Hipotalamus, orqanizmi "homeostaz" adlanan sabit vəziyyətdə tarazlıqda saxlayan, hormonları idarə edən və endokrin sistemi ilə sinir sistemi arasında əsas əlaqəni yaradan, bədənin ağıllı idarə və koordinasiya mərkəzidir. Hipotalamus beynin ən əsas bədən funksiyalarını idarə edən mühüm hissəsidir. Bədənin müxtəlif funksiyalarını idarə edən hormonlar istehsal edən hipotalamusun əsas məqsədi bədəni sabit və ya balanslaşdırılmış səviyyədə saxlamaqdır. Badam böyüklüyündə, şam qozasına bənzər quruluşu olan və üç əsas ön, arxa və orta hissəyə bölünən hipotalamus, hipofiz vəzinin üstündə və talamusun altında yerləşir. Əgər hipotalamus müəyyən səbəblərdən zədələnirsə, o, istədiyi kimi çalişa bilmir və bu zaman müxtəlif fəsadlar yarana bilər.
Hipotalamusun funksiyaları
Hipotalamus bədənin əsas və ağıllı idarəetmə mərkəzi kimi xidmət edir, bədən istiliyini tənzimləyir, susuzluq və aclıq kimi hissləri tənzimləyir, qan təzyiqini idarə edir, ürək döyüntüsünü tarazlaşdırır, hipofiz vəzi kimi bir çox vəzin ifraz olunmasında iştirak edir və cinsi impulsları stimullaşdırır.
Hipotalamusun əsas funksiyalarını aşağıdakı kimi ümumiləşdirmək olar: