İnsan papilloma virusu
İnsan papilloma virusu– İPV (HPV – Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur. İPV-nin çox sayda müxtəlif tipləri/növləri vardır. Müəyyən növləri genital (cinsi) nahiyədə, ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Əksər hallarda klinik əlamətlər olmur və ya olduqda da sağalma 1-2 il müddətində özbaşına baş verir.
Bəzi hallarda problemlərin qarşısının alınması məqsədi ilə peyvəndlərdən istifadə edilir. Virus daşıyıcısı ilə cinsi əlaqədə (əsasən vaginal və ya anal) olduqda yoluxma baş verə bilər. Hətta virus daşıyan şəxsdə heç bir əlamət və ya simptom olmadıqda infeksiya ötürülə bilər. Bir cinsi partnyoru olduğu halda da, hər bir fəal cinsi həyatı olan insanın virusa yoluxması mümkündür. Xəstəliyin simptomları bir neçə ildən sonra inkişaf edə bilər və bu səbəbdən insanın yoluxma vaxtını təyin etmək çətindir.
Əksər hallarda İPV özbaşına keçir və hər hansı bir sağlamlıq problemi yaratmır. Ancaq bəzi hallarda genital şişuclu kondilomaların, ziyillərin və xərçəngin əmələ gəlməsinə səbəb ola bilər. Genital ziyillər kiçik və ya böyük ölçüdə, tək və ya qrup, yastı və ya ucu biz, yaxud gül kələmi formalarında müşahidə olunur. Tibb işçisi genital nahiyəni müayinə etdikdə onları asanca təyin edə bilər. İnsanın “İPV statusunu” təyin edən test hələlik mövcud deyil.
İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:
• Cinsiyyət üzvləri nahiyəsində ziyillər əmələ gəldikdə
• Qadınlarda uşaqlıq boynunun müayinəsi zamanı (Pap testin nəticələrində qeyri-adi hüceyrələrin tapılması)
• Xərçəng kimi başqa ciddi sağlamlıq problemləri yarandıqda.
IPV (insan papilloması virusu, papillomavirus, HPV) – cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir. İPV-nun əsas təhlükəsi bundadır ki, orqanizmdə uzun müddət olduqda, bu virusun bəzi tipləri xərçəngə səbəb ola bilir. İPV herpes virusundan və İİÇV-dan fərqli bir şeydir.Bütün bu infeksiyalar virus infeksiyaları olsa da və müdafiə olunmamış seks zamanı ötürülsə də, onlar müxtəlif simptomlara və müxtəlif nəticələrə səbəb olur.
İPV-na insan necə yoluxur?
İPV-nun bütövlükdə 120-dən çox müxtəlif tipi var. Onlardan təxminən 40-ı cinsi yolla ötürülür. İPV-nun displaziya və uşaqlıq boynu xərçənginə səbəb olan tipləri əsasən müdafiə olunmamış seks zamanı ötürülür. İPV-na yoluxma vaginal və anal seks zamanı da mümkündür. Nadir hallarda virus oral seksi və ya aralığın yoluxmuş insanın ifrazatları ilə təması zamanı (məsələn, xəstəliyə yoluxmuş partnyor əvvəlcə öz cinsiyyət orqanlarına, sonra da sizin cinsiyyət orqanlarınıza toxunur) da ötürülə bilir. İPV-na öpüşlə də yoluxmaq mümkündür. Bu halda oral papillomavirus infeksiya simptomları (ağız və boğazda səpgilər) yarana bilər. İnsan papilloması virusu heç vaxt məişət yolu (əgər siz bu zaman virusun daşıyıcısı ilə sıx təmasda olmursunuzsa, yəni, məsələn, öpüşmürsünüzsə, sekslə məşğul olmursunuzsa) yoluxmur. Nadir hallarda İPV yoluxmuş anadan doğuş zamanı uşağa da keçə bilir.
İPV (HPV – Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur. İPV-nin çox sayda müxtəlif tipləri/növləri vardır. Müəyyən növləri genital (cinsi) nahiyədə ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Əksər hallarda klinik əlamətlər olmur və ya olduqda da sağalma 1-2 il müddətində özbaşına baş verir. Bəzi hallarda problemlərin qarşısının alınması məqsədi ilə peyvəndlərdən istifadə edilir.
İPV sağlamlıq problemlərinə səbəb ola bilər?
Əksər hallarda İPV özbaşına keçir və hər hansı bir sağlamlıq problemi yaratmır. Ancaq bəzi hallarda genital şişuclu kondilomaların, ziyillərin və xərçəngin əmələ gəlməsinə səbəb ola bilər. Genital ziyillər kiçik və ya böyük ölçüdə, tək və ya qrup, yastı və ya ucu biz, yaxud gül kələmi formalarında müşahidə olunur. Tibb işçisi genital nahiyəni müayinə etdikdə onları asanca təyin edə bilər.
İPV xərçəng törədir?
İPV uşaqlıq boynunda və digər xarici cinsiyyət orqanları və ya anus nahiyələrində də xərçəngin yaranmasına səbəb ola bilər. Virusun müxtəlif tipləri fərqli sağlamlıq problemləri törədir; məsələn, İPV-nin müəyyən tipi dil və boğaz nahiyəsində xərçəngə səbəb ola bilər. Bir çox hallarda insan yoluxduqdan sonra xərçəngin yaranmasına qədər illər, hətta onilliklər keçə bilər. Virus daşıyıcısında xərçəng və ya hansısa digər sağlamlıq problemi inkişaf edəcəyini əvvəlcədən təyin etmək mümkün deyil. İmmun sistemi zəif olan insanlarda (HİV/AİDS) İPV-nin öhdəsindən gəlmək ehtimalı daha azdır və xəstələnməyə meyillilik daha çoxdur.
İPV-nin və onun törətdiyi sağlamlıq problemlərinin qarşısını necə almaq olar?
Hər zaman lateksdən hazırlanmış prezervativlərdən düzgün istifadə edilməlidir. Lakin prezervativ əhatə etməyən sahələri də İPV infeksiyalaşdıra bilər; beləliklə prezervativ tam qorunmanı təmin etmir.
Kimlər peyvənd olunmalıdır?
Bütün 11-12 yaşlı oğlan və qızların peyvənd olunmaları tövsiyə edilir. Əgər bu yaş dövründə peyvənd aparılmayıbsa, oğlanlara 21, qızlara isə 26 yaşadək peyvəndin vurulması tövsiyə olunur.
İnsanın İPV-yə yoluxub-yoluxmamasını necə öyrənmək olar?
İnsanın “İPV statusunu” təyin edən test hələlik mövcud deyil. Respublikadan xaricdə yalnız uşaqlıq boynunun xərçəngini təyin edə bilən İPV testləri/analiz mövcuddur. Bu testlər 30 və yuxarı yaşlı qadınlar üçün tövsiyə olunur. Kişilərə, yeniyetmələrə və ya 30 yaşa qədər qadınlara həmin testlər yaramır.
Əksər hallarda İPV-yə yoluxan insanlarda heç bir əlamət və ya problemlər yaranmır və buna görə də onlar yoluxduqları barədə bilmirlər. Bəzilərində isə İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:
İPV hamiləliyə necə təsir edə bilər?
İPV-yə yoluxmuş qadında hamiləlik zamanı da ziyillər və uşaqlıq boynunun hüceyrələrində qeyri-normal dəyişikliklər inkişaf edə bilər. Bu səbəbdən hətta hamiləlik zamanı xərçəngə qarşı uşaqlıq boynunun adi skrininqi/müayinəsi aparılmalıdır. İPV-yə yoluxmuş qadının uşağı da doğuş zamanı yoluxa bilər.
İPV və İPV-yə səbəb olan sağlamlıq problemləri müalicə edilə bilərmi?
İnsan papilloma virusunun ayrıca müalicəsi yoxdur. Ancaq virusun törətdiyi sağlamlıq problemlərinin müalicəsi mövcuddur:
PAPILLOMA(KONDILOMA) VIRUSU ƏLAMƏTLƏRI, DIAQNOSTIKASI VƏ MÜALICƏSI
Papilloma(kondiloma) virusu kişidə penis üzərinə, qadında isə daxili cinsi orqanlara, xarici cinsi orqanlara və uşaqlıq yolunun ağzına yerləşir. Bir çox virus xəstəliyində olduğu kimi Papilloma(kondiloma) virusu da orqanizmə daxil olduqda hüceyrələr daxilinə yerləşir və zaman-zaman alovlanmalara yol açaraq təkrar edən genital ziyil və ya kondilomlar adlandırılan lezyonlar yaradır. Təkrar etmə ehtimalının olması çox vaxt xəstənin əhvalını pozur. Virus ilk olaraq dəridən qabarıq, ağrısız bir sızanaq şəklində ortaya çıxır. Bu qabarcıqlar, uzun illər boyu qalıcı ola və zamanla gül kələminə oxşar forma ala bilərlər. Xarici cinsi orqanlarda ortaya çıxan ziyil yoluxuculuq və estetik görünüş xaricində bir zərəri olmayan, uşaqlıq yolu ağzına yerləşən mikrob, uşaqlıq yolu ağzı xərçənginə səbəb olması baxımından əhəmiyyət daşıyır. Uşaqlıq yolu ağzı xərçənglərinin (serviks xərçəngi) 98%-inin bu virus ilə əlaqəli olduğu bildirilir. Papilloma (HPV) virusu təkcə genital ziyillərə səbəb olmaz. Bu virusun 100-dən artıq müxtəlif alt qrupu var və bu qruplardan bəziləri uşaqlıq yolu ağzı xərçənginə səbəb olduğu məlumdur. Bəzi tipləri isə anus xərçənginə yol açır. Hər HPV tipi kondiloma, ya da xərçəngə səbəb olmaz. Əslində çox infeksiyalar əlamət vermədən keçir. İnsanın immunitet sistemi bu virus ilə mübarizə aparar və əlamətlər ortaya çıxmadan xəstəlik təsirsiz hala gətirilir. İnsan illərlə heç bir əlamət olmadan yaşaya bilər. Ancaq bu vəziyyət xəstəliyin yayılmasına maneə deyil və münasibətdə olduğu adamlara papilloma xəstəliyinə yoluxdura bilər. Bu vəziyyət səssiz infeksiya adlandırılır. Genital ziyil əmələ gəlməsinə səbəb olan HPV virusunu heç bir əlamət vermədən daşıyan şəxslərə də “daşıyıcı” adı verilir. inkubasiya müddəti müəyyən deyil. Virusla təmasdan aylar ya da illər sonra virus ortaya çıxa bilər. Xəstələrin böyük qismində 1-6 ay ərzində əlamət verir. Genital ziyil cinsi yolla bulaşan xəstəlik olub ən tez-tez görünəndir. Cinsi bölgəni infeksiyalaşdıran viruslar təmas yolu ilə asanlıqla yayılırlar. Genital ziyilin bir şəxsdən digərinə bulaşması üçün mütləq tam bir əlaqə olması lazım deyil. İnfeksiyalaşmış dəri hissələrinin bir-biri ilə təması ilə də xəstəlik bulaşa bilər. Tam bir cinsi əlaqə olmadan kənardan “sürtünmə” yolu ilə gənclər tez-tez yoluxur. Yoluxma genital HPV xəstəliyi daşıyan bir insanla girilən hər cür cinsi əlaqə ilə bulaşa bilər. Virus, cinsi əlaqə zamanı dəridə ortaya çıxan mikroskopik aşınmalar və sıyrıntılar vasitəsi ilə dəridən dəriyə təmas yolu ilə yoluxur. Virusun kişi sperması daxilində də müəyyənləşdirilməsi bədən sularının təması yolu ilə də buladığını düşündürür. Virus ilə tamas edən hər kəsdə infeksiyalar ortaya çıxmaz, ancaq kondilom ortaya çıxan insanların böyük bir qisminin səbəbi də virus olduğu müəyyən edilmişdir. Virus bir dəfə orqanizmə daxil olduqdan sonra uzun illər səssiz qala bilər. Cinsi cəhətdən fəal olan hər kəsdə görmək olar.
Papillomanın Müayinəsi
Xarici cinsi orqanlarda olan ziyillərdə diaqnoz, görünüşə baxılaraq qoyulur. Uşaqlıq yolu ağzı xərçəng xəstəliklərinin diaqnostikası, uşaqlıq yolu ağzından alınan axıntı nümunəsinin, patoloji olaraq araşdırılması nəticəsində qoyulur. Buna smir testi adlanır. Virusun xərçəngdən əvvəl dəyişikliklərlə əlaqəsi ola biləcəyindən qadınların hər il bu testi etdirmələri təklif edilir. Virus ilə təmas edən hər kəsdə infeksiya əlamətləri ortaya çıxmaz, ancaq kandilomalar ortaya çıxan fərdlərin 60-90%-nın səbəbi də virus olduğu müəyyən edilmişdir. Virus bir dəfə orqanizmə daxil olduqdan sonra uzun illər səssiz qala bilər. Virus cinsi cəhətdən fəal olan hər kəsdə görülə bilər və bir çox cinsi fəal adam HPV virusu üçün daşıyıcı hesab oluna bilər.
Müalicəsi
Xəstəliyin ümumi bir müalicə üsulu yoxdur. Dondurma və ya yandırma deyilən üsullar ilə qabarcıqlar ortadan qaldırılsa belə nəticələr o qədər də uğurlu deyil; Xəstəlik təkrarlana bilər. HPV-nin müalicəsində digər infeksiyalarda olduğu kimi oral yolla alınan bir dərman və krem və s ilə qəti müalicəsi bu gün üçün yoxdur. Virus bir dəfə bədənə girdiyi zaman immunitet sisteminin gücünə və virusun təsir gücünə görə illərlə, bəzı məlumatlara görə, virus tipinə tabe olmaq üzrə 3-5 il əlamət verməyə bilər. Bununla birlikdə ortaya çıxan lezyonlar yəni ziyillər (kondilom) mütləq vaxt itirmədən müalicə edilməli və yandırılmalıdır. Müalicə olmadığı təqdirdə ziyillər heç bir dəyişikliyə uğramadan uzun müddət qala bilər, ancaq bu halları olduqca nadirdir. Ümumiyyətlə, davamlı olaraq böyümə və yayılma meylləri var. Kondilom ilə birlikdə başqa bir vajinal infeksiya varsa bu artım daha sürətli olur. Əksəriyyətlə bədənin rütubətli və isti bölgələrinə doğru yayılma göstərir. Əgər uşaqlıq yolu və makat ətrafında anormal rəng və forma dəyişiklikləri ilə anormal qabarıqlıqlar görülsə, genital bölgədə qaşınma, yanma və qanaxma varsa,partnyorda kondiloma var isə, ya da daha öncədən keçirmiş isə mütləq bir ginekoloji müayinədən keçmək lazımdır. Kondiloma yəni genital ziyillər qətiyyən laqeydlik edilməməsi və yüngülə alınmaması lazım olan bir xəstəlikdir. Müalicə ilə virusu dərhal yox etmək mümkün deyil, ziyillər keçdikdən sonra virusun orqanizmdən uzaqlaşması üçün bəzən illər lazımdır, lakin ziyillərdən dərhal xilas olmaq mümkün olur. Müalicə yalnız ziyilləri aradan qaldırır və virusa bağlı sürətli çoxalmanı, yayılmağı dayandırır. Bir çox halda bir kurs müalicə kifayət etmir, ən az 2-3 kurs lazımdır.
HPV, ya da human papilloma virusu, dəri və mukozal səthlərdə bazal epitelyal təbəqə hüceyrələrini infeksiyalaşdıran DNT virusu olub 100-dən artıq tipi vardır. HPV uşaqlıq yolu ağzı, penis, uşaqlıq yolu, uşaqlıq yolu, vagina və ağız-boğaz kimi orqanları tutaraq, bu bölgələrdə xərçəngə səbəb ola bilər.Doğru təqib və müalicə edilməlidir.
Cinsiyyət orqanlarında, anusun ətrafında, bəzən də ağız boşluğunda əmələ gələn kiçik, dəri rəngində olan şişlər kondilomalar adlandırılır.
Bu virus xəstəliyinin törədicisi insan papilloması virusudur (İPV).
Bu virus əsasən cinsi əlaqə yolu ilə bir insandan digərinə keçir. Bundan əlavə yoluxma məişət əlaqələri zamanı (infeksiyalaşmış dəri və selikli qişalarla əlaqədən sonra) baş verə bilər. Virusun doğuş zamanı anadan uşağa keçməsi də mümkün sayılır.
İnsan orqanizminə daxil olan virus insanın dərisində və selikli qişalarında həmişəlik qalır. Qana və digər orqanlara bu virus keçmir.
https://cih.az/2017/11/03/dr-emil-%C9%99lizad%C9%99-insan-papilloma-virusu/