Main

Hiperesteziya (həssas dişlər)

Hiperesteziya, dişin sərt toxumalarında həssaslığın yüksəlməsi deməkdir.
Hipetesteziya diş və yaxud dişlərin fiziki və kimyəvi qıcıqlandırıcılara qarşı qeyri-adekvat cavab reaksiyası zamanı müşahidə olunur.Normada isə dişlər qeyd edilən qıcıqlandırıcılara qarşı normal reaksiya verir.

Dişlərdə həssaslıq nə deməkdir? 
İsti, soyuq, şəkər və ya turş yeməklər,içkilər ağıza alındığında dişlərdə ani bir reaksiya və sızlama meydana gələr; ağrıma,sızıldama başlayar. Bu diş sızlaması iti, ani və dərindir (bu vəziyyət xalq arasında diş qamaşması olaraq da adlandırırlar).

Köhnə plomblar xaricində həssaslıq ən çox dişəti çəkilməsi ilə ortaya çıxan kök səthlərindən qaynaqlanar. Normal olaraq, (dişin ikinci və əhəmiyyətli bir təbəqəsi) mina və sement (kök səthini örtən xüsusi təbəqə) ilə ətraflı əhatə edilmişdir. Diş həssaslığının səbəbi tam olaraq aydın ola bilməmişsə də həssaslığın dişin sinirinə mikron səviyyəsindəki kanalcıqlar vasitəçiliyi ilə çatdırıldığı üzərində dayanılır.

Diş həssaslığına səbəb olan faktorlar:

  • Karies,
  • Sınıq diş,
  • Qırıq plomb,
  • Damaq xəstəliklərinin olması,
  • Diş emalının yeyilməsi,
  • Sərt diş fırçası ilə təmizləmə,
  • Diş ətinin açılması,
  • Həddən çox turş qidaların istehlakı,
  • Dişlərin ağardılması.

Həssaslığı aradan götürmə üsulları:

  • Həssas dişlər üçün (sensitive) diş məcunlarından istifadə edin,
  • Diş emalını möhkəmləndirmək üçün ftor tərkibli gel seçin,
  • Diş həssaslığını götürmək üçün diş qapağından istifadə etmək,
  • Diş dibi kanalların müalicəsi,
  • Turş qıdaların, qazlı içkilərin qəbulundan imtina etmək.

https://estetikdis.az/site/index.php/faydal-m-lumatlar/di-h-ssasl/

https://doctortap.az/dish-hessasliginin-aradan-qaldirilmasinin-5-usulu