Main

Hiperlipidemiya

Hiperlipidemiya, qanda xolesterol, triqliserid və LDL-xolesterol səviyyələrinin yüksək olması deməkdir. Yağ səviyyələrinin tənzimlənməməsi başda ürək xəstəlikləri olmaqla bir çox xəstəliklərə səbəb ola bilər.

Yağlar bədənimizdə sərbəst yağ turşuları, xolesterol və triqliserid kimi fərqli formalardadılar.

Xolesterol qanda həm sərbəst, həm də lipoproteinlərlə birləşmiş şəkildə olur. Aşağı sıxlıqlı lipoprotein xolesterol (LDL xolesterol=”pis” xolesterol) qaraciyərdə əmələ gələn xolesterolu daşıyır. Bu xolesterol ən çox ürəyə gedən damarlarda yığılır və onların daralmasına səbəb olur. Nəticədə ürəyə qan axını yavaşlayır və yetərincə oksigen almadığına görə miokardın infarktı baş verir.

Yüksən sıxlıqlı lipoprotein xolesterol (HDL xolesterol = “yaxşı” xolesterol) isə xolesterolun damarlarada yığılmasının qarşısını alır və ürək xəstəliklərinə qarşı qoruyur.

Bundan başqa qanda triqliseridlər var və qan yağlarından biridir. Yüksək səviyyədə olması ürək xəstəlikləri riskini artırır və başqa xəstəliklərdə də yüksəlməsi müşahidə oluna bilər (yağlı gidalanma, şəkər xəstəliyi və s.).

Diaqnozu

Diaqnoz lipid mübadiləsinin komponentlərinin hərtərəfli biokimyəvi tədqiqinə əsaslanır.

20 yaşdan yuxarı olan insanlar hər 5 ildən bir qanda ümumi xolesterol, LDL VƏ HDL xolesterol, triqliserid səviyyələrini yoxlamalıdırlar və aşağıdaki cədvəl ilə müqaisə edilməlidir:

Qan xolesterolu və lipoprotein səviyyələrinin dəyərləndirilməsi

Qanda xolesterol səviyyəsini qaldıran nələrdir?

Qidalanma: Kərə yağı, yumurta sarısı, yağlı ət, yağlı toyuq (dərisi ilə yeyilərsə, süd, qatıq, peydir kimi doymuş yağlar və  xolesterol ilə zəngin gidalar qəbul etmək. Günlük gidamızın yağlara düşən payının 35 %-dən çox olması.

Bədən ağırlığı: Çox kilolu olmaq. Arıqlamaq ümumi xolesterol, LDL xolesterol və triqliseridlərin azalmasına və HDL çoxalmasına köməklik edir.

Fiziki aktivlik: Fiziki aktiv olmamaq və hərəkətsiz həyat tərzi LDL xolesterol səviyyəsini qaldırır. Mütəmadi olaraq fiziki məşqlər etmək “pis”yağları azalmasını, “yaxşı” yağların isə çoxalmasını təmin edir.

Müalicəsi

Məhdud kalorili yağlar, karbohidratlar ilə pəhriz; fiziki müalicə, qanda xolesterolu azaldan dərmanlar.

Həyat tərzi dəyişikliyi üçün tövsiyyələr

Aşağı doymuş yağ və xolesterol tərkibli gida qəbul etmək. Enerji olaraq gidalanmanızın 25-35 % yağ, 55-60 % karbohidrat, 12-15 % isə protein olmalıdır. Gündə ortalama 1500 kalori enerji almalıyıqsa, kərə yağının qəbulu 1 DQ (desert qaşığı), günəbaxan və qağıdalı yağların qəbulu 1.5 DQ, zeytun və fındıq yağların qəbulu 3 DQ olmalıdır. Margarin çox nadir hallarda istifadə oluna bilər, yumşaq və kalorisi az olan margarin istidafə etmək olar. Sadə yağ, quyruq və qızardılmış ərzaqlar istifadə edilməməlidir.

ÇÖRƏK VƏ TAXIL

  • Yaxşı seçim: buğday çörəyi, tam taxıl çörəyi/unu, covdar və yulaf çörəyi, bulqur, zeytun yağı quru paxlalılar-tərəvəz-bulqur yeməkləri, yulaf əzməsi
  • Orta seçim: Zeytun yağ/bitki yağı/yumşaq marqarin pişirilmiş düyü yeməkləri, tərəvəz yeməkləri, makaron, ağ çörək
  • Tövsiyyə olunmur: Yağ və şəkər tərkibli un məmulatları (tort, biskvit və krakerlər)

YAĞLAR

  • Ən yaxşı seçim: Zeytun yağı, fındıq yağı, bitki yağı
  • Yaxşı seçim: Yumşaq marqarin, kalorisi aşağı olan margarin növü, fındıq, fıstıq, qoz yağları
  • Tövsiyyə olunmur: Kərə yağı, quyruq, bərk margarin növü, şəkərli fındıq və fıstıq əzməsi

ƏT, QUŞLAR, BALIQLAR, QURU PAXLALILAR

  • Ən yaxşı seçim: Balıq, ağ ətli-dərisiz quş əti, zeytun yağlı/bitki yağlı quru paxlalırlar yeməkləri
  • Yaxşı seçim: Qara qanadlı quş əti, yağsız mal və qoyun əti
  • Orta seçim: Ətli quru paxlalılar yeməkləri
  • Tövsiyyə olunmur: Kolbasa, sosis, qovurma, yağlı qızmızı ətlər, qızardılmış ətlər, qanadlı və dərili quş əti

SÜD VƏ SÜD MƏHSULLARI

  • Yaxşı seçim: Az yağlı ya da yağsız süd məhsulları, az yağlı süddən hazırlanmış şor və pendir növləri, yağsız ya da az yağlı süddən hazırlanmış sirniyyatlar
  • Tövsiyyə olunmur: Tam yağlı süt məhsulları, yağlı pendir növləri, qaymaqdan hazırlanmış dondurma ve südlü şokoladlı şirniyyatlar, pudinglər.

TƏRƏVƏZ VƏ MEYVƏLƏR

  • Ən yaxşı seçim: Yaşıllıqlar (keşniş, cəfəri, salat yarpaqları, rukkola ve s.), kələm, kəvər, gül kələmi, tomat, brokkoli, ispanaq, şaftalı, giləmeyvələr, çiyələk
  • Yaxşı seçim: Digər təzə meyvə və tərəvəzlər

Bədən çəkisi kontrol altında olmalıdır: Bədən çəkisi kg/boy m2 formulasıya hesablanan Bədən Kütlə İndeksiylə (BKİ) qiymətləndirməlidir. Ən yaxçı nəticə 18.5-25 kg/m2 arasındadır.

Nizamli fiziki aktivlik olmalıdır: Gündə ən azı 40 dəqiqə orta tempdə məşqlər olmalıdır. Əgər düzgün gidalanma və fiziki aktivliyə baxmayaraq istənilən qan yağları səviyyəsi əldə olunmursa (LDL xolesterolun səviyyəsi 100 mg/dl-dən aşağı olmalıdır), bu zaman dərman müalicəsinə ehtiyac qalır. Ən çox istifadə olunan dərmanlar statin qrupu preparatlarıdır

https://drsamirshukurov.az/hyperlipidemia.html