9%99st%C9%99likl%C9%99ri