Histoplazmoz yüngül, simptomsuz formalardan ağır kliniki hallara qədər müxtəlif variantlarla gedən göbələk xəstəliklərindən (mikozlar) qaynaqlanır. Histoplazmozun törədicisi capsullatum göbələyidir. Xəstəlikdən əsasən ağciyərlər təsirlənir. İnfeksiya digər orqanlara yayılarsa, xəstəliyə yayılmış histoplazmoz deyilir. Histoplazma qidalı mühitdə yaxşı çoxalır, nəm torpaqda və suda çox qalır, dezinfeksiya məhsulları onları tez öldürür.
Xəstəlik isti iqlimli öıkələrdə daha geniş yayılıb. Xəstəlik gəzdirən heyvanların ifrazatı tökülmüş torpaq yağışdan sonra göbələyin sporlarını çoxaldıb artırır. Göbələyin sporları torpaqda 4 ilə qədər yaşaya bildiyinə görə sporlar istənilən vaxt torpaq aerozolu vasitəsilə yoluxa bilir.
Nəfəsalma zamanı torpaqdan qalxan sporlar bronxlara və alveollara düşür, oradan toxumalara keçərək vərəmə bənsər düyünlər əmələ gətirir. Göbələk limfa damarlarını və limfa düyünlərini iltihablaşdırır, orqanizmi sensibilizə edir.
İnfeksiya göbələk sporlarının tənəffüs yolu ilə baş verir. Göbələklərin zədələnmiş dəri və mədə-bağırsaq traktından bədənə daxil olması da mümkündür. Xəstəlik insandan insana keçmir.
Sağlam yetkin insanlarda immunitet sistemi infeksiyaya qarşı uğurla mübarizə aparır. Uşaqlar və yaşlı insanlar, həmçinin HİV-ə yoluxmuş xəstələr adətən bu xəstəlikdən təsirlənir. Bir insan nə qədər çox göbələk sporlarını tənəffüs edərsə, histoplazmozun inkişaf ehtimalı bir o qədər çox olar.
Əlamətləri
Kəskin histoplazmoz qızdırma, öskürək və sinə ağrısına səbəb olur. Semptomlar infeksiyadan 3-21 gün sonra görünür. Xəstəliyin müddəti 2-6 həftədir. Yayılmış histoplazmoz ağırdır və ölümcül ola bilər. Xəstəlik üşütmə, tərləmə, əzələ və oynaqlqrda ağrı, qusma, ishal, ürəkbulanma, döşdə ağrı ilə müşayət olunur. Xəstədə subfebril qızdırma müşayət edilir. Histoplazma uzun sürən proqressiv xəstəlik kimi təzahür edir, xəstədə intoksikasiya əlamətləri baş verir. Histoplazmozun klinik təzahürləri vərəmə bənzəyir.
Diaqnozu
Kliniki diaqnoz qoymaq çətindir. Bəlğəmdən, qandan, abses möhtəviyyatından alınan analizlərdə göbələyin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir. Əlavə olaraq döş qəfəsinin rentgen və ya KT-ni aparmaq da lazımdır.
Müalicəsi
Histoplazmozun yüngül və orta formaları dərmanların istifadəsini tələb etmir. Bədəni yumşaq bir rejim və simptomatik terapiya ilə dəstəkləmək kifayətdir. Kəskin birincil histoplazmoza tutulmuş xəstələrin 99% -i müstəqil şəkildə sağalır. Ağır xəstəlik halında, antifungal dərmanlar ketokonazol, itrakonazol və ya amfoterisin B təyin olunur.
https://immunitet.az/1388-hstoplazmoz.html
Tercume