Hipospadiya sidik kanalının xarici dəliyinin yerləşmə anomaliyasıdır. Daha dəqiq desək, hipospadiya zamanı sidik kanalının xarici dəliyi cinsi orqanın başı ilə anus arasında hər hansı bir səviyyədə yerləşir. Yəni, bu uşaqlarda sünnətin ucunda sidik kanalı olmur, daha doğrusu sünnətin ucuna qədər gəlib çatmır. Bundan başqa cinsi orqanın aşağıya doğru əyilməsi, sünnət (pülük) dərisinin aşağı hissəsinin olmaması xarakterdir. Ona görə də el arasında bunlara “peygəmbər sünnəti” yaxud “anadangəlmə sünnət” də deyilir. Bu barədə ətraflı bilmək istəyirsinizsə hipospadiyyanın təsnifatına nəzər salmaq lazımdır. Yəqin ki, hipospadiya nədir sualına cavab tapa bildiniz. Bu barədə aşağıda ətraflı yazmışam.
Başqa sözlə desək hipospadiya cinsi orqanın inkişaf qüsurudur. Çünki, sidik kanalı özü cinsi orqanı əmələ gətirən, onu formalaşdıran strukturlardan biridir.
Hipospadiya nədir və onun əlaməti
Hipospadiyanın əlamətləri aşağıdakılardır:
bu əlamətlər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq az və çox dərəcədə təzahür edir.
Hipospadiyanın formaları
Hipospadiya ilə yanaşı ola bilən anomaliyalar
Adətən hipospadiya aşkarlanan uşaqlarda yanaşı olaraq cinsiyyət orqanlarının digər anomaliyalarına da rast gəlinir. Bunlardan ən çox aşkarlananlar:
Hipospadiya olan uşaqların sidik ifrazı normal olmur. Belə ki, hipospadiyanın formasından asılı olaraq sidik ifrazı müxtəlf narahatlıqlarla müşahidə edilə bilər. Həmçinin kanalının ucunda daralma oduğundan sidik şırnağı zəif olur, səpələnir. Belə ki, xayalıq və aralıq forma hipospadiyalarda oğlan uşaqları oturaq vəziyyətdə sidik ifraz edir. Çünki, ayaqüstə sidik ifraz edərsə özünü islatmış olar. Bu isə kişi cinsinə məxsusi olan ayaqüstə sidik ifrazını mümkünsüz edir.
Hipospadiyanın səbəbləri
Əlli il bundan əvvəl hər yeni doğulan 500 uşaqdan 1 – i hipospadiya ilə doğulurdu. İndi isə bu rəqəm 150 – 200 uşağa – 1 dir. Hipospadiyanın dəqiq səbəbi müəyyən olunmasa da ehtimal olunur ki, daha çox ana orqanizmində gedən hormonal dəyişikliklərlə əlaqədardır. Xüsusən də həmiləliyin 7 – 15 həftəliyində. 7 həftəliyə qədər dölün cinsi orqanları oğlan və qızlarda fərqlənmir. 8 ci həftədən etibarən sidik kanalı formalaşmağa başlayır. Bu zaman yarana biləcək hər hansı faktor, zərərli vərdişlər sidik kanalının formalaşmasına mənfi təsir edə bilər. Bu hormonal dəyişikliklər ananın bədənində də yarana bilir, dölün də. Əlbəttə ki, infeksion xəstəliklər, intoksikasiya istisna edilmir. Son zamanlar hipospadiyanın çox rast gəlinməsinin əsas səbəbləri aşağıdakılar hesab olunur:
Əgər birinci uşaqda hipospadiya varsa, ikinci uşaqda da hipospadiya olma ehtimalı 12 % – dir. Atada hipospadiya olubsa uşağın hipospadiya ilə doğulma ehtimalı 10 – 25 % təşkil edir. Əkizlərdə iki dəfə daha tez – tez rast gəlinir. Hipospadiyalı uşaqlarda demək olar ki, həmişə çəki defisiti olur.
Hipospadiyanın formaları
Bildiyimiz kimi, normal halda sidik kanalı cinsi orqanın uc hissəsinin zirvəsinə açılır. Hipospadiya olan uşaqlarda isə cinsi orqanın alt səthi boyunca anus dəliyi ilə cinsi orqanın baş hissəsinin zivəsi arasında hər hansı səviyyədə ola bilir. Buradan da hipospadiyanın formaları ayırd edilir. Yəni sidik kanalının xarici dəliyinin yerləşdiyi yerə görə. Şəkilə baxdıqda bunu daha aydın müşahidə etmək olur.
Sidik kanalının xarici dəliyi cinsi orqan başından uzaq olduqca hipospadiya daha ağır forma hesab ounur. Penil, xayalıq və aralıq forma hipospadiyalarda sidik kanalının açıldığı yerdən cinsi orqanın başına qədər olan hissədə sidik kanalı olmur
Hipospadiyanın diaqnostikası
Yuxarıda sadalanan əlamətlərə əsasən adi gözlə diqqətlə baxıb hipospadiyanı uşaq doğulan gündən müəyyən etmək mümkündür. Nəzərə alsaq ki, hipospadiya olan uşaqlarda cinsiyyət sistemi orqanlarının digər anomaliyaları da ola bilər. Bu məqsədlə uşaqları qarın boşluğu orqanlarının usm müayinəsi, aralıq və xayalıq forma hipospadiyalarda xromosom (kariotip) müayinələrinə ehtiyac duyulur.
Hipospadiyanın müalicəsi. Hipospadiya əməliyyatı.
Hipospadiya cərrahi xəstəlikdir və onun yeganə qəbul olunmuş müalicə yolu mikrocərrahi müdaxilədir. Dünyada aparılmış çoxsaylı əməliyyatlara rəğmən bu əməliyyat üçün ən optimal vaxtın 1 – 2 yaş arasında aparılmasıdır. Hipospadiyanın müalicəsində ən müasir dünya standartları, ən müasir protokolları rəhbər tuturuq. Hipospadiyanın müxtəlif formalarında müxtəlif əməliyyat modifikasiyaları tətbiq edilir.Yuxarıda qeyd olunduğu kimi, dstal formalarda bir mərhələli ( yaxud bir mərhələli ) əməliyyat aparılır. Bu əməliyyatlardan ən çox tətbiq olunanı Snodqros və Kof modifikasiyalarıdır.
Sidik kanalının xarici dəliyi aralıq, xayalıq və cinsi orqanın xayalığa yaxın hissəsində olan hallarda 6 ay fasilə ilə adətən ikietaplı əməliyyat edirik. Çünki, aralıq və xayalıq forma hipospadiyada sidik kanalının xarici dəliyi cinsi orqanın başından çox aralı olduğu üçün həmin məsafəyə əlavə material ( transplantant ) köçürülür. Bu transplantant adətən cinsi orqanın başını örtən pülük ( prepusium ) dərisinin iç səthindən götürülür. Əlbəttə ki, uşağı sünnət etməyiblərsə. Çox təəssüf ki, körpə vaxtında sünnət olunaraq pülük dərisi kəsilmiş hipospadiyalı uşaqları da görürük. Belə olduğu halda uşağın ağzından, daha doğrusu yanağın iç səthindən müvafiq ölçüdə hissə (loskut) kəsilib yaxud soyulub çıxardılır. Sonra isə bu loskut sidik kanalının olmadığı hissəyə, yəni hipospadik dəliklə cinsi orqanın başı arasında qalan hissəyə köçürdülür. Bu əməliyyatın birinci mərhələsidir. Köçüdülmüş bu hissə uretral meydança yaxud uretral plastinka adlanır. Uretra sidik kanalı deməkdir.
Əməliyyatın 2 – ci mərhələsi 6 aydan sonra planlaşdırılır. Bu mərhələ isə 6 ay əvvəl sünnət pülüyü dərisindən yaxud ağızın selikli qişasından götürülmüş transplantantın (uretral meydança) tubulyarizasiyası adlanır. Yəni həmin köçürülmüş material kateter ətrafında tikilərək boru şəklinə salınır. Məhz bu boruşəkilli orqan gələcəkdə sidik kanalının olmayan hissəsini təşkil etməklə sidiyin cinsi orqanın oxu boyunca derivasiyasını (axmasını) təmin edəcək. Əməliyyatın mahiyyəti həm estetik həm də funksional olaraq penisin normallığını təmin etməkdir. Hipospadiyanın yüngül formalarında əsasən estetik olaraq cinsi orqan görünüşünü normallaşdırmaq lazımdır. Aralıq, xayalıq və penil forma hipospadiyalarda isə əsas məqsəd normal sidik ifrazını təmin etməkdən ibarətdir. Hər bir halda bu əməliyyatları edərkən uşağın gələcəkdə normal cinsi həyat yaşaya bilməsi və ata olmaq xüsusiyyətlərinin saxlanmasına da eyni dərəcədə önəm verilməlidir.
Hipospadiyanın fəsadları.
Əgər körpə vaxtı, xüsusən də uşağın öz cinsiyyətini dərk edənə qədər cərrahi müdaxilə aparılmazsa, uşaqda ciddi psixoloji dəyişikliklərə səbəb ola bilər.
Çox təəssüf olsun ki, biz yetkin insanlarda da hipospadiyaya rast gəlirik. Əlbəttə ki, bunun səbəbi o insanlar yox, onların valideyinlərindədir. Belə insanların sidik ifrazı normal olmur, cinsi orqanı adi vəziyyədə əyilmiş olur. Ereksiya zamanı isə bu əyrilik daha ciddi ola bilir və insanlarda cinsi əlaqəyə girə bilməmək qorxusu yaranır. Başqa bir tərəfdən də cinsi orqanın xarici görünüşündə olan eybəcərlik səbəbinsən cinsi partnyorundan utanır. Bütün bu narahatlıqlar psixoloji stres yaşadır. Belə insanlar çox hallarda evlənməkdən çəkinirlər. Hidrospadiya sonsuzluga belə səbəb ola bilir. Çünki, sidik kanalı öz təbii yerində olmadıqda xaric olan eyakulyat (sperma) vaginanın bəlli bir hissəsinə tökülməlidir. Hipospadiya olan xəstələrdə bu mümkün olmur. Başqa bir tərəfdən də hipospadiyalı xəstələrin böyük əksəriyyətində sidik kanalının xarici dəliyində daralma olur. Bu da sparmanın xaric olmasını əngəlləyə bilir.
Hipospadiyanın profilaktikası
Profilaktika dedikdə hipospadiyanın səbəblərinə nəzər yetirmək lazımdır.