Hipotireoz – qalxanabənzər vəzin funksiyasının zəifləməsi və terioid hormonların çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir. Patologiya orqanizmdə gedən bütün proseslərin ləngiməsi: halsızlıq, yuxululuq, bədən çəkisinin artması, üşümə, hipotoniya, qadınlarda əlavə olaraq, aybaşı siklinin pozulması ilə təzahür edir. Ağır hallarda böyüklərdə miksedema, uşaqlarda isə kretinizm inkişaf edir. Hipoterioz hipotireoid koma, ürək-damar sisteminin zədələnmələri: koronar damarların aterosklerozu, ürəyin işemik xəstəliyi, bradikardiya ilə fəsadlaşa bilər. Müalicə məqsədilə xəstələrə süni yolla sintez olunan tireoid hormonları təyin edilir.
Hipotireoz özünü qalxanvari vəzinin funksiyasının azalması ilə büruzə verən anadangəlmə və ya qazanılma xəstəlikdir.
Anadangǝlmǝ hipotireoz zamanı tiroid hormonun çatışmamazlığı neyronların sayının azalmasına və sinir liflərində mielinləşmənin pozulmasına səbəb olur. Nəticədə baş beyindǝ ciddi ağırlaşmalara sǝbǝb olur, beynin çǝki vǝ hǝcmi azalır, damarlarda, sinir hüceyrǝlǝrindǝ distrofik pozğunluqlar baş verir, bunlar da oliqofreniyaya gǝtirib çıxarır.
Baş verən dəyişikliklərin səviyyəsindən asılı olaraq, hipotireozun 3 forması ayırd edilir:
Hipotireozun yaranma səbəbləri
Xəstələr arasında qazanılmış hipotireaz daha çox müşahidə edilir. Onun başlıca yaranma səbəbləri aşağıdakılardır:
Qeyd olunan səbəblər əksər hallarda geridönməyən hipotireozla nəticələnir.
Nadir rast gəlinən ikincili və üçüncülü hipotireoza hipotalamo-hipofizar sistemin zədələnmələri səbəb olur. Belə vəziyyətlərdə qalxanabənzər vəzin fəaliyyətinə nəzarət zəifləyir.
Tireoid hormonların nəqlinin pozulması və ya onlara qarşı toxuma rezistentliyi ilə əlaqədar meydana çıxan periferik hipotireoz ayrıca forma kimi qeyd edilir.
Hipotireozun əlamətləri
Hipotireoz xəstəliyinin sǝciyyǝvi ǝlamǝtlǝri boy vǝ psixomotor inkişafın geri qalmasıdır. Borulu sümüklǝrin uzununa inkişafı kǝskin dǝrǝcǝdǝ zǝiflǝyir, eninǝ inkişaf isə pozulmur. Buna görǝ dǝ xǝstǝlǝrin ǝl vǝ ayaqları qısa vǝ enli olur. Xǝstǝlǝrin tipik görkǝmi olur: burun yǝhǝrǝbǝnzǝr, gözlǝr aralı vǝ dar yarıqlı, dil böyük, dodaqlar qalın, ağız yarımaçıq, üz şişkin. Dǝri sarımtıl rǝng alır. Körpücükaltı çuxurlarda yastıqşǝkilli şişkinlik müşahidǝ olunur. Saçlar qalın, cod olur, tez qırılır, ǝzǝlǝlǝrin tonusu azalır, göbǝk yırtığı meydana çıxır. Dişlǝr çox gec çıxır, ǝmgǝk gec bağlanır. Bǝzǝn osteoparoz meydana çıxır. Qarın böyük vǝ köpolur. Südǝmǝr uşaqlarda tǝnǝffüs xırıltılı olur. Ürǝyin hüdudları böyüyür, arterial hipotoniya, qǝbizlik, anasid qastrit, anemiya müşahidǝ edilir. Zülalların, vitaminlǝrin, mikroelementlǝrin çatışmazlığı nǝticǝsindǝ anemiya baş verir. Maddǝlǝr mübadilǝsinin zǝiflǝmǝsi nǝticǝsindǝ xǝstǝlǝr daim yuxulayırlar. Anadangǝlmǝ hipotireoz zamanı psixomotor inkişaf ləngiyir. Uşaq çox gec danışmağa başlayır, intellekt yüngül dǝrǝcǝdǝn tam kretinizmǝ qǝdǝr zəifləyir.
Hipotireozun diaqnostikası
Hǝyatın 1-ci hǝftǝsindǝ diaqnoz qoymaq çǝtindir. Anadangǝlmǝ hipotireoz zamanı uşaq doğulan kimi hipotireozun bǝzi ǝlamǝtlǝri özünü büruzǝ verir: böyük çǝki ilǝ doğulma, aclığa vǝ ǝskilǝrin yaş olmasına heç bir reaksiyanın olmaması, qǝbizlik, göbǝk ciyǝsinin gec düşmǝsi, sǝsin xırıltılı olması. Erkən diaqnoz qoyulmasında yenidoğulmuşlarda anadangəlmə hipotireozun skrininqi mühüm rol oynayır. Diaqnozun dǝqiqlǝşdirilmǝsindǝ qanda zülalla birlǝşmiş yodun, hormonların (T3, T4, TSH) tǝyini, radioimmunoloji metod müǝyyǝn rol oynayır.
Xǝstǝliyi hipofizar nanizm, Daun xǝstǝliyi, xondrodistrofiya, ağır formalı raxit, Hirşprunq xǝstǝliyi vǝ müxtǝlif etiologiyalı ağır beyin zǝdǝlǝnmǝlǝri ilǝ diferensiasiya etmǝk lazımdır.
Hipotireozun müalicəsi
Xəstələrə ömürlük olaraq tireoid hormonlarla (levotiroksin Na) əvəzedici terapiya təyin edilir. Simptomatik müalicə məqsədilə nootrop preparatlar (pirasetam, serebrolizin, pantoqam, ensefabol), vitaminlər (B və A qrupu), masaj, gimnastika, UBŞ, laqopedlə məşğələ təyin edilir.
Hipotireoza digər patologiyalar səbəb olduqda adətən əsas xəstəlik sağaldıqda qalxanabənzər vəzin funksiyları da normallaşır. Bəzi dərman vasitələrinin qəbulu ilə əlaqədar yaranan əlamətlər onların istifadəsi dayandırıldıqda geriya inkişaf edir. Hipotireoz qidanın tərkibində yod defisiti ilə əlaqədar formalaşdıqda pasientlərə yod tərkibli preparatlar təyin edilir, yodlaşdırılmış duz və dəniz məhsullarından istifadə məsləhət görülür.
Hipotireozun profilaktikası
Hal-hazırda doğum evlərində anadangəlmə hipotireozun skrininqi təşkil olunmuşdur. Bu, yenidoğulmuşun həyatının 3-5- ci günü dabandan götürülmüş qanda tireoid hormonun səviyyəsini öyrənməyə imkan verir.
Hipotireozun proqnozu
Qazanılmış hipotireozun adekvat müalicǝsi nǝticǝsindǝ proqnoz yaxşı olur. Anadangǝlmǝ hipotireozun erkǝn vǝ düzgün müalicǝsindǝ proqnoz xoşdur. 4-6 həftədən sonra gecikmiş diaqnoz qoyulduqda proqnoz pisdir.
Qulluq: Diaqnoz qoyulmuş xəstələrə daima tibbi nəzarət təşkil olunmalıdır. Hipotireoz zamanı vaxtında başlamış əvəzediciterapiya uşaqların fiziki və psixi fəaliyyətini tamamilə bərpa edir. Onlara fərdi məşqlər, masaj, gimnastika təyin olunmalıdır. Valideynlərə tireoid hormonların müntəzəm qəbul edilməsinin vacibliyini, ailədə uşağa xüsusi diqqət göstərilməsini başa salmaq lazımdır. Dəri qurudursa gellər və məlhəmlər təyin olunmalıdır.